Anons

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

9-05-2017, 21:48 - Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi konfrans keçirilib

9-05-2017, 20:10 - "İranlı iş adamı: "Oazis" restaranının admnistratoru Sadıxov Seyfulla arvadımla məni aldadaraq hər şeyimi əlimdən almaq istəyirlər"

8-05-2017, 01:56 - Исполняется двадцать пятая годовщина оккупации Шуши вооруженными силами Армении

8-05-2017, 01:48 - Tərtərdə ermənilərlə iş birliyinə girən hərbçilər və mülki şəxslər ifşa edildilər - Bakıda terror planlaşdırılırmış

4-05-2017, 05:00 - İspaniya mediası Bakıdakı yarışdan yazdı

4-05-2017, 04:25 - Məhəmməd Peyğəmbərin xəbər verdiyi müharibə BAŞLAYIR - Qiyamətə qədər...

3-05-2017, 00:24 - Azərbaycanın tanınmış jurnalisti vəfat edib

2-05-2017, 18:00 - Ağcabədi rayonunda məkunlaşan vətəndaş Prezidentə müraciət etdi

2-05-2017, 01:00 - İslam Oyunları zamanı kimlər nəqliyyatdan pulsuz isdifadə edəcək?!

1-05-2017, 21:03 - Polis rəisi çağırdı, İCRA BAŞÇISI DÖYDÜ - JURNALİSTİ (ŞOK)

1-05-2017, 13:52 - APELLYASİYA MƏHKƏMƏSİNDƏN QARABAĞ ƏLİLLƏRİNƏ QARŞI AĞLASIĞMAZ ÖZBAŞINALIQ

1-05-2017, 13:05 - Bağlanan 11 bankın əmanətçilərinə nə qədər pul ödənildi?

1-05-2017, 11:41 - Ölkə rəhbərinin və Ekologiya nazirinin əmrləri icra edilmir...

28-04-2017, 21:29 - Nəsir Kərimi öldürüldü - VİDEO

26-04-2017, 15:13 - Bank VTB (Azərbaycan) İT mütəxəssisi axtarır - VAKANSİYA

26-04-2017, 11:09 - Oğurlanaraq zorlanan müəllimə yeni iş veriləcək - Nazirlikdən reaksiya

25-04-2017, 16:40 - Gəncliyin təhlükə mənbəyi Gəncə Dövlət Universiteti - ŞOK İDDİA

25-04-2017, 00:12 - Qumru Fərhadovanın saxta Fəlsəfə Doktor adı Y.Yusubovdan hədiyə...

23-04-2017, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik

Tarix:28-09-2016, 00:26 Baxış Sayı:383

Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik

Sentyabrın 27-də bütün dünyada olduğu kimi, Azərbaycanda da Ümumdünya Turizm Günü qeyd olunur.

Turizm günü Ümumdünya Turizm Təşkilatı tərəfindən 1979-cu ildə təsis edilib. Həmin gün turizm və turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir. Turizm gününün başlıca məqsədi turizmin təbliği və müxtəlif ölkə xalqları arasında əlaqələrin inkişafıdır.

NAXCİVANXEBERLERİ.COM qədim Azərbaycan diyarı olan, günü-gündən müasirləşən Naxçıvan Muxtar Respublikasının turizm potensialından bəhs edən məqaləni və turistik məkanları əks etdirən fotoşəkilləri sizlərə təqdim edir.

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri - Möminə Xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Qarabağlar Memarlıq Kompleksi, həmçinin təbiət abidələri - əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, narbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, Kilit mağarası, Qazma mağarası, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən Haçadağ, Babək qalası, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.

Bu potensialdan səmərəli istifadə etmək məqsədilə mühüm işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa və konservasiya edilərək əvvəlki görkəmlərinə qaytarılmışdır. 2008-ci ildə Duzdağ Fizioterapiya Mərkəzi, həmçinin Darıdağ Arsenli Su müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuş, müayinə, müalicə və istirahət üçün hər cür şərait yaradılmışdır.

Muxtar respublikanın rəngarəng təbiət mənzərələri, əlverişli iqlim şəraiti, mineral suları ekoturizmin inkişafını şərtləndirən başlıca amillər sırasındadır. Muxtar respublikada mövcud olan dini ziyarətgahlar, pir və imamzadələr, xüsusilə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahı dini turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində ziyarətçilərin ziyarət etməsi üçün hər cür şərait yaradılmışdır. Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri məkanlardan biridir.

Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar, Naxçıvan-Batabat-Ağbulaq və Naxçıvan-Gülüstan turist marşrutları hazırlanmışdır.

Muxtar respublikanın ən ucqar kəndlərinə belə rahat yollar çəkilmiş, Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərir. Həmçinin muxtar respublikanın bir neçə kəndinə dəmiryolu nəqliyyatı ilə də getmək mümkündür. Hazırda İran İslam Respublikası ərazisindən keçməklə paytaxt Bakı şəhərinə, həmçinin Türkiyə Respublikası ərazisindən keçməklə Gürcüstanın Batumi şəhərinə sərnişin avtobusları işləyir. Naxçıvan Beynəlxalq Hava Limanından Bakı və Gəncəyə, Moskva və İstanbul şəhərlərinə təyyarə reysləri vardır. Muxtar respublikada müasir tələblərə cavab verən turizm obyektlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin və digər turizm infrastrukturu obyektlərinin istifadəyə verilməsi istirahət turizminin inkişafına əlverişli şərait yaratmışdır.
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik
Ümumdünya turizm günü - Naxçıvanı təqdim edirik

XƏBƏR LENTİ