Anons

Dünən, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

16-04-2017, 13:45 - Polis general-mayoru H.Şirinovun ailəsində itki baş verib - Başsağlığı

16-04-2017, 10:29 - Ermənistan silahlı bölmələri atəşkəsi 120 dəfə pozub

15-04-2017, 10:44 - Qüdrət Şükürov -Bakı lift idarəsinin rəisi və ya milyonlara sahib, xaricdə yaxtası, villaları, maşınları olan oliqarx -

12-04-2017, 02:30 - Məktəbin ərazisində tikinti işlərinin aparılması etiraza səbəb oldu - VİDEO

10-04-2017, 03:18 - Deputat qohumunun 300 min aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

8-04-2017, 00:02 - Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

7-04-2017, 15:57 - Saxta diplomla GDU-da necə işləmək mümkün olur…?

6-04-2017, 06:33 - Türkiyədə zəlzələ olub

6-04-2017, 02:15 - Günün qoroskopu: gərginləşməyə davam edəcək

6-04-2017, 02:12 - Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

5-04-2017, 16:48 - Masallı DYPŞ-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA(VİDEO)

5-04-2017, 01:35 - 136 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib - Olay

4-04-2017, 14:53 - Qovulmuş tələbə necə general oldu – Vüsal Növruzovun Çovdarovsayağı yüksəlişi

4-04-2017, 13:26 - Azərbaycanda tanınmış ailənin övladı, Çində istintaq qarşısında

3-04-2017, 10:55 - "Azercell" abunəçilərinə xəbərdarlıq edib

3-04-2017, 00:33 - Xocavənddə özbaşınalıq- Sələmçi İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

2-04-2017, 17:51 - Ramin Quluzadəyə qarşı çıxan qovşaq rəisi Zaur Məmmədov

2-04-2017, 16:28 - “Bizim maket”lərin sahibi haqda şok ifadə: 17 milyonluq mülk necə alınıb?

2-04-2017, 02:39 - Firdovsi Cəbrayılov ilə Eldar Əzizov arasında gərginlik...

1-04-2017, 11:32 - Aprel savaşında ordumuz Ermənistana böyük dərs verdi

30-03-2017, 21:10 - Əlillərə 2 milyon manat ayrıldı

30-03-2017, 20:51 - Milli Bankın rəhbəri vəzifədən getdi

30-03-2017, 19:39 - Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

“Azərişıq”: İndiki qiymətlər bizi qane etmir

Tarix:5-08-2016, 13:09 Baxış Sayı:210

“Azərişıq”: İndiki qiymətlər bizi qane etmir


“Yeni qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib”


Azərbaycanda elektrik enerjisinin qiyməti 2022-ci ilədək ard-arda artırıla bilər. Asiya İnkişaf Bankı (AİB) hökumətə belə bir təklif verib. Bank Azərbaycanın energetika sahəsinə 750 milyon dollarlıq kredit ayırır.

Hələ ötən ay, iyulun 14-də elektrik enerjisinin qiymətini 16% artıran hökumət bu tövsiyəyə “hə” deyib, yenidən qiymət artımına gedəcəkmi?

Bakunews.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sualları cavablandırıb. O, sözə AİB-in tövsiyəsindən başlayır:

- “Azərişıq”ın belə planı yoxdur.

- Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etmisiniz və ya edəcəksiniz?

- Yox, müraciət etməmişik. Biz Tarif Şurasının qərarını icra edirik.

- Bəs indiki qiymətlər “Azərişıq”ı qane edir? Bəzi ekspertlər qiymətin aşağı salınmalı olduğunu deyir, bəziləri də hətta 10 qəpiyə qaldırılmalı olduğunu söyləyir.

- Təbii ki, indiki vaxtda bu qiymət bizi qane etmir. Devalvasiya, şəbəkənin idarə edilməsi, işçilərin saxlanılması, materialların, yeni texnologiyaların alınması var.

Gündəlik artım olur, dünyanın hər yerində, o cümlədən bizdə dəyişikliklər baş verir və bunlar ardıcıl olaraq, şəbəkənin saxlanılmasına lazımdır.

Biz daxili vəsait hesabına qurduğumuz şəbəkəni idarə edirik. İndi ən aşağı tarif Azərbaycandadır. İstər regionda, istərsə başqa ölkələrdə ən aşağı tarif bizdədir və bu da şəbəkəmizin saxlanılmasına yetərli deyil. İyulun 14-də qiymət artırıldı. Bu, zəruri idi. Məqsəd - şəbəkəni olduğu vəziyyətdə qoruyub saxlamaq idi.

- Sizin xərclərinizi ödəməkdən ötrü qiymətlər təxminən nə qədər artırılmalıdır?

- Yalançı olaram. Bu məsələ bizim səlahiyyətimizdə deyil, ancaq bu addım zəruridir. Şəbəkəni qorumağa, regionlarda yenidənqurma işləri aparmağa, yarımstansiyalar qurmağa zəruridir.

Biz bunları öz hesabımıza edirik. Son qiymət artımı bizə çox cüzi təsir edir. Amma tarif məsələsi bizim səlahiyyətimizdə deyil.

- O halda yaxın zamanlarda elektrik enerjisinin qiymətində yenidən artım gözlənilir?

- Məncə yox. Bununla bağlı bizim heç bir təşəbbüsümüz, müraciətimiz olmayıb.

- Ekspertlər, iqtisadçılar son illərdə hökumətin enerji sahəsinə yetərincə böyük - 4 milyard dollar sərmayə yatırdığını, ancaq bu sahədə görülən işlərin yetərli olmadığını, hətta durumun yarıtmaz olduğunu söyləyirlər...

- Gerçəkçi olaq. Görülən işlər göz önündədir. Hər yerdə enerji sərfiyyatı yüksək səviyyədə təmin olunub.

XƏBƏR LENTİ