Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

“Məriz” filmi – kiçik filmdə böyük işlər!

Tarix:2-03-2015, 23:16 Baxış Sayı:993

“Məriz” filmi – kiçik filmdə böyük işlər!

Bu yaxınlarda Qarabağ müharibəsinin şəhidlərinə həsr olunmuş qısametrajlı bir film izlədim - “Məriz”...


Filmin ssenari müəllifi, quruluşçu rejissoru, baş prodüsseri və montajçısı Elvin Abdullayevdir. İstedadının parlaq şəfəqləri ilə bizim yaramızı, dərdimizi parıldadıb həm bizə, həm də dünyaya göstərən bu gənc rejissora ilk öncə bir vətəndaş kimi dərin təşəkkürümü, hədsiz minnətdarlığımı bildirirəm. Eyni zamanda bu filmin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə - aktyor, aktrisalara və teniki heyətə də təşəkkür edirəm.

İkincisi isə cəmi 10 dəqiqədən ibarət olan bu qısametrajlı film mənim fikrimcə son illər Azərbaycanda çəkilən ən keyfiyyətli filmlərdən biridir. Qətiliklə deyirəm ki, peşəkarlığın, sevginin və əməyin bəhrəsi olan, yüksək istedad və ustalıqla çəkilmiş bu qısametrajlı filmin simasında mən Azərbaycan filmini tərəqqiyə uğramış gördüm.

Qeyd edim ki, “Məriz” filmi Qarabağ müharibəsində bir ailənin faciəsini özündə əks etdirən güzgüdür. Burada əlil arabasına məhkum olmuş xəstə anası ilə düşmən qarşısında əli silahsız qalan, ailəsini qorumaq üçün sonuncu ümidini bir bıçaqda görən, bütün qəzəbini baxışlarında, od püskürən nəfəsində cəmləyib əli odlu silahlı iki düşmən əsgərinin atəşinə qurban gedən bir atanın faciəsini görən uşağın taleyindən danışılır. Onun atasını da, anasını da gözləri qarşısında öldürürlər və ağlını itirmiş uşaq psixatriya xəstəxanasına yatırılır.

Filmdə rolları Aybəniz Haşımova, Ramiz Novruz, Səmimi Fərhad, Xəyal Salahov, Zarina Qurbanova, Manaf Dadaşov, Ayxan Zayidzadə, Əli Faiq, Əfsanə Qasımova, Anar Həsənov və Sənan Fərzəliyev oynayırlar. Mən bu filmdə Aybəniz Haşımovanın aktrisalıq istedadını kəşf etdim. Xanımın siması film üçün olduqca maraqlı, emosionaldır. Ramiz Novruz isə təbii ki, müzakirə ediləməyəcək bir aktyordur. Bu aktyor əvvəlki oyunlarında olduğu kimi bu oyununda da öz istedadını və peşəkarlığını göstərir.

Şəxsən məni və əminəm ki, bütün tamaşaçıları razı salan, qane edən, hamının ürəyincə olan ən əsas amil filmdə gənc istedadların yer alması və onların yetərincə böyük ürəklə öz işlərinin öhdəsindən gəlmələridir. Uşağın atasını oynayan gənc aktyor Manaf Dadaşovun, xəstə anasını oynayan Zarina Qurbanovanın oyunu olduqca təsirlidir. Bu kollektivin ən azyaşlı üzvü, faciəni gözü ilə görən uşağı canlandıran Ayxan Zayidzadə isə gələcəyin parlaq istedadıdır. Mən həqiqətən bu uşağın təbii oyununa heyran oldum. O mənə Hollivud filmlərindəki azyaşlı uşaqları xatırlatdı. Hansı ki, o filmləri izləyəndə “Bizdə də belə istedadlı uşaqlar varmı?” sualı ilə üzləşirdim. Bu filmdə həmin suala cavab tapdım, “Bəli, var!” dedim. Ayxan Zayidzadə bu günün azyaşlı rolları üçün filmimizə lazımlı uşaqdır. Yəqin ki, gələcəkdə olduqca peşəkar aktyor kimi tanıyacağıq onu.

Filmdə erməni əsgərini canlandıran istedadlı aktyor Xəyal Salahovun oyunu da mükəmməlliyi ilə digərlərindən geri qalmır. O vəhşi, “quduz”, insanlıqdan azmış düşmən təbiətini bütün çılpaqlığı ilə oynayır, insan xarakterinin ən eybəcər hislərini öz obrazında göstərə bilir. Uşağın 23 il sonra psixatriya xəstəxanasındakı rolunu Səmimi Fərhad canlandırır. O 23 il sonra belə həmin faciəni sanki bu gün yaşayırmış kimi, gözlərinin önündə hər gün o hadisələr baş verirmiş kimi ağlını itirən, varlığını unutmuş ruhi xəstəni ustalıqla yaradır.

Bu film ümumilikdə bizim yaramız olan Qarabağın bütün acılarını, əzablarını, dərdini bir ailənin simasında göstərən möhtəşəm filmdir. Həm texniki baxımdan, həm bədii baxımdan, həm də aktyor və aktrisların oyunu baxımdan günümüzün ən dəyərli filmi hesab edilə bilər. Təbii ki, bu kollektiv bizə Qarabağ problemini göstərməklə yanaşı, Azərbaycanda filmin müəyyən dərəcədə inkişafını da göstərib sənəti, sənət adamlarını ümidləndirdi. Yəni kiçik filmdə, böyük işlər görülüb, əzizlərim!

Qeyd edim ki, “Məriz” filminin istedadlı rejissoru Elvin Abdullayev bundan əvvəl “Santa Mariya gəmisi” adlı filmin rejissoru olmuşdur. Texniki və bədii keyfiyyətləri baxımdan o film də bir xeyli uğurlu filmdir. Sözümün canı odur ki, bu istedadlı gəncə daha böyük şərait yaradılmalı, ona tammetrajlı bədii filmlərin çəkilməsi üçün lazım olan vəsait, avandanlıq verilməlidir. Mən həqiqətən bu rejissoru günümüzün sənət üçün lazımlı insanı hesab edirəm.

Desəm, öldürərlər, deməsəm, ölləm. Deyim öldürsünlər – hər işə bir “mız” qoyan, hər şeydə səhv axtaran, insanların zəhmətini, əməyini əsassız, sübutsuz şəkildə pisləyən, bəzən hətta təhqir edən yazıçılarımız, köşə yazarlarımız indi hardadır? Pisləməyə əsasmı yoxdur? Siz ki, onsuz da əsassız pisləyirsiz. Hörmətli qələm sahibləri, insafla və vicdanla yazın.

Sonda isə bütün yaradıcı heyətə bol-bol uğurlar arzulayıram. Onların yeni nailiyyətlərini, uğurlarını, bundan da böyük işlərini görmək istəyirəm.

XƏBƏR LENTİ