Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Azərbaycanın “ölü” idman federasiyaları -

Tarix:8-02-2017, 23:38 Baxış Sayı:647

Azərbaycanın “ölü” idman federasiyaları -

Azərbaycanda fəaliyyət göstərən bəzi idman federasiyaları var ki, onların inkişafının hansı istiqamətdə olması hələ də müəmmalıdır.

Yeniçağ.Az bu qurumların “inkişaf”ı ilə bağlı araşdırma aparıb.

Azərbaycan Atıcılıq Federasiyası isə demək olar ki, Zemfira Meftahətdinova ilə bitdi. Çünki məhz ondan sonra qurumdan nə normal atıcı “çıxdı”, nə də səviyyəli yarışlara lisenziya qazana bildilər. Hətta federasiyanın saytı belə axırıncı dəfə fəaliyyətləri ilə bağlı xəbəri 5 May 2012 – ci il tarixdə yerləşdiriblər.

Fazil Məmmədovun rəhbəri olduğu Azərbaycan Otüstü Xokkey Federasiyası da Qolf federasiyası kimi “gizli fəaliyyətə” üstünlük verib. Qurum fəaliyyətini dayandırsa da bu, rəsmi şəkildə açıqlanmır. 2 il bundan öncə milli üzvlərinin “baykot” aksiyası ilə üz-üzə qalan federasiya daxilində artıq fəaliyyət göstərilməyəcəyi ilə bağlı müzakirələr gedib. Buna səbəb isə maliyyə problemlərinin olmasıdır. Amma nədənsə, qurum bunu rəsmi şəkildə açıqlamaqdan boyun qaçırdır. Çünki federasiyadan bu barədə Gənclər və İdman Nazirliyinə də rəsmi məlumat verilməyib. Hətta bu qurumun da rəsmi işçiləri oranı tərk edib. Buna baxmayaraq, otüstü xokkey federasiyası da GİN-ə öz təqvim planını təqdim edib. Guya onları 2-si yerli, 7-si beynəlxaq dərəcəli olmaqla 9 yarış gözləyir.

İlham Aslanovun rəhbərlik etdiyi Azərbaycan Bilyard İdmanı Federasiyasının da fəaliyyəti demək olar ki “sıfır” səviyyəsindədir. Nə komandada, nə də heyətdə kimin olduğu bəlli deyil.

1990-cı ildə Azərbaycan Milli İdman Növləri tərkibində Nərd Federasiyası da fəaliyyət göstərirdi. Ancaq fəaliyyətin nədən ibarət olduğu bəlli deyil. Buna baxmayaraq, qurum Gənclər və İdman nazirliyinə 2017-ci il üçün də təqvim planı təqdim edib. Təqvim planına müvafiq olaraq da nazirlikdən pul alırlar.

Çoxmübarizəli idman döyüş növlərindən olan “hapkido”nun isə nə anlama gəldiyi bir çoxlarına məlum deyil. Hətta Azərbaycan Hap Ki Do Federasiyası da GİN-ə təqvim planı tədim edib. Plana əsasən, “hapkidoçular” 7 beynəlxalq yarışa gedəcəklər. Bunun qarşılığında da nazirlikdən pul alınıb. Gülməlidir ki, bu yarışların 6-sı “Dünya çempionatı” kimi göstərilir. Qalib idmançılar isə saxta “Dünya çempionu” titulundan başqa heç nə qazanmır.
Coriyo Kunq-Fu Federasiyası Mahmudzadə Davud adlı şəxsin rəhbərliyi altında fəaliyyət göstərir. Federasiya GİN-ə 4 beynəlxalq yarışda iştirak edəcəyi ilə bağlı təqvim planı təqdim edib.

Azərbaycan Boulinq Federasiyası da saxta çempionlar hazırlamaqdan başqa bir işə yaramır.

Azərbaycan İdman Boulinqi Federasiyasının prezidenti Cavanşir Xəlilov eyni zamanda Bakı Əyləncə Mərkəzinin sahibidir. Ancaq onun qurumu da nazirliyin ödədiyi pula göz dikib. Çünki onlar təqvim planında 6 beynəlxalq turnirdə iştirak edəcəklərini bildiriblər.

Azərbaycan Reqbi Federasiyasının da varlığı ilə yoxluğu məlum deyil. Reqbi Olimpiya idman növü sayılsa da nədənsə ölkəmizdəki fəaliyyəti heç də ürəkaçan deyil. Çünki qurumun adı var, amma milli komandası yoxdur. Federasiyanın hazırki rəhbəri Eldəgiz Rəfibəyli də yığmanın keçmiş üzvlərindəndir. Reqbi hazırda klublar şəklində fəaliyyət göstərir. Aldığımız məlumata görə, ölkəmizdə bu idman növünə daha çox Azərbaycandakı xarici vətəndaşların övladları maraq göstərir. Federasiya üzvləri Olimpiya oyunlarından sonra onlarda da dəyişiklik olacağına və yeni rəhbərin təyin ediləcəyinə ümid edirdi. Amma onların ümidləri puç oldu. Qurumun rəhbəri E.Rəfibəyli şəxsi işləri ilə bağlı xaricdədir. Yeri gəlmişkən qeyd edək ki, E. Rəfibəylinin Federasiyası da nazirliyin verdiyi pullarla dolanır. Ən maraqlısı da odur ki, sözügedən federasiya da milli komandası olmadığı halda nazirliyə təqvim planı təqdim edib. Həmin planayəsasən isə, mövcud olmayan “komanda” nə az, nə çox – düz 9 beynəlxalq turnirdə iştirak edəcək.



Aygün İlqarqızı

XƏBƏR LENTİ