Anons

Bugün, 10:36 - Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? - SİYAHI

Tarix:25-10-2019, 10:34 Baxış Sayı:85

Milli Məclisin ən yaşlı üzvləri kimlərdir? - SİYAHI

2020-ci ilin noyabrında Azərbaycanda növbəti – VI çağırış Milli Məclisə seçkilər keçiriləcək. Növbəti seçkilərdən sonra parlamentin daha da gəncləşməsi gözlənilir. Bunun səbəbi isə Prezident İlham Əliyevin ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab etməsidir. Növbəti parlament seçkilərində yaşca daha gənc olanların deputatlığa namizədliklərini irəli sürəcəyini söyləmək olar.

Prezident İlham Əliyev Hacıbala Abutalıbov və Əli Həsənovun Baş nazirin müavini vəzifəsindən azad edilməsi barədə sərəncamlar imzalayıb.
Ölkə başçısı daha sonra hər iki şəxsi vəzifədən azad olunması ilə bağlı verdiyi ərizələrlə əlaqədar qəbul edib.

Prezident görüşlərdə yaşı 70-i keçən, iqtidarda təmsil olunan məmurların da istefa ərizəsi təqdim edəcəyinə ümidli olduğunu bildirib.

Başlanan islahatların parlamentdən də yan keçməyəcəyi şübhəsizdir. Düzdür, Milli Məclis seçkili orqandır və hakimiyyətin qanunverici qanadını təmsil edir.

Yəni qanunverici orqanda deputat olmaq təyinatla deyil, seçki yolu ilə mümkündür.

Əslində, qanun çərçivəsində hər bir vətəndaşın deputatlığa namizədliyini vermək hüququ var, bununla bağlı yaş senzi yoxdur.
Konstitusiyanın 85-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər.

Bu şərtlər çərçivəsində hamı deputatlığa iddia edə bilər. Amma...

Hazırda Milli Məclisdə 65-69 yaşlı deputatların sayı 16-dır. Onların siyahısını təqdim edirik.

Rasim Musabəyov (68 yaşı var, bitərəf deputatdır), Eldar Quliyev (YAP üzvüdür, 68 yaşı var), Şəmsəddin Hacıyev (YAP üzvüdür, 69 yaşı var) Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə (69 yaş), Mirkazım Kazımov (YAP üzvüdür, 69 yaşı var), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli (68 yaş) , Elmira Axundova (bitərəfdir, 66 yaşı var), Cavanşir Paşazadə (YAP üzvüdür, 66 yaşı var), Tahir Rzayev (YAP üzvüdür, 69 yaşı var), bitərəf Aqil Abbas (66 yaş), Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev (65 yaş), bitərəf deputat Əli Məsimli (66 yaş), YAP üzvü Aqiyə Naxçıvanlı (69 yaş), YAP üzvü Bəxtiyar Sadıqov (68 yaş) , YAP üzvü Elman Məmmədov (69 yaş), bitərəf Gövhər Baxşəliyeva (65 yaş).

Parlamentdə doğum tarixi daha da əvvələ gedən "yaşlı qvardiya”nın nümayəndələri də az deyil. Yaşı 70-80 yaş arasında olan deputatların sayı 20 nəfərdir.

İndi isə onların adlarını yazaq. YAP üzvü İsa Həbibbəylinin 70 yaşı var. Onunla eyni partiyada təmsil olunan Eldar İbrahimovun 74, bitərəf Madər Musayevin 72, YAP üzvü Mixail Zabelinin 73, bitərəf Ziyad Səmədzadənin 79, YAP üzvü Hüseynbala Mirələmovun 74, bitərəf Vahid Əhmədovun 72, YAP üzvü Yevda Abramovun 71, YAP üzvü Tahir Süleymanovun 71, bitərəf Əliağa Hüseynovun 72, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 72, YAP üzvü Arif Rəhimzadənin 78, YAP üzvü Əhliman Əmiraslanovun 72, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının 77, YAP üzvü Hadi Rəcəblinin 72, bitərəf Elxan Süleymanovun 79, bitərəf millət vəkili Mahir Aslanovun 70, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun 73, YAP üzvü Rafiq Məmmədhəsənovun 74, bitərəf deputat Flora Qasımovanın 72 yaşı var.

Siyahı bununla bitmir. Milli Məclisdə yaşı 80-i keçən deputatlar da var. Onların sayı dörddür.

Parlamentin ən yaşlı üzvləri bitərəf Zeynəb Xanlarova (83 yaş), YAP-çı Ağacan Abıyev (82 yaş) bitərəf Fəttah Heydərov (81 yaş) və YAP-çı Yaqub Mahmudovdur (80 yaş).

Prezident İlham Əliyevin mesajından sonra Yeni Azərbaycan Partiyasının yaşı 70-i keçən şəxsləri deyil, daha gənc olanlarını irəli çəkəcəyi gözləniləndir. Ancaq Prezidentin çağırışına digər partiya üzvü olan və ya bitərəf deputatların da əməl edəcəyini söyləmək mümkündür.
Çünki deputatların hamısı dəfələrlə Prezidentin siyasətini, apardığı kadr islahatlarını dəstəklədiklərini bildiriblər.

XƏBƏR LENTİ