Anons

Bu gün, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

Bu gün, 17:29 - Xınalıq kəndində görünməmiş özbaşınalıq – Cavid Qurbanov ŞƏHİD ailəsinin evini bu hala saldı [VIDEO]

Bu gün, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

Dünən, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

Dünən, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

17-07-2017, 20:41 - Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

6-07-2017, 12:27 - Ramil Usubov iki polkovniki işdən çıxartdı

3-07-2017, 16:43 - Təhlükəsizlik xidmətinin əməkdaşı vəhşicəsinə döyüldü - Video

2-07-2017, 17:07 - Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

28-06-2017, 15:48 - "Məhərrəm Novruzov başıma silah dayayıb"-Məmurların səs yazıları yayılacaq

26-06-2017, 14:28 - Gəncənin Məharət Mustafayev bəlası

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

Ərdoğan xunta dövrünə son qoyub

Tarix:17-07-2016, 21:51 Baxış Sayı:498

Ərdoğan xunta dövrünə son qoyub

O qiyamı Heydər Əliyevin üsuluyla yatırdı

Türkiyədə hakimiyyətin mənbəyi xalqdır!


Dünyadakı bütün hakimiyyətlərin mənbəyi və dayağı xalqdır. Xalqın iradəsinə söykənən hakimiyyətləri çevirilişlər yoluyla devirmək asan deyil. Türkiyənin son 40-50 illik tarixində Ərdoğan və onun partiyası qədər seçkilərdə böyük qələbələr qazanan ikinci bir lider və ikinci bir partiya olmayıb.

Türkiyənin 40-50 illik tarixində təkbaşına iqtidar quran Ərdoğan və onun partiyası oldu.

Türkiyə Ərdoğan dövründə dünyada söz sahibi oldu!

Eyni zamanda hamı qəbul etməlidir ki, Türkiyənin son 40-50 illik tarixində Türkiyə bir dövlət olaraq yalniz Erdoğan zamanında məşhurlaşdı. Türkiyə söz sahibi olaraq Almaniya, İngiltərə və Fransa kimi dövlətlərlə eyni sıraya və eyni yüksəkliyə yalnız Ərdoğan zamanında yüksəldi.

Ərdoğan inflyasiyadan boğulan Türkiyə iqtisadiyyatını xilas etdi!

Yalnız Ərdoğan dövründə müasir iqtisadiyyatın səviyyəsinin aşağı düşməsinin, milli valyutaların qiymətdən düşməsinin həm də birja oyunları olduğu başa düşüldü.

Yeri gəlmişkən qeyd etməliyəm ki, Türkiyə valyutasının qiymətdən düşməsi haqqında Ərdoğanın təzəcə hakimiyyətə gəlməsi ərəfəsində inflayasiyaların həm də birja oyunları vasitəsilə, süni yollarla yaradılması haqqında Ərdoğana məktub da yazmışdım. Məktubdan bir neçə gün sonra Ərdoğanın mənim cümləmi təkrar edən çıxışını dinlədim.

Yalnız Ərdoğan dövründə başa düşüldü ki, Rusiyanın iqtisadi sərvətləri Türkiyənin və istənilən ölkənin qalxınmasında mühüm rol oynaya bilər.

Türkiyə Ərdoğan dövründə ABŞ-ın əlaltısı olmaqdan xilas oldu!

Türkiyə dövləti yalnız Ərdoğan dövründə heç kimə boyun əyməyən siyasət yürütməyə başladı. Türkiyə ABŞ-ın əlaltısı rolundan xilas oldu.

Ərdoğan dövründə Türkiyə ordusu qərbin əlaltısı olmaqdan azad olundu!

Ordu üzünü bütün iqtidarlar dövründə bir hakimi mütləq kimi aparırdı. Ordu istədiyi zaman, qanuni yolla seçilmiş hakimiyyətləri deviir və Türkiyəni oyuncaq bir duruma salırdı. Yalnız Ərdoğan dövründə ordunun Türkiyədə hakimiyyətləri devirmək, Türkiyəni oyuncaq halına gətirmək səlahiyyətləri əlindən alındı.

Üsyançı qrup başa düşmədi ki, Ərdoğan xunta dövrünə son qoyub!

Ordudakı bir qrupun 15.07.2016 tarixində dövlət çevirilişinə cəhd etməsi Osmanlı sultanları dövründə ordunun bir parçası olan yanıçarların Osmanlı imperatorlarını devirmək cəhdləri kimi hadisələrə bənzədi. Lakin bu müasir yanıçarlar başa düşmədilər ki, Ərdoğan xalqın iradəsiylə 15 ilə yaxındı ki, hakimiyyətini möhkəmləndirir. Ordu bir daha hakimiyyəti devirə bilməyəcək. Türkiyə xunta dövrünü arxada qoyub.

Qiyamçılar başa düşmədi ki, Ərdoğan xunta dövrünə son qoyub.

Ərdoğan qiyamı Heydər Əliyevin üsuluyla yatırdı!

Ərdoğan qiyamı türk CNN televiziya kanalına ötürdüyü bir telefon danışığıyla yatırdı. Ərdoğan türk millətini qiyamı yatırmaq üçün meydanılara çağırdı. Ərdoğanı iqtidara gətirən millət Ərdoğanın səsinə səs verdi. Milyonlarla insan meydanlara axışdı. Müxalifət partiyaları da Ərdoğanı dəstəklədi. Onlar hökumətin yanında olduqlarını rəsmən bəyan etdilər.

Oxucuların yadına salıram ki, Heydər Əliyev də qiyamı birbaşa televiziya ilə xalqı prezident administrasiyasının qarşısına çağırmaqla aldı. Yarım milyondan çox insan Heydər Əliyevin səsinə səs verdi. Yarım milyondan çox insan prezident administrasiyasının qarşısına toplaşdı. Qiyam yatırıldı.

Prof.Dr. Qüdrət İsaqov

XƏBƏR LENTİ