Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Azərbaycanda devalvasiya təhlükəsi varmı? - ŞƏRH

Tarix:28-06-2019, 12:10 Baxış Sayı:61

Azərbaycanda devalvasiya təhlükəsi varmı? - ŞƏRH

"İndiki situasiyada çox kəskin inflyasiya riski gözləmirəm. Çünki inflyasiya riski iki halda baş verir. Yüksək inflyasiya riskindən danışırıqsa, bu, iki halda baş verir. Birincisi, artırılan maaşlar və təqaüdlər daha çox istehlak tələbatının ödənilməsinə yönəlir. İkincisi isə, daha çox təklif inflyasiyasıdır, yəni xərcləri artırır".

Bakunews.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev "Amerikanın Səsi"nə müsahibəsində deyib."Müəssisə və təşkilatlarda işləyən insanların maaşları artır. İstər-istəməz bu maaşlar istehsal xərclərinin tərkibində oturur. Amma bu artırılan vəsaitlərin həcminin ümumilikdə istehlak dövriyyəsi ilə müqayisədə, eyni zamanda istehsal xərclərinin ümumi həcminə nisbətdə çox böyük olmadığını nəzərə alsaq, mən yüksək inflyasiya riski gözləmirəm. Bu il hökumət 2 faiz inflyasiya proqnozlaşdırır, maksimum 2 faiz də əlavə olacağını gözləyir. Hətta ondan bir qədər də yüksək inflyasiya olması mümkündür. Tutaq ki, 5 faiz, 6 faiz mümkündür. Açığını deyim, Azərbaycanda 2019-cu il üçün iki rəqəmli infilyasiya riski gözləmirəm" deyə ekspert bildirib.

Rövşən Ağayev "Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə hökumət öz üzərinə həm də sosial bir risk götürüb. Bununla bağlı problemin həllini necə görürsünüz" sualına belə cavab verib: "Çox doğru yanaşmadır. Yəni, bilirsiniz ki, indiyə qədərki dövrdə hökumətin büdcə siyasətində, xərcləmə siyasətində belə bir prioritet olmuşdu ki, mümkün qədər sosial xərcləri az götürürdülər. Məsələn, tutaq ki, maaş və təqaüd xərclərinin büdcədə payı heç bir halda 30 faizi ötmürdü. Amma indiki situasiyada, mənim hesablamalarıma görə, bu göstəricinin 40 faizi ötəcəyi gözlənilir. Aşağı sosial yükün götürülməsi hökuməti həmişə büdcə riskindən qaçırırdı. Tutaq ki, neftin hətta 30 dollar olduğu dövrdə belə manat üçün risk yaransa da, büdcə yükünün daşınması üçün, büdcə yükünün hökumətin çiynində daşınması üçün o qədər risk yaratmırdı. Mən düşünürəm ki, bu il üçün deyil (sosial xərclər elədir ki, investisiya xərclərindən fərqli olaraq artıbsa, onu azaltmaq olmaz), 2020-ci ildə də ən azı 2019-cu ilin sosial xərc səviyyəsini gözləməlidir. Sosial xərclərin büdcədə payının artması hökumət üçün, mən deyərdim ki, həm də bir büdcə tələsidir. Yəni artıq manatın məzənnəsi bu günə kimi hökumət üçün bir tələ idisə, - yəni neftin qiymətindən asılı olaraq, - düşünürəm ki, sosial xərclərin artırılması artıq hökumət üçün növbəti, başqa bir tələ, büdcə tələsi yaradıb. Burada maraqlı bir detalı da deyim. Hökumət büdcədə həmişə investisiya xərclərini yüksək tuturdu. İnvestisiya xərcləri elə xərclərdir ki, hökumət onunla manevr edə bilirdi. Siz yaxşı bilirsiniz ki, 2015-2016-cı illərdə hökumət investisiya xərclərinin həcmini iki dəfə aşağı saldı. Yəni, o xərclərlə manevr edə bilirdi. Amma, sosial xərclər elə xərclərdir ki, hökumət o xərclərlə manevr edə bilmir. Ona görə də, mən düşünürəm ki, siz haqlısınız. Hökumət artıq sosial xərcləri artırmaqla özü üçün risk, bir büdcə tələsi yaradır".

Ekspert yaxın aylarda devalvasiya riski görmədiyini bildirib: "İş orasındadır ki, bu gün qiymətlər daha çox artdı. Siz baxsanız, görəcəksiniz ki, ötən illə müqayisədə istehlak səbətinin dəyərini hökumətin özü 136 manatdan 180 manatadək artırıb. Hətta, məlumat var ki, yenidən baxılmaq məsələsi var. Yəni qiymətlərin artdığı bir şəraitdə insanlar o vəsaitləri daha çox yaranmış izafi xərclərə yönəldəcək, nəinki dollar almağa. Əgər qiymətlər dəyişmədiyi şəraitdə, istehlak mallarının qiymətinin dəyişmədiyi şəraitində, yüksək inflyasiya olmadığı şəraitdə, bu baş verərdisə, bəli, insanlar əlindəki əlavə pul kütləsini daha çox etibarlı yığım vasitəsi kimi xarici valyutaların alınmasına yönəldərdi. Bu, bazarda müəyyən bir narahatlıq yarada bilərdi. Bu, məsələnin bir tərəfidir. Bu, baş verməyəcək.

Amma ikinci tərəfi var ki, bəli, ola bilər ki, əlavə məhsullar gətirmək lazım gəlsin (biz idxaldan asılıyıq), xarici mala tələbat artsın. Bu riski də önləyən başqa bir səbəb var. Neftin qiyməti indi kifayət qədər yüksəkdir. İndiki valyuta bazarındakı təklif tələbi əhəmiyyətli dərcədə üstələdiyi üçün, ən azı yaxın altı ayda, yəni ilin sonunadək belə bir risk görünmür. Siz dediyiniz risk nə vaxt meydana çıxacaq? Neftin qiyməti 50 dollara və bunun altına düşərsə, artıq həm büdcə tələsi, həm də manatın məzənnəsindən asılılıq valyuta bazarı üçün də əlavə risklər yarada bilər".

XƏBƏR LENTİ