Anons

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9-06-2017, 14:25 - Bakı Şampan Şərablar zavodunda qadınlar əxlaqsız ifadələrlə təhqir edilib...

9-06-2017, 01:58 - Ramazanın 14-cü günün duası: imsak və iftar vaxtı

6-06-2017, 12:42 - Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

6-06-2017, 00:21 - Məhərrəm Əliyev vəzifəyə təyin edilib

5-06-2017, 12:16 - Ucar kolxoz bazarında antisanitariya höküm sürür - SAKİNLƏR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR!

5-06-2017, 10:06 - Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb

4-06-2017, 14:42 - Azərbaycanda nazir xəstəxanaya yerləşdirildi – REANİMASİYADADIR

1-06-2017, 15:07 - Çarəsiz ata Azərbaycan xalqına səsləndi - KÖMƏK EDİN

1-06-2017, 14:59 - Ucar sakini DTX rəisi cənab Mədət Quliyevə - MÜRACİƏT ETDİ!

31-05-2017, 16:37 - Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - VİDEO

30-05-2017, 00:46 - Gəzməyə gəldilər, çayda boğuldular - MASALLIDA FACİƏ

29-05-2017, 01:54 - Xanım baş redaktor Oktay Şirəliyevdən pulunu tələb edir... - FOTOLAR

27-05-2017, 23:27 - Ramazanın 2-ci gününün duası - İmsak və iftar vaxtı

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

MTN-in həbsdə olan generalına qarşı ittihamlar məlum oldu

Tarix:8-12-2015, 13:28 Baxış Sayı:221

  MTN-in həbsdə olan generalına qarşı ittihamlar məlum oldu

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanova qarşı irəli sürülən ittihamlar məlum olub.
Bakunews.az “Report”-a istinadən xəbər verir ki, rəsmi ittihama əsasən S.Qurbanov MTN-in TİCQMBİ-nə rəis təyin edildikdən sonra cinayətkar dəstə yaradıb.

Onun rəhbərlik etdiyi dəstə vəzifəli şəxsləri, iş adamlarını, müxtəlif peşə sahiblərini adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə ilə hədələyib, onlara qarşı zor tətbiq edib. İttihama əsasən, S.Qurbanovun rəhbərlik etdiyi dəstənin əsas fəaliyyət istiqaməti bundan ibarət olub.

Bütün bunlara görə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən general-mayor S.Qurbanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 9 maddəsi ilə cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.
Qeyd edək ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Həmin gün S.Qurbanov barəsində Səbail Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 3-də isə onun vəkili Valeri Vəliyev tərəfindən apellyasiya şikayəti verilib. Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, S.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib.

XƏBƏR LENTİ