Anons

Haqqımızda Əlaqə

AĞ ŞƏHƏRİN TƏHLÜKƏDƏ OLAN KÜÇƏLƏRİ

Tarix:24-11-2016, 21:37 Baxış Sayı:481

AĞ ŞƏHƏRİN TƏHLÜKƏDƏ OLAN KÜÇƏLƏRİ


Əvvəllər “Qara Şəhər” kimi tanınan bu ərazi indi Ağ Şəhər statusunu daşıyaraq daha da məhşurlaşıb. İndi bu ərazidə yeni yaşayış binalarının inşa olunması üçün hazırlıq işləri aparılır. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. Bakı Ağ Şəhər layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının” təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli Qara şəhərin bərpası və inkişafı haqqında sərəncamına əsasən həyata keçirilir.

AĞ ŞƏHƏRİN TƏHLÜKƏDƏ OLAN KÜÇƏLƏRİ


Bundan başqa, Ağ Şəhər bulvarında infrastruktur ən müasir tələblər səviyyəsində yaradılıb. Bu nəhəng istirahət guşəsi sürətlə böyüyən və inkişaf edən Bakının görməli və gəzməli yerlərinə yeni bir ünvan da artırdı.

AĞ ŞƏHƏRİN TƏHLÜKƏDƏ OLAN KÜÇƏLƏRİ


Bakı Ağ Şəhər bulvarı Ağ Şəhərdən Xəzərə açılan mənzərəni xüsusi bir yaraşıqla daha da cazibədar edir. Belə müasir istirahət məkanının dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi şəhərimizə gələn turistlərin istirahətini yüksək səviyyədə təmin etmək üçün şərait yaradır. Bu layihə bir daha onu göstərir ki, Bakının inkişafı ilə bağlı qarşıya qoyulan bütün məqsədlərə vaxtında və keyfiyyətlə nail olunur.

AĞ ŞƏHƏRİN TƏHLÜKƏDƏ OLAN KÜÇƏLƏRİ


Lakin bu gözəlliklər arxasında gizlənən və insan həyatına təhlükəyə səbəb olan bu görkəm ilə maraqlanmağı özümüzə borc bildik. Bu məhəllələrdən keçdikcə yolların asfaltsız və bəhsi keçən təhlükəli elektrik dirəklərini görməməzlikdən gəlmək olmazdı. Vətəndaşların bu acınacaqlı vəziyyəti onları hər yeni günə ümidlə yox, təhlükə ilə oyanmasına imkan yaradır.
Fəhlə prospekti , Mirzə Davud küçəsində uzun illər öncə torpağa basdırılmış elektrik dirəkləri çürüyərək yararsız hala düşüb. Müasir standartlara cavab verməyən və hətta köhnəlmiş desək daha məqsədə uyğun hesab olunan bu elektrik dirəkləri hətta gündüz saatlarında küçənin yaraşığını da itirir. Təhlükədən başqa bir işə yaramayan bu elektrik dirəklərini hətta sakinlərin həyətində də görmək mümkün olur. Bir neçə yaşayış sakini bu dirəklərin elə əvvəldən orada olduğunu deyib bu vəziyyətlə razılaşsa da, digərləri bu vəziyyətdən hələ də narazı qaldığını gizlətmədi.
Aşmaq təhlükəsi ilə üz-üzə olan həmin elektrik dirəkləri sakinlərin dili ilə desək, artıq istifadə müddətini başa vurub və dəyişdirilməzsə, təhlükə qaçılmaz olacaq.

AĞ ŞƏHƏRİN TƏHLÜKƏDƏ OLAN KÜÇƏLƏRİ


Hər bir vətəndaş rahat və təhlükəsiz həyat sürmək üçün yaşayış massivləri müasir tipli dayaq və naqillərlə, eləcə də intellektual tipli sayğaclarla təmin olunmağının arzusundadır. Bəzi dövlət qurumları bu işlə maraqlansa düşünürəm ki, tək Fəhlə Prospekti deyil, digər yaşayış məntəqələrində yaşanan bu cür problemlər tezliklə öz həllini tapacaq.

Leyla
BakuNews.az


==================================================



XƏBƏR LENTİ