Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

“Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir

Tarix:27-05-2019, 10:30 Baxış Sayı:55

“Bank Standard”ın Kreditorlar Komitəsinin sədri istefa verir

İyunun 11-də, saat 15.00-da ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında olacaq.

“İclasa Fondun icraçı direktorunun müavini Vüqar Abdullayev də dəvət edilib. İclasda “Bank Standard”ın maliyyə vəziyyəti və ləğv prosesi, habelə Kreditorlar Komitəsinin yeni tərkibinin müəyyən edilməsi, o cümlədən Komitənin sədrinin və katibinin dəyişdirilməsi məsəsi müzakirə ediləcək. Komitə sədri olaraq mən istefa verəcəyəm. Komitə üzvləri iclasın gündəliyinə dair əlavə təkliflərini iyunun 4-nə qədər mənə ünvanlaya bilərlər”, – deyə Ə.Həsənov qeyd edib.

Bundan başqa, hüquqşünas bildirib ki, Kreditorlar Komitəsinin Əsasnaməsinə görə iclasda yetərsay, onun üzvlərinin 2/3 hissəsi qədərdir: “Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən hazırda Komitənin üzvlərinin sayı məndən başqa, 26 nəfərdir. Bunlardan da 20-si Komitəyə ADIF-in təşəbbüsü ilə daxil edilib. Amma bu üzvlərin əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir. Odur ki, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələlərin (Komitə sədri və katib seçkisi) həll edilməli olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, “Bank Standard”ın təxminən 45 min kreditoru var”.

Ə.Həsənovun sözlərinə görə, bəzi əmanətçilər iclasın daha yaxın tarixdə keçirilib-keçirilməməsi barədə ona müraciət edir: “Xatırladıram ki, Komitənin Əsasnaməsinə görə onun növbəti iclasının tarixi əvvəlki iclasda müəyyən edilir. Bu tarix də müəyyən edilib – 11 iyun. Əsasnaməyə görə növbədənkənar iclasın keçirilməsi haqda təşəbbüsü sədr, ADIF və Komitə üzvlərinin 2/3 hissəsi irəli sürə bilər. Mənə heç kəs tərəfdən fərqli tarix barədə rəsmi müraciət edilməyib. Bundan sonra edildiyi halda belə, təşəbbüskar təbii, daha yaxın tarixdə iclasın hansı səbəbdən keçirilməsi zərurətini əsaslandırmalıdır. Çünki hər bir halda növbəti iclasa 2 həftə qalıb və həmin 2 həftənin, yəni 14 günün yarısı (7 gün) qeyri-iş günüdür. Başqa sözlə, daha tez tarixdə iclasın keçirilməsi hazırlıq baxımdan praktiki olaraq mümkün deyil. Kreditorlara etdiyim əvvəlki müraciətlərimə uyğun olaraq onlardan bir daha xahiş edirəm: Komitənin yeni sədri və katibi barədə aralarında müzakirələrə indidən başlasınlar ki, iclasda namizədlərin müəyyən edilməsi çox vaxt aparmasın”. (Report)

XƏBƏR LENTİ