Anons

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

"Təzə nazir öz komandasını yığacaq" — Vahid Əhmədov yeni vergilər naziri təyinatından danışdı

Tarix:6-12-2017, 12:39 Baxış Sayı:96

"Təzə nazir öz komandasını yığacaq" — Vahid Əhmədov yeni vergilər naziri təyinatından danışdı

Bildiyiniz kimi, prezident İlham Əliyev dünən iki naziri tutduğu vəzifəsindən azad etdi. Vergilər naziri Fazil Məmmədov tutduğu postdan uzaqlaşdırıldı, onun yerinə isə təhsil naziri vəzifəsindən azad edilmiş Mikayıl Cabbarov təyin edildi.

Keçmiş təhsil nazirinin başqa bir sferaya, yəni vergilər naziri təyin edilməsi sosial şəbəkələrdə müəyyən müzakirələtə səbəb oldu. İctimayətdə belə bir fikir formalaşıb ki, vergilər naziri vəzifəsinə təyin edilən Mikayıl Cabbarov yad sahənin adamıdır. Buna səbəb kimi onun 4 ildir ki, təhsil naziri vəzifəsində çalışması göstərilir.

Mikayıl Cabbarovun vergilər naziri vəzifəsinə təyin edilməsi və ictimaiyyət tərəfindən müzakirə edilən mövzu ilə bağlı iqtisadçı ekspert, Milli Məclisin deputatı Vahid Əhmədov Ölkə.Az-a şərh verib.

Millət vəkili Vahid Əhmədov vergilər nazirliyinin strateji bir sahə olmasını vurğulayaraq bildirib ki, dövlət büdcəsinin təxminən 70%-i vergilər nazirliyi tərəfindən yığılan vergilər hesabına formalaşır:

"Bu nazirlik strateji əhəmiyyətli sahə olduğu üçün prezident İlham Əliyev kadr dəyişikliyi edəndə bunların hamısını götür-qoy edib. Son vaxtlar Fazil Məmmədovun səhətində problemlər var idi. Hesab edirəm ki, bu səbəbdən də o, tutduğu vəzifsindən azad olundu".

Mikayıl Cabbarovun yeni postu ilə bağlı millət vəkili bu fikirləri səsləndirdi:

"Mikayıl Cabbarov təhsil naziri vəzifəsinə təyin edildikdən sonra faktiki olaraq təhsil sahəsində müəyyən islahatara start vermişdi. Bir vaxtlar Mikayıl Cabbarov iqtisadiyyat nazirliyində yüksək vəzifədə çalışıb. Vergilər naziri vəzifəsinə gələn şəxs birinci növbədə islahatlara getməlidir. Orada elə islahatlar həyata keçirilməlidir ki, vergi sistemində, yığımda problem olmasın. Əhali ilə vergi sistemi arasında münasibət üst səviyyəyə gətirilib çıxarılsın. Mikayıl Cabbarov vergilər nazirliyində ciddi islahatlara gedəcəksə heç bir problem olmayacaq. Vergilər nazirliyindəki kadrlara da baxmaq lazımdır. Düzdür, vergilər nazirliyində vergi sistemini bilən kadrlar var. Təzə nazir yəqin ki, öz komandasını yığacaq. O, elə bir komanda formalaşdırmalıdır ki, vergi sistemində normal islahatlar aparılsın, vergidə olan "əyri yollar" ləğv edilsin, şəffaflıq olsun və sahibkarlarla vergi sistemi arasındakı problemlər aradan qaldırılsın".

Səxavət Məmməd

XƏBƏR LENTİ