Anons

Haqqımızda Əlaqə

Misir Mərdanov yenidən nazir olacaq!?

Tarix:24-11-2015, 18:59 Baxış Sayı:918

Misir Mərdanov yenidən nazir olacaq!?

Yeni yaradılacaq Rabitə və Nəqliyyat naziri postuna sabiq təhsil nazirinin gətiriləcəyi gözlənilir
Misir Mərdanovun yenidən nazir vəzifəsinə gətiriləcəyi ilə bağlı məlumat almışıq. Bakunews.az bildirir ki, bu haqda siyasi hakimiyyətdən xeberinfo.com-a verilən məlumata görə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir adda-Rabitə və Nəqliyyat Nazirliyi-birləşdirilməsi istiqamətində iş gedir. Elə Əli Abbasovun kürsüsünün hələ də boş qalmasının səbəbi də Rabitə və Nəqliyyat Nazirliyinin yaradılması ilə bağlıdır. Artıq Nazirlər Kabinetində yeni nazirliyin strukturu müəyyənləşdirilməkdədir.
Yeni nazirliyə rəhbər kimi isə sabiq təhsil naziri Misir Mərdanovun üzərində dayanılıb. Cənab Mərdanov 2013-cü ildən nazir kürsüsündən ayrılsa da, “vurulmuş” kadr sayılmır. 2013-cü ilin aprelindən AMEA-nın Mexanika və Riyaziyyat İnstitunun direktoru görəvini daşıyan sabiq nazir məlum üstünlükləri ilə dövlət başçısının etimadını doğrultmuşlar sırasındadır. O təhsil naziri olaraq (1998-2013) siyasi hakimiyyətin təhsil siyasətini arzuolunan formada həyata keçirib. İndiyədək adı nə hansısa siyasi qalmaqalda, nə də korrupsiya faktlarında hallanmayıb.
Gözləyək, son söz dövlət başçısınındır.

XƏBƏR LENTİ