Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

“DTK Ermənistanda və Qarabağda rəhbərləri və təxribatçıları həbs etməli idi” – Video

Tarix:24-07-2019, 16:48 Baxış Sayı:94

“DTK Ermənistanda və Qarabağda rəhbərləri və təxribatçıları həbs etməli idi” – Video

“SSRİ-yə ən güclü zərbəni özgə ərazilərini ələ keçirmək məqsədilə açıq silahlı münaqişəyə başlamış ermənilər vurub. Orada ermənilər yaşasa da, Konstitusiya, qanun baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisi idi”.
Virtualaz.org xəbər verir ki, bunu jurnalist Ruslan Qurbanova müsahibəsində Rusiya Ali Sovetinin sonuncu sədri Ruslan Xasbulatov deyib. Müsahibənin tam versiyası YouTube videohostinqində yerləşdirilib. 14-cü dəqiqədən başlayaraq baxın.

“Bu məsələni sülh yolu ilə həll etmək əvəzinə, onlar silahlı mübarizəyə başlamaq qərarı verdilər. Bütün dünya o vaxt SSRİ-də mərkəzi hakimiyyətin zəifliyini gördü. Bu məsələ ilə DTK məşğul olmalı və Qorbaçovun birbaşa göstərişlərini gözləməməli idi, çünki dövlətin müdafiəsi bu strukturun birbaşa vəzifəsidir”, – o bildirib.

Xasbulatov qeyd edib ki, DTK Ermənistanda və Qarabağda iyirmi nəfərə yaxın rəhbəri və təxribatçını həbs etməli və qan tökülməsini dayandırmalı idi.

“Sovet İttifaqı Qafqazdan dağılmağa başladı. Qarabağda müharibə başlayanda Baltikyanı ölkələr gördülər ki, heç kim hərəkət etmir və öz müstəqillikləri məsələsini qaldırdılar. O vaxt mən Rıjkovdan (SSRİ Nazirlər Şurasının sədri – red.) soruşdum ki, niyə Azərbvaycanla Ermənistan arasında münaqişəni başlamaqda günahı olanlar cəzalandırılmır? O dedi ki, bu işlə Volski məşğul olur. Amma Volski sərf mülki adamdır. Separatçılar dövlətə qarşı çıxış edəndə onlarla sərt davranmaq və həbs etmək lazımdır. O vaxt Ermənistanda dəmir əllə qayda-qanun yaradılsaydı, qurbanlar olmazdı. DTK konstitusiya quruluşunu bərpa etməli, yaxasını kənara çəkərək siyasi qərar gözləməməli idi. Belə olardısa, SSRİ dağılmazdı. Heç kim ayrılmaqla bağlı cınqırını da çıxara bilməzdi”, – o deyib.

Xasbulatov eyni zamanda Rusiyanın Qafqaz ölkələri ilə bağlı siyasətini tənqid edib.

“Mən qəti razı deyiləm ki, indi federal hakimiyyət yalnız bir Qafqaz ölkəsinə vurğu edir – bu da SSRİ-nin dağılmasının səbəbi olmuş Ermənistandır. Mənə elə gəlir ki, Azərbaycan və Gürcüstanla yaxın münasibətlərin qurulması Rusiya üçün daha sərfəli olardı”, – o qeyd edib.

Qeyd edək ki, bir müddət öncə Ruslan Xasbulatov Tatarıstan mətbuatında buna oxşar fikirlər səsləndirmişdi və həmin müsahibə virtualaz.org-da dərc olunmuşdu.

XƏBƏR LENTİ