Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

Azərbaycanlı jurnalistin sualı Paşinyanın arvadını çaşbaş qaldı

Tarix:24-05-2019, 15:00 Baxış Sayı:70

Azərbaycanlı jurnalistin sualı Paşinyanın arvadını çaşbaş qaldı

ONA-nın redaktoru Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı çətin sual qarşısında qoyub.

Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Avrasiya Media Forumunda iştirak edən redaktor Cavid İsmayıl forum çərçivəsində təşkil olunmuş "Etimad böhranı. Qüvvələrin qlobal paylaşılması" adlı panelin spikerlərindən olan Anna Akopyana sual verib.

Cavid İsmayıl paneldə Azərbaycan və Ermənistan qadınları arasında etimad mühiti yaratmağın vacibliyindən danışan A.Akopyana bu sualı ünvanlayıb:
"Çıxışınızda Azərbaycan və Ermənistan qadınları arasında etimad mühitinin yaradılması barədə danışdınız. Siz və həyat yoldaşınız, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda 20 ildən artıq hakimiyyətdə olan Köçəryan və Sərkisyana qarşı mübarizə aparan şəxs kimi tanınmısınız. Lakin maraqlıdır ki, oğlunuzu hərbi xidmət üçün Dağlıq Qarabağa göndərmisiniz. O Dağlıq Qarabağa ki, Ermənistanın rəsmən və beynəlxalq hüquq tərəfindən tanınmış ərazisi deyil. Bundan başqa, həyat yoldaşınız, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də - Azərbaycanın Şuşa şəhərinin işğalı günündə Şuşaya getdi və kameralar qarşısında rəqs etdi. Belə olan halda yürütdüyünüz Qarabağ siyasəti Köçəryan-Sərkisyan rejiminin yürütdüyü siyasətdən nə ilə fərqlənir? Necə düşünürsünüz, Ermənistan tərəfindən və şəxsən ailəniz tərəfindən bu kimi hərəkətlərə yol verildiyi halda, Azərbaycanla Ermənistan arasında etimad mühiti yarana bilərmi? Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların ruhuna nə dərəcədə uyğundur? İkinci sual. Ermənistanla Türkiyə arasında etimad mühitinin yaranması üçün hansı addımları atmağı düşünürsünüz?"

Panelin moderatoru, britaniyalı aparıcı və prodüser Stiven Koul C. İsmayıl sual verərkən onu siyasi bəyanatlar səsləndirməməyə çağırıb və çıxışını kəsmək istəyib. Lakin jurnalist siyasi bəyanat səsləndirmədiyini, sualının nə ilə əlaqəli olduğunu izah etdiyini bildirərək, çıxışını tamamlayıb.A. Akopyan isə sualdan yayınaraq, ümumi və dağınıq cavab səsləndirib. O, detallara və ya siyasətə girmək istəmədiyini, tədbirdə qadın kimi təmsil olunduğunu, bir qadın və ana kimi mesaj verdiyini bildirib:
"Lakin onu demək istəyirəm ki, biz hələ də münaqişədəyik. Müharibə başa çatmayıb. Ona görə bizim oğlumuz Dağlıq Qarabağda orduda xidmət edir. Mənim mesajım, bir-birinə etimad etməyə başlamaq və münaqişənin həllini müharibə deyil, danışıqlar vasitəsi ilə həll etməyə çalışmaqdır".
2016-cı ilin aprel hadisələrini xatırladan A. Akopyan qeyd edib ki, onun mesajı eyni hadisənin bir də heç vaxt təkrarlamaması, münaqişənin danışıqlar yolu ilə həllini düşünməyə başlamaqdır.

A. Akopyan ikinci suala isə ümumiyyətlə cavab verməyib.
Qeyd edək ki, iki gün davam edən XVI Avrasiya Media Forumunda Azərbaycanı JTI şirkətinin dəstəyi ilə ONA Informasiya Agentliyinin redaktoru Cavid İsmayıl və Musavat.com saytının rəhbəri Xalid Kazımlı təmsil edib.

XƏBƏR LENTİ