Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar

Tarix:12-05-2019, 11:47 Baxış Sayı:78

Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar
Avstriya Respublikasında yaşayan həmyerlimiz Fərid Əzizovun qazandığı uğur hər bir azərbaycanlı kimi bizi də sevindirdi. Odur ki, Fərid bəydən müsahibə almaq və onu oxucularımıza daha yaxından tanıtmaq qərarına gəldik.
Saytımızın növbəti müsahibi 5 qat Dünya,3 Avropa və 7 Respublika çempionu , Avstriya Azərbaycanlıları Diasporunun sədri Fərid Əzizovdur. O, Avstriya Respublikasının idman tarixində ilkə imza atan həmvətənimizdir.

Ukraynanınn Xarkov şəhərində baş tutan 32 dövlətlər arası yarışlarda siz hansı fən üzrə çıxış etmisiniz?

İlk öncə oxucularımızı salamlayıram.
-Qatıldığım yarış 2019-cu il Kempo Karate və Kabudo növləri üzrə dünya çempionatı idi, artıq bu il 5-ci dəfə idi ki, bu yarışa qatıldım. Yarışma 32 ölkə arasında keçrilirdi. 3 katiqoriyada öz gücümü sınadım və 2 qızıl, 1 bürünc medal qazandım.
İlk döyüşüm ukraynalı idmançı ilə oldu və ilk döyüşüm olduğundan bir az gərgin keçdi, sonunda Allahın izni ilə qələbə mənim oldu.

Bu yarışdan gözləntiniz nə idi və hansı naliyyət əldə etmisiniz?

Bu yarışa artıq 1 il idi ki hazırlaşırdım hər gün ağır məşqlər keçirdik.Yarışdan gözləntimiz yaşadığım Avstriya Respublikasına qızıl medal ilə qayıtmaq idi.Bu yarışa hazırlıq prosesində mənə menecerim Durmuş Aydəmir böyük stimul verirdi demək olar ki oda mənimlə məşq edirdi.
Bu gərgin məşqlərin sayəsində "İriqumi-Qo" yəni tam kontakt döyüşdə 6 görüşüm oldu. Ukrayna, Konqo, Macarıstan, Azərbaycan, Ermənistan və Kanadanı təmsil edən idmançılarla döyüşdüm. Final döyüşüm kanadalı idmançı ilə oldu çox güclü idmançı idi, yenədə Allahın izni ilə qələbə bizim oldu. Fəxri kürsünün ilk pilləsinə qalxdım və düşünürəm ki, bu hər bir idmançı üçün ən vacib bir məqamdır.
Bu yarışda məni dəstəkləyənlər məndən yalnız gələbə gözləyirdilər, məndə onlara həm qızıl medal, həmdə 2019-cu il Kempo Karate üzrə döyüş kəmərini aparırdım.

Fərid bəy neçə ildir döyüş fənlərində yaraq qaldırırsınız?

Mən idmana 6 yaşımdan başlamışam o zamanlar Suraxanı rayonu 290 saylı orta məktəbin idman zalında Karate məşqləri keçirdilər atamda məni bu məşqlərə yazdırmışdı.
Hələ kiçik yaşlarından mən qarşıma məqsəd qoymuşdum ki böyüyəndə elə bir idmançı olacam ki atam daima mənə baxıb fəxr eləsin.Allahın izni və iradəsi ilə bu istəyimə çatdım.Bu gün artıq 26 ildir ki məşq edirəm.

Azərbaycan üçün neçə medal gətirmisiniz?

Beynəlxalq turnirlərdə vətənim Azərbaycanın şanlı bayrağını 3 dəfə Dünya 3 dəfə Avropa çempionatında fəxri kürsünün ilk pilləsin çıxaraq qızıl medal almışam və Himnimizi səsləndirmişəm.Bu məncə hər bir idmançı üçün çox gözəl bir hisdir.

Hazırda hansı ölkənin bayrağı ilə döyüşlərinizi davam edirsini?

Mən hal hazırda Avstriya respublikasında yaşayıram burda işləyirəm və idman karyerama bu ölkədə davam edirəm bu səbəbdəndə bu ölkənin bayrağı ilə yarışlara qatılıram.Artıq 2 ildir ki Avstriya respublikasına qızıl medal qazandırıram sevindirici haldır ki bu ölkəyə Kempo karate üzrə qızıl medalı ilk mən gətirmişəm.

Kumute öznü-müdafiə və katada döyüşlərində üzrə heç tələbəniz varmı?

Azərbaycanda olanda mən bir neçə tələbəm var idi.İndi isə Avstriyadada tələbələrim var gələcəkdə onlarında uğurlu idmançı olmalarına ümüdim var.Mən öz ustadlarımdan öyrəndiyim Karatenin sirlərini öz tələbələrimə öyrədirəm.

Bu sahənin inkişaf etdirilməsi və sizin layiqli davamçınız kimi kimi özünüzdən sonra görürsünüz ?

Məndən sonra ailəmin kiçik nümayəndəsi qızımı görürəm layiqli davamçı kimi.İnanıram ki o məndəndə yaxşı idmançı olacaq çünki hər dəfə yarışın qalib olub evə qayıdanda o məndən çox sevinir və daima mənimlə birlikdə məşq edir.
Sonda oxucularımıza arzum budur ki Azərbaycanı sevsinlər Azərbaycanın adını uca tutmaq üçün hansı peşə sahibi olmalarından aslı olmayaraq daima birinciliyə çalışsınlar.

Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar
Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar
Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar
Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar
Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar
Azərbaycanlı diaspora sədri dünya çempionu oldu – Fotolar

XƏBƏR LENTİ