Anons

Haqqımızda Əlaqə

Kredit cərimələrini ödəməyin!

Tarix:9-01-2017, 13:01 Baxış Sayı:69

Kredit cərimələrini ödəməyin!


Ekspert Əkrəm Həsənov bankla yazılı razılıq əldə etməyincə kreditləri ödəməməklə bağlı borclulara müraciət edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, vətəndaşlar dollar kreditlərinin ödənilməsi ilə bağlı tez-tez ona bu kimi suallar ünvanlayırlar: “Dollar kreditim var. Bank dedi ki, köhnə məzənnə ilə ödə, mən də ödədim, amma indi məzənnə fərqini də tələb edir. Nə edim? Bir az gecikməm oldu, amma sonra bankla razılaşıb ödəməyə davam etdim və krediti bağladım. Lakin indi bank deyir ki, hələ xeyli borcum qalıb, çünki ödənişlərimin çox hissəsi cərimə kimi tutulub. Bu, necə ola bilər?”

İqtisadçı qeyd edib ki, belə hallar insanların sadəlövhcəsinə bankların şifahi vədinə inanmağına görə baş verir:

“Bankla hər hansı razılığa gəlmisinizsə, mütləq onun yazılı şəkildə ifadə edilməsini tələb edin. Məsələn, götürək dollar kreditlərini. Bank güzəştə getmək istəmir. Amma bilir ki, sizə bunu desə, ödənişləri dayandıra bilərsiz. Odur ki, yalandan vəd verir ki, sən əvvəlki məzənnə ilə ödə, narahat olma. Siz də ödəyirsiz, amma bank ödənişi yeni məzənnə ilə uçota alır və nəticədə borcunuz nəinki azalmır, bəlkə də artır, çünki bank gecikməni də qeydə alır və cəriməni də yükləyir. Sonra siz etiraz edəndə, bank deyir ki, aramızda elə razılıq olmayıb, məzənnə fərqini də, cərimələri də ödə”.

Kredit cərimələrini ödəməyin!


Ə. Həsənov vurğulayıb ki, gecikdirilmiş borc üzrə ödənişdən ilk növbədə dəbbə pulunun (cərimənin), sonra faizlərin və yalnız yekunda əsas borcun tutulması da əsas problemlərdən biridir:

“Çünki əksər hallarda bank ödənişdən cərimənin tutulduğunu vətəndaşa heç demir. Vətəndaş hərdən vaxtında, hərdən də gecikdirmə ilə birtəhər ödənişini davam etdirir. Düşünür ki, borcu azalır. Lakin azalmır. Amma bunu gec başa düşür. Kredit müqavilələrində borclunun ödənişindən ilk növbədə cərimənin tutulması haqda müddəa qanunsuzdur. Belə ki, Mülki Məcəllənin 440.2-ci maddəsinə əsasən əgər tələblərin icra müddətləri eyni vaxtda çatarsa, icrası borclu üçün daha ağır olan tələb birinci növbədə ödənilməlidir. Əlbəttə ki, əsas borc borclu üçün daha ağır tələbdir, çünki üstünə faiz gəlir. Buna görə də cərimənin ilk növbədə tutulması qanunsuzdur!

Gecikdirilmiş borcunuzu ödəmək istədikdə, əmin olun ki, ödənişinizdən cərimə tutulmayacaq. Buna görə banka təklif edin ki, ya kredit müqaviləsindən cərimə haqda müddəanı çıxartsın, ya da ödənişlərinizdən cərimənin tutulmayacağı barədə sizinlə yazılı razılaşma bağlasın. Hər ödənişinizdən sonra da bankdan yenilənmiş və bankın imza və möhürü ilə təsdiqlənimiş ödəniş qrafikini tələb edin. Həmin qrafiki yoxlayıb əmin olun ki, ödənişiniz məhz əsas borcun və faizlərin ödənişi kimi nəzərə alınıb. Lap elə indinin özündə də gedin banka və yenilənmiş ödəniş qrafikini tələb edin. Bank təklifinizi qəbul etməsə, krediti qətiyyən ödəməyin. Qoy, bank sizi məhkəməyə versin. Sizi əmin edirəm ki, ömrünüzün sonunadək cərimə ödəməkdənsə, işin məhkəmədə baxılması qat-qat yaxşıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yəni məhkəmədə dəbbə pulunun azaldılmasını tələb edə bilərsiz. Əksər hallarda məhkəmələr bu tələbi təmin edir. Lakin dəbbə pulunu artıq ödəmisinizsə, məhkəmə əvvəlki ödənişlərinizi azalda bilməyəcək”.

Günel Türksoy

SON XƏBƏRLƏR
Azərbaycanda müharibəyə hazırlıq: Ən yeni döyüş təyyarələri alındı
Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov?
Sarkisyanın yeni müharibə çağırışına rəsmi Bakıdan cavab
Leyla Əliyeva çağırış etdi
Sarkisyan xalqa Qarabağda yeni müharibə vəd edir
Türkiyə Azərbaycanı silahlandırmağa başladı
Sərhəd bölgəsinə minə yaxın hərbçi göndərilir
Pulu pulla qazananlar: Araz Ağalarov və Telman İsmayılovun da iştirak etdiyi OLİQARX TOYLARI
Sarkisyan Qarabağda müharibənin başlayacağı tarixi açıqladı
General: Zakir Həsənov nazir oğullarını da orduya çağırtdırır
Həbsdəki jurnalist əfv ərizəsi yazıb - Ərşad İbrahimov prezidentə üz tutdu
Deputat: "Bu, Ermənistanın növbəti təxribatıdır"
Tramp lap Stalin kimi danışmağa başladı:
Zeynəb Xanlarovadan mühüm siyasi gediş
Dənizdən çıxarılan meyitin itkin neftçilərdən birinə məxsus olduğu dəqiqləşdi -
Ermənistan mart ayında Qarabağda yeni müharibəyə başlayacaq - Hərbi mənbə
“Siyahıda Əli İnsanov və İlqar Məmmədovun adı var”
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək
Hakimiyyətin qara siyahısında olan icra başçıları
"Prezidentin sərəncamı hüquqi islahatların keyfiyyətcə yeni mərhələsidir"
Bakının mərkəzində QAZ BÖHRANI - Rövnəq Abdullayevdən Prezidentə şikayət
Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi - BDU in ilahiyyat fakultəsində nə baş verir ŞİKAYƏT
“Ermənistan əsgəri ölmək istəmirsə…” – Hərbi ekspert
BDU-nun dekan müavinindən şikayət var
Cavid Qurbanov 276 milyon kredit götürdü -
Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq
BU GÜN ARİF MİRCƏLAL OĞLU PAŞAYEVİN DOĞUM GÜNÜDÜR
Milli Məclisdə bələdiyyələrin fəaliyyəti tənqid olundu
2-ci Aprel döyüşləri başlayır - “Azərbaycanın atacağı addımlar amansız və sərt olacaq”
Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri başlayıb - YENİLƏNİB