Anons

Haqqımızda Əlaqə

Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

Tarix:26-03-2016, 20:22 Baxış Sayı:302

Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb


Azərbaycan 2016-cı ilin yanvarında Türkiyəyə 594,46 milyon kubmetr qaz tədarük edib ki, bu göstərici 2015-ci ilin analoji dövründə 577,36 milyon kubmetr olub.
Trend Türkiyənin Enerji bazarının tənzimlənəsi üzrə idarəsinin saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycan Türkiyəyə ümumilikdə 6,17 milyard kubmetr təbii qaz tədarük edib ki, 2014-cü ildə isə bu gösətirici 6,07 milyard kubmetr olub.
Türkiyənin ümumi qaz idxalında Azərbaycanın payı 2016-cı ildə 11 fazi təşkil edib. Yerdə qalan digər paylar Rusiya - 2,79 milyard kubmetr və İranın - 852,88 milyon kubmetr qaz payına düşür.
Xatırladaq ki, Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz boru kəməri ilə (Bakı-Tbilisi-Ərzurum) idxal edir.

XƏBƏR LENTİ