Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Azərbaycanda dizel yanacağının qiyməti 0.80 qəpiyədək artacaq? - RƏSMİ

Tarix:14-01-2018, 16:54 Baxış Sayı:222

Azərbaycanda dizel yanacağının qiyməti 0.80 qəpiyədək artacaq? - RƏSMİ

2017-ci il iyunun 14-də Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Bundan sonra dizel yanacağının bahalaşacağı anonsları verilsə də, hökumət bu bahalaşmaya getmədi. Dünya birjalarında neft qiymətlərinin 72 dolları keçdiyi bir vaxtda Azərbaycanda dizel yanacağının bahalaşacağı xəbərləri dolaşmaqdadır. Buna səbəb kimi həm də Neftayırma zavodunda dizel istehsalının azalması göstərilir. Digər tərəfdən, dizel yanacağı ilə benzin arasında yaranmış kəskin qiymət fərqi bahalaşmanı sürətləndirən əsas amillərdən hesab olunur.

Dünya ölkələrində dizel yanacağının orta qiyməti 1 litr üçün 1.02 ABŞ dolları təşkil edir. Ümumilikdə qiymət, ölkələrə görə dəyişir. Bir qayda olaraq, zəngin ölkələrdə bu yanacaq növü baha, nisbətən kasıb ölkələrdə ucuz təklif edilir. İqtisadi cəhətdən yüksək inkişaf etmiş, dizel yanacağının qiyməti aşağı olan yeganə ölkə ABŞ-dır. Müxtəlif ölkələrdə dizel yanacağının qiymətindəki fərq, vergilər və subsidiyalarla bağlıdır. Hazırda Azərbaycanda dizel yanacağının 1 litri 0.60 qəpikdir. Dünya üzrə dizel yanacağının 1 litri üçün ən yüksək qiymət İslandiyadadır - 1.93 dollar. Qonşu İranda dizel yanacağının 1 litri 0.09 dollar, Səudiyyə Ərəbistanında 0.13 dollar, Türkmənistanda 0.26 dollar, Rusiyada 0.69 dollar, Türkiyədə 1.37 dollar, Almaniyada 1.38 dollar, Fransada 1.69 dollar, İtaliyada 1.72 dollar təşkil edir. Statistikadan da göründüyü kimi, ölkəmiz dizel yanacağının qiyməti aşağı olan ölkələr sırasındadır.

Xeberle.com-un verdiyi məlumata görə, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli Azərbaycanda dizel yanacağının istehsalının kəskin azaldığını deyib:
"Benzinin qiymətinin bahalaşmasından sonra dizelin qiyməti arasında kifayət qədər böyük - 30 qəpiklik fərq yaranıb. Dünyanın bir çox ölkələrində dizelin qiyməti Azərbaycandakından bahadır. Buna səbəb dizelin ekologiyaya ciddi ziyan vurmasıdır. Xüsusilə Avropa ölkələrinin bir çoxunda bu cür siyasət həyata keçirilir. Hazırda Azərbaycanda dizelin istehsalı kəskin azalıb. "Aİ 92” markalı benzin daha baha olduğundan Neftayırma zavodu bütün gücü benzin istehsalına yönəldib. 2017-ci ildə dizelin istehsalı 2016-cı illə müqayisədə 20 faiz azalıb. Bu tendensiyanın qarşısının alınması, zavodda dizel istehsalının rentabelliyinin artırılması üçün Tarif Şurası növbəti həftələrdə, yaxud aylarda dizelin bahalaşması ilə bağlı qərar qəbul edə bilər. Dizel yanacağının 0.80 qəpiyə qədər bahalaşacağı istisna olunmur”.

Azərbaycanda dizel yanacağının qiyməti 0.80 qəpiyədək artacaq? - RƏSMİ


N.Cəfərli bildirib ki, neft qiymətlərinin yüksəldiyi bir məqamda dizelin bahalaşma ehtimalı çox yüksəkdir:
"Neftayırma zavodunda rekonsturksiya işlərinə start verilib. Həmin işlərin görülməsinə kifayət qədər böyük məbləğ lazım olacaq. Zavodun gəlirlərinin artırılması yollarından biri istehsal etdiyi məhsulların qiymətinin bahalaşdırılmasıdır. Ki, yaxın vaxtlarda buna gediləcəyi istisna edilmir. Bir çox neft ölkələri var ki, öz daxili istehsalları üçün qiymətləri nisbətən ucuz saxlayırlar. Hər şey dövlətin yürütdüyü siyasətdən asılı olacaq. Dotasiya sistemini saxlamağa və öz vətəndaşlarına daha ucuz dizel satılmasına dair qərar veriləcəksə, qiymət artmayacaq. Amma son vaxtlar görünən odur ki, hökumət bəzi sahələrdə dotasiyanın artırılmasındansa, tariflərin bahalaşdırılması siyasətini yürüdür. Qazın, elektrik enerjisinin, suyun bahalaşamasını da buna misal göstərə bilərik. Baxmayaraq ki, hər il BP tərəfindən Azərbaycana 3 milyard kubmetr qaz verilir. Bu siyasət davam edəcəksə, dizelin də qiymətinin bahalaşma ehtimalı yüksəkdir. Dizelin bahalaşamsı isə ümumilikdə nəqliyyat və ərzaq bahalaşmasına gətirib çıxara bilər”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirib ki, dizel yanacağının qiymətinin artımı gündəmdə deyil:

Azərbaycanda dizel yanacağının qiyməti 0.80 qəpiyədək artacaq? - RƏSMİ


"Dizel yanacağının qiymətinin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb”.

XƏBƏR LENTİ