Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

İncəsənətimizdə böyük saxtakarlıqlar

Tarix:15-03-2015, 16:52 Baxış Sayı:2 362

İncəsənətimizdə böyük saxtakarlıqlar

(tarixi araşdırma)


Uzun müddətdir ki, Azərbaycan musiqisinin, kinosunun və teatrının tarixini araşdırıram. Olduqca müəmmalı məqamlarla qarşılaşıram. Müxtəlif mənbələrdə müxtəlif fikirlər ifadə olunub. Hamısı da bir-birinə ziddir. Amma bunlardan bir çıxış yolu var – məntiqə arxalanmaq.

Başlayaq elə bu yaxınlarda baş verənlərdən:

Bu yaxınlarda Nadir Qafarzadənin Sami Yusuf haqqında səsləndirdiyi xoşagəlməz fikirlər səs-küy doğurdu. Mən Nadir Qafarzadənin dediklərinin əleyhinəyəm. Yəni onun Sami Yusuf haqqında belə danışmağa heç bir ixtiyarı yoxdur. Hələ elə təhqiramiz ifadələr işlətdiyinə görə məhkəməyə verilməlidir. Amma danışmaq istədiyim mövzu bu deyil.

Verilişdə Sami Yusufun "Allahu Allah" mahnısını səsləndirəndə Nadir Qafarzadə dedi ki, "Niyaməddin Musayevin "Axtarma məni" mahnısıdır". Doğrudur, eyni melodiyadır. Nadir Qafarzadə əslində maraqlı bir faktı ortaya qoydu. Amma bu dediyində də yanlışlıq vardı.

"Axtarma məni" mahnısı Niyaməddin Musayevin mahnısı deyil. Bu mahnını 1968-ci ildə Bahadur Hüseynov bəstələyib. Mahnını ilk dəfə Yaqut Səfərova oxuyub. Müəllif Hüquqları Agentliyində mahnı Bahadur Hüseynovun adından qeydiyyatdan keçirilib. Sözlərinin müəllifi isə Ruzigar Əfəndiyevadır.

Amma Niyaməddin Musayev iddia edir ki, bu mahnının müəllifi özüdür. Bunun qanuni sübutu yoxdur. Mən isə Niyaməddin Musayevə qəti inanmıram. Bunun ən birinci səbəbi: Niyaməddin Musayev Bəhram Nəsibovla yaxın dost olub. Bir süfrədə çörək kəsiblər, isti münasibətləri olub. Bəhram Nəsibov da Azərbaycanın ən məşhur mahnılarının müəllifidir. Lakin ali musiqi təhsili olmadığına görə sovet qanunları Bəhram Nəsibovun adının çəkilməsinə icazə vermirdi. Nəticədə onun mahnıları hansısa təsnif kimi təqdim olunurdu. Niyaməddin Musayev də bu fürsətdən istifadə edərək Bəhram Nəsibovun əksər bəstələrini öz adından yayımlayırdı. Hətta 1998-ci ildə Bəhram Nəsibov öləndən sonra Niyaməddin Musayev açıq-aşkar bu mahnıların müəllifi olduğunu iddia etdi.

Bu siyahıda Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış "Gecələr" mahnısını, Bəhrəm Nəsibovun öz sözlərinə bəstələdiyi "Sevmirdim ki" mahnısını misal çəkmək olar. Niyaməddin Musayev bu mahnıların bəstəkarı olduğunu iddi etsə də, bu iddiasını puç edən tarixi faktlar var.

Məsələn, "Gecələr" mahnısı 1974-cü ildə, ilk dəfə Rəhilə Həsənova tərəfindən oxunub. Həmin gün ki, Bəhram Nəsibovun oğlunun bir yaşı tamam olurdu. Məclisdə Niyaməddin Musayev özü də olub. Lent yazısında onların danışığı da var. Rəhilə Həsənova bu mahnını oxuyur və qeyd edir ki, "Bəhramın bəstəsidir".

1998-ci ildə Bəhram Nəsibovun ölümündən sonra xatirə gecəsi keçirilir. O xatirə gecəsində Bəhram Nəsibovla əməkdaşlıq edən görkəmli sənətkarlarımız da olur. Niyaməddin Musayev də bu məclisdə iştirak edir. O məclisdə “Gecələr” mahnısı Elza Qaybalıyeva tərəfindən oxunur və Bəhram Nəsibovun mahnısı kimi təqdim olunur. Niyə Niyaməddin Musayev etiraz etmir?

Niyaməddin Musayev iddia edir ki, o Rəhilə Həsənovanın evində əfqan mahnısı “Molla Mamacan”ı dinləyib və o mahnıdan bəhrələnərək “Axtar məni” mahnısını yazıb. Bahadur Hüseynov isə deyir ki, o heç bir əfqan mahnısı eşitməyib və “Axtarma məni” mahnısı birmənalı olaraq onun bəstəsidir. Əfsus ki, bu gün həmin əfqan mahnısını tapmaq biraz müşkül məsələdir. Amma Bahadur Hüseynov mahnının bəstəkarı olduğuna görə bu “əfqan mahnısı” söhbətini Niyaməddin Musayevin qarayaxması kimi qəbul edə bilərik.

Niyaməddin Musayevin Bəhram Nəsibova qarşı tamahkarlığını nəzərə alsaq, "Axtarma məni" mahnısına iddiasını yalan hesab etmək olar. Təsadüfi deyil ki, "Axtarma məni" mahnısının bəstəkarı Bahadur Hüseynov da ali musiqi təhsili olmayan bəstəkardır. Bu bəstəkarların adı sovet dönəmində qeyd olunmurdu. Görünür Niyaməddin Musayev də bu fürsətdən yararlanırdı.

Nadir Qafarzadə bir tərəfdən düz dedi, bir tərəfdən səhv. Gərək bütün bunları vurğulayaydı. Axı "Haqq! Haqq!" deyə çırpınır.

İkincisi Nadir Qafarzadə bunu ilk dəfə demir ki. Bahadur Hüseynov odan əvvəl Sami Yusufun "Allahu Allah" mahnısını eşidəndə demişdi ki, "bu mənim "Axtarma məni" mahnınım melodiyasıdır".

Bəhram Nəsibova qarşı haqsızlıqlar bununla bitmir. Könül Xasıyeva “Gecələr” mahnısını oxuyur və bu mahnıya çəkdirdiyi klipdə mahnının musiqisinin Şahid Əbdülkərimova məxsus olduğunu qeyd edir. Mənbə olaraq Bəxtiyar Vahabzadənin şeirlər kitabında bu şeirin altında şeirə Şahid Əbdülkərimovun mahnı bəstələdiyinin yazılmasını göstərir. Lakin nəzərə almaq lazımdır ki, bu da sovet dövründəki qadağalardan qaynaqlanırdı. Yəni Bəhram Nəsibovun adının kitablarda da qeyd olunması yasaq idi.

Akif İslamzadənin ifasında məşhurlaşan “Gəl, inad etmə” mahnısı da Bəhram Nəsibovun ölümündən sonra Akif İslamzadənin bəstəsi kimi təqdim olunub. Lakin sovet vaxtı bu mahnı televiziyada sadəcə “Şur təsnifi” kimi təqdim olunurdu. Niyə Akif İslamzadənin adı yazılmırdı? Axı onun ali musiqi təhsili vardı və efirlərdə qadağan olunmamışdı.

Hətta Xumar Qədimova “Gəl, inad etmə” mahnısını oxuyur və bu mahnıya çəkdirdiyi klipdə mahnının sözlərinin müəllifi kimi Bəhram Nəsibovu, musiqisinin müəllifi kimi Akif İslamzadəni göstərir. Bu necə də absurd bir təqdimatdır!? Bəhram Nəsibov məgər şair idi? Ya şair kimi tanınırdı? Doğrudur, o həm də poeziyanı mükəmməl bilirdi və onun lirik şeirləri, bəhri-təvilləri vardı. Amma Bəhram Nəsibov bəstələdiyi musiqilərin əksəriyyətini öz şeirlərinə bəstələmişdi. Eləcə də “Gəl, inad etmə” mahnısının sözlərinin müəllifi özüdür.

“Sən güləndə” mahnısını da xalq mahnısı olaraq təqdim edirlər. Məsələn, bu mahnı Tələt Qasımovun ifasında səslənib və xalq mahnısı olduğu yazılıb. Amma bu mahının bəstəkarı da Bəhram Nəsibovdur.

Ümumiyyətlə niyə savadsız insanlara meydan verilir ki, onlar bu cür səhvlər və tamahkarlıqlar etsinlər!? Niyə Könül Xasıyeva, Xumar Qədimova, Tələt Qasımov, Nadir Qafarzadə və başqaları musiqi tarixini araşdırmır, öyrənmir!? Mənim 22 yaşım var və mən bunları axtarıb tapıram, öyrənirəm, yayımlayıram ki, bilməyənlər də öyrənsin. Ötən əsrin ortalarından gələn bu müğənnilərin bir-iki mənbəni axtarmaq, araşdırmaq qabiliyyəti yoxdurmu? Ya onların başı toylara, pul qazanmağa qarışıb və tarixi unudublar!?

Bir də qərar verdim ki, bundan sonra silsilə şəklində “İncəsənətimizdə böyük saxtakarlıqlar” sərlövhəli məqalələr yazım. Bu ilk idi. Bundan sonra sizi digər tarixi həqiqətlərlə tanış edəcəyəm. Həm musiqinin, həm kinonun, həm də teatrın tarixində baş vermiş o qədər önəmli, maraqlı hadisələr var ki, onlar ya unudulub ya da yanlış öyrədilir. Məncə bütün bunların həqiqətinə varmaq vaxtıdır.

Müəllif: Orxan Bahadırsoy

XƏBƏR LENTİ