Oğuz rayonunun Muxas və Şəki şəhərinin Aşağı Kəldək kəndlərinin ərazisində 10 ha biçilmiş taxıl sahəsi, 20 ha açıq ərazidə quru ot, kol-kos və ağaclar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
bakunews.az