Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

SOCAR istiqrazlarına pul qoyanlara faiz ödənilib

Tarix:17-01-2018, 16:11 Baxış Sayı:144

SOCAR istiqrazlarına pul qoyanlara faiz ödənilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişini həyata keçirib.

“SOCAR Capital” MMC-dən “Report”a verilən məlumata əsasən, bu gün SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1,250 mln. dollar vəsait ödənilib. Faiz ödənişi artıq istiqraz sahiblərinin hesablarına köçürülüb və bu barədə investorlara SMS göndərilib.

Bu, Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR istiqrazları sahiblərinin 2018-ci ildə ilk qazancı olub. SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buraxılıb. Nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

SOCAR istiqrazları üzrə faizlərin ödənilməsinə 2017-ci ilin yanvarından başlanıb, ötən il ərzində 4 dəfə baş tutan faiz ödənişləri ilə istiqraz sahibləri bu qiymətli kağızlardan 5 mln. dollar gəlir götürüblər. Bununla da SOCAR istiqrazları ötən il sahiblərinə ən böyük dollar gəliri qazandıran qiymətli kağız olub. Bu gün isə istiqraz sahiblərinə sayca 5-ci faiz ödənişi həyata keçirilib.

"SOCAR istiqrazlarının əsas üstünlükləri şirkət tərəfindən nominal qiymətə alış zəmanəti və yüksək likvidliyidir. Nəticədə istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və onları dərhal nağd pula çevirmək mümkündür.

Bir qədər əvvəl start verilən REPO əməliyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib.

Bu xüsusiyyətlərinə və yüksək gəlirliliyinə görə, əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Bununla da, SOCAR istiqrazları Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib.

Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər”, - məlumatda qeyd edilib.

SOCAR istiqrazlarına pul qoyanlara faiz ödənilib

XƏBƏR LENTİ