“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının 22-ci mərhələsinin - Las-Veqas Qran-prisinin qalibi olub.
Məlumata görə, ikinci yeri “Ferrari” komandasının üzvü Şarl Lekler tutub.
İlk “üçlüy”ü “Red Bull”un digər sürücüsü Serxio Peres qapayıb.
Beləliklə, üçqat dünya çempionu Ferstappen cari mövsüm 18-ci, ümumilikdə isə 53-cü qələbəsini qazanıb.