Anons

Haqqımızda Əlaqə

Daha bir bank müflis oldu

Tarix:11-08-2015, 12:43 Baxış Sayı:176

Daha bir bank müflis oldu



Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi lisenziyası ləğv olunan “Evrobank” ASC-nin müflis elan olunması ilə bağlı qərar qəbul edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən verilən məlumata görə,Azərbaycan Mərkəzi Bankı “Evrobank”ın müflis elan edilməsi ilə bağlı avqustun 3-də məhkəməyə müraciət edib.


Məlumata əsasən, hakim Elçin Məmmədovun sədrliyi ilə avqustun 10-da iclas keçirilib.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 avqust 2015-ci il tarixli 2-1(81)-3855/2015 saylı qərarı ilə “Evrobank” müflis elan edilib. /APA/

XƏBƏR LENTİ