Anons

Dünən, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

16-04-2017, 13:45 - Polis general-mayoru H.Şirinovun ailəsində itki baş verib - Başsağlığı

16-04-2017, 10:29 - Ermənistan silahlı bölmələri atəşkəsi 120 dəfə pozub

15-04-2017, 10:44 - Qüdrət Şükürov -Bakı lift idarəsinin rəisi və ya milyonlara sahib, xaricdə yaxtası, villaları, maşınları olan oliqarx -

12-04-2017, 02:30 - Məktəbin ərazisində tikinti işlərinin aparılması etiraza səbəb oldu - VİDEO

10-04-2017, 03:18 - Deputat qohumunun 300 min aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

8-04-2017, 00:02 - Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

7-04-2017, 15:57 - Saxta diplomla GDU-da necə işləmək mümkün olur…?

6-04-2017, 06:33 - Türkiyədə zəlzələ olub

6-04-2017, 02:15 - Günün qoroskopu: gərginləşməyə davam edəcək

6-04-2017, 02:12 - Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

5-04-2017, 16:48 - Masallı DYPŞ-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA(VİDEO)

5-04-2017, 01:35 - 136 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib - Olay

4-04-2017, 14:53 - Qovulmuş tələbə necə general oldu – Vüsal Növruzovun Çovdarovsayağı yüksəlişi

4-04-2017, 13:26 - Azərbaycanda tanınmış ailənin övladı, Çində istintaq qarşısında

3-04-2017, 10:55 - "Azercell" abunəçilərinə xəbərdarlıq edib

3-04-2017, 00:33 - Xocavənddə özbaşınalıq- Sələmçi İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

2-04-2017, 17:51 - Ramin Quluzadəyə qarşı çıxan qovşaq rəisi Zaur Məmmədov

2-04-2017, 16:28 - “Bizim maket”lərin sahibi haqda şok ifadə: 17 milyonluq mülk necə alınıb?

2-04-2017, 02:39 - Firdovsi Cəbrayılov ilə Eldar Əzizov arasında gərginlik...

1-04-2017, 11:32 - Aprel savaşında ordumuz Ermənistana böyük dərs verdi

30-03-2017, 21:10 - Əlillərə 2 milyon manat ayrıldı

30-03-2017, 20:51 - Milli Bankın rəhbəri vəzifədən getdi

30-03-2017, 19:39 - Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

Təbrizli azarkeşlər erməni futbolçunun transferinə imkan vermədi

Tarix:8-06-2016, 15:49 Baxış Sayı:245

 Təbrizli azarkeşlər erməni futbolçunun transferinə imkan vermədi



Ermənistanın milli futbol komandasının müdafiəçisi Varazdat Aroyanın iki il müddətinə Təbrizin "Traxtur” klubuna dəvət edilməsi barədə razılaşmadan imtina olunub.


Təbrizin "Traxtur” futbol klubunun icraçı direktoru Mustafa Acorlu özünün "İnstaqram” səhifəsində məlumat yayaraq, Aroyanı "Traxtur” klubuna dəvət etməkdən vaz keçdiklərini açıqlayıb.

Mustafa Acorlu bildirib ki, erməni futbolçu ilə müqavilə imzalanacağı barədə xəbər yayılandan dərhal sonra, "Traxtur” tərəfdarları onun "İnstaqram” səhifəsində məsələ ilə bağlı şərh yazaraq öz etirazlarını bildiriblər: "Mən əziz azərbaycanlıların vəhdəti üçün Təbrizə gəlmişəm. Məqsədim isə bütün şərəfli türklərin "Traxtur” ətrafında toplaşması və birliyidir. Ermənistanlı futbolçunun "Traxtur”a gəlişi bu vəhdət və birliyə xələl gətirə, onu təhdid edə bilərdi. Məhz buna görə də ermənistanlı futbolçunu satın almaqdan və onu klubumuza dəvət etməkdən vaz keçdik”.

Məsələyə Ermənistandan da reaksiya verilib. Ermənistanın "Alaşkert” klubunun qapıçısı Gevorq Kasparov yerli mediaya açıqlamasında bildirib ki, İranın futbol klubu "Traktor” erməni futbolçusu Varazdat Aroyandan azərbaycanlı və türkiyəli azarkeşlərin təzyiqi nəticəsində imtina edib. O iddia edib ki, Ermənistan milli yığmasının və "Pünik” komandasının oyunçusu V.Aroyandan imtina qərarı siyasidir. Yazıda bildirilir ki, əvvəlcə Təbriz klubu erməni oyunçunu dəvət edəcəyini bəyan etsə də, sonrakı gün müdafiəni gücləndirmək üçün başqa varianta əl atılacağını deyib. Erməni futbolçunun iddiasına görə, Aroyanın oyunlarını izləyirmiş və sonda onu "Traxtur”a dəvət etmək qərarı varmış. Amma azarkeşlərin tələbləri gözlənilməz olub. Təbriz klubundan əlini üzən Aroyan isə İranın "Padide” klubuna keçib.

Qeyd edək ki, aprel döyüşlərindən sonra "Traxtur”un oyunları zamanı azarkeşlər "Qarabağ bizimdir, bizim olacaq”, "Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları ilə izdihamlı yürüşlər keçiriblər.musavat.com

XƏBƏR LENTİ