Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Mənliyimizi məhv edən “Mən”imiz

Tarix:15-07-2016, 18:30 Baxış Sayı:1 305

Şam başından yanar, göz yaşı tökər,
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şama diqqət et,
Məhv olur başından ayağa qədər...
desə də Azərbaycan şairəsi Məhsəti Gəncəvi, çoxları bu kəlama bəlkə də indi nəzər yetirir. Elə buna görədir ki, günü-gündən özümüzə qapanır, hər şeyin ən yaxşısını hansı yollarla olur olsun özümüzünküləşdiririk. Kənardan necə və nəyə oxşadığımızı nəzərə almadan, kimliyimizi unuduruq. Zamanın, insanların, sosial şəraitin və s. sürətlə dəyişdiyi bir vaxtda əlimizdən buraxdığımız dəyərlərin fərqinə belə varmırıq.
Bir zamanlar yıxılanı ayağa qaldırar, yaşlı insanlara hörmət edər, yol verər, böyüklərin yanında nalayiq ifadələrdən çəkinər, qohumçuluq, dostluq, yoldaşlıq prinsiplərini qoruyar, dinə müqəddəs yanaşar, ən əsası, özümüzü təkmilləşdirməyə çalışardıq. Bəs görəsən bizlərə nə oldu? Nəyə görə hər şeyi boşlayar olduq? Gözümüzdən pərdə asaraq, insanlıq libasımızı əynimizdən kim çıxardı? Bəlkə biz heç vaxt keçmişimiz olmamışıq? Yəni, bu gün nəyimişiksə, o vaxtlarda eləymişik? Sadəcə münbit dövr olmadığı üçün üzə çıxmaqdan ehtiyat etmişik? Kim bilir, yəqin mənliyimizi məth edərək, böyütmüş, indisə öz “mən”imizlə yaratdığımız pafoslu şəxsiyyətimizin yalançı maskasını sürətlə parçalamağı qərara almışıq deyə hər şey bu qədər qəliz görünür bizə? Nə bilmək olar? Axı biz insanıq. “Günah da, savab da bizim üçündür”. Deyəsən evimizi yıxan da bu ifadəyə varlığımızı kökləməyimizdir. Yaradan günahları bəndəsi üçün yaratmayıb. Müqəddəs kitabda belə “Günahlarınızı baqışlayar, sizi cənnətimə qəbul edərəm, yetər ki, tövbə edin” deyilir. Tövbə nədir? Peyğəmbər (s) buyurur: “(Günahdan) peşman olmaq tövbədir.” (“Həqaid” səh. 386) . Biraz düşünək... Nəyə görə əvf olunacağımızı narahatlıqla gözləməliyik ki?! Olmazmı elə bir yaşam quraq, davranış sərgiləyək ki, bizi yaradan da bizə baxdıqca yaratdığından zövq alsın? Görürəm, bu sualım lap qəliz oldu. Xeyir, mən din mövzusundan yazmıram, sadəcə sağa-sola pərgar edirəm ki, mənəmçiliyimizin ortaya çıxardığı fəsadları aydın görəm və göstərə biləm.
“Məndə 1 yumurta var, səndə də 1 yumurta var. Mən sənə 1 yumurta versəm, sən də mənə bir yumurta versən, məndə 1 yumurta, səndə 1 yumurta olar. Məndə 1 bilgi var, səndə 1 bilgi var. Mən sənə 1 bilgi versəm, sən də mənə 1 bilgi versən, məndə 2 bilgi, səndə də 2 bilgi olar” - Konfutsinin bu dəyərli fikrinə qayıdacam. Yeni sətirə keçməkdə əsas məqsədim işin təməli olan savadsızlığımızdan və ağlımızı başımızdan alan gəlirimizdən (böyük sferada isə işsizliyimizdən) danışmaqdır. Cahillik insanı azdıran, evinə və cəmiyyətə qorxulu, özünə vurğun şəxs kimi formalaşdıran, insanlığı tapdayan yeganə təhlükəli faktordur. Bunun qarşısını almaq əvəzinə isə odla oynamağı üstün bilir, “əşii uşaqdır hələ, oxuyar”? bəzi hallarda isə “nə oxumaq? Guya valideyinləri oxuyub, harasa gəlmiyiblər ki, ilişdirərik bir yerə, dolanar” ideyaları ilə yaşayırıq. Övladlarımızı düşünmədiyimiz kimi dövləti və onu irəliyə aparacaq milləti kütləyə uyğunlaşdırır, cəmiyyət deyil, topluluq halında saxlayırıq. Təhsildə olan geriləmə bir daha onu göstərdi ki, cənab nazirlərin yerini dəyişmək yuxarıda qeyd etdiyim yumurtanın yerinin dəyişməsi kimidir, əmsal yenə sabitliyini qoruyub, saxladı. Demək ki, bilgi alış-verişi olmalı və təhsildə sürətlə başqa dövlətlərin proqramlarını tətbiq etməkdənsə, bir xətt üzrə öz qaydasında irəliyə getmək gərəkirdi. Həmçinin də işsizlik. Yazı sizləri yormamış fikrimi yekunlaşdırım. Şagirdlərindən biri Konfutsidən “Ölüm nədir?” deyə soruşur, cavabında Konfutsi şagirdinə “Həyat haqqında nə bilirsən ki, sənə ölümdən bəhs edim?” sualını verir. “Mən”inizi bir kənara qoyun və özünüzə sual edin. Inandırım ki, aldığınız cavab yeni dünyanızın başlanğıcına stimul olacaqdır.

Azay SÜLEYMANOĞLU

XƏBƏR LENTİ