Anons

Haqqımızda Əlaqə

Azərbaycanda ödənişlər getdikcə nağdsızlaşır

Tarix:11-07-2015, 12:00 Baxış Sayı:72

Azərbaycanda ödənişlər getdikcə nağdsızlaşır




Son bir ayda 285 ədəd ATM quraşdırılıb.

Azərbaycanda plastik kartlardan istifadə edənlərin sayının artması, bankomat (ATM) və POS Terminalların da sayına təsir göstərib.

Bakıda keçirilmiş Avropa Oyunları POS Terminalların sayının artmasına təsir göstərmişdi.

Beləliklə, AMB-nin son hesabatına əsasən, deyə bilərik ki, ölkə vətəndaşları arasında nağd pul istifadə edənlərin sayı azalıb.

Bakunews Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2015-ci ilin iyunun 1-nə olan məlumata görə, son bir ayda ölkədə cəmi 28 bankomat (ATM) quraşdırılıb.

Bakı şəhəri üzrə isə son bir ayda cəmi 22 ədəd ATM quraşdırılıb.

Regionlarda quraşdırılmış ATM-lərin sayı mayın sonuna 1164 ədədə çatıb.

Cari ilin may ayı ilə, aprel ayının müqayisəsi göstərir ki, ATM-lərin sayı ölkə üzrə 28 ədəd artaraq, 2670-ə çatıb.

Son bir ayda POS terminalların 285 ədəd və ya 0,36% artaraq, 78 324 ədədə çatıb.

Analoji dövrdə, 78 324 ədəd POS terminalın 49 815 ədədi paytaxtın, 28 509 ədədi isə regionların payına düşüb.

XƏBƏR LENTİ