Anons

Dünən, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Ağrı başqa, qərəz başqa

Tarix:25-07-2017, 11:22 Baxış Sayı:218

Ağrı başqa, qərəz başqa


Son günlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin adının qalmaqallarda hallandırılması, bu mötəbər təhsil ocağını fərqlənmə diplomu ilə bitirən bir məzun olaraq məni narahat etməyə bilməzdi. Odur ki, universitet rəhbərliyi haqqında sosial şəbəkələrdə yer alan qərəz və böhtan xarakterli məlum video çəkilişə münasibət bildirməyi özümə borc bilirəm.
Qeyd edim ki, 2013-ildə bu universitetin “Rejissorluq” fakültəsinə daxil olunmuşam. Sənət öyrənmək arzusu ilə seçdiyim ixtisasın sirlərinə bələd olmaq üçün öz istəklərimlə universitetin imkanları arasındakı təzadı görüncə xəyallarım “suya” düşmüşdü. Universitetin yerləşdiyi binanın teatr təhsili üçün yararsız halda olması, buradakı texniki imkanların müasir tələblərə cavab verməməsi, fakültə rəhbərliyi səviyyəsində rüşvətin tüğyan etməsi, sənətlə əlaqəsi olmayan bir çox insanların universitetin əməkdaşları sırasında yer alması, layiq olmayanların vəzifələrə irəli çəkilməsi, öz istedadı, biliyi və pedaqoji ustalığı ilə seçilən müəllimlərin söz sahibi olmaması və s. bu kimi neqativ halların nəzərə çarpması teatr təhsilinin gələcəyinə ümidləri azaldırdı.Bütün bu mənzərələrin fonunda birinci kursu başa vurmaq üzrəydim ki, 2014 cü il may ayının 2-də ölkə rəhbəri, cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Şirməmməd qızı Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin olunması xəbərini eşitdim. Etiraf edim ki, ildırım sürəti ilə yayılan bu xəbərə sevinənlər qədər məyus olanlar da az deyildi. Sevinənlər yaxşı bilirdilər ki, həyatını Azərbaycan Cümhuriyyət tarixinin tədqiqinə həsr edən professor Şirməmməd Hüseynov kimi aydınımızın qızının rektor vəzifəsinə təyin olunması universitetimizdə köklü islahatlara yol açacaqdır. Və bu islahatlar hörümçək toru kimi bir-birinə bağlı olan və universiteti bataqlığa çevirən qaraguruhçuları heç şübhəsiz ki, narahat etməyə bilməzdi. Bəlli idi ki, günün tələbləri səviyyəsində islahatlara başlamaq universitet rəhbərliyindən güclü iradə və ağır zəhmət tələb edəcəkdi. O da məlum idi ki, universitetimizdə neqativ halları aradan qaldırmaq və təhsili günün tələbləri səviyyəsində qurmaq üçün bəlli bir zamana ehtiyac olacaqdır. Önəmli olan o idi ki, universitetin müəllim və tələbə heyətinin böyük bir qismi Fərəh xanıma bir rektor olaraq ilk gündən inanıb, güvənmişdi.

Beləliklə, birinci kursun son semestr imtahanlarını başa vurdum. İmtahanlar ciddi nəzarətə götürülsə də, burada əvvəlki rəhbərlikdən qalma “izi”lərə rast gəlməmək mümkün deyildi.Ümidlərim yeni dərs ilinin başlanmasına qalmışdı...
“Qocaman sənətkar” adı ilə universitet auditoriyasında illərlə mürgü vuran bəzi yaşlı müəllimlərin, bir çox rüşvətxor fakültə rəhbərlərinin vəzifədən kənarlaşdırılmasınıtəqdirəlayiq hal kimi yalnız o halda dəyərləndirmək mümkün olardı ki, bu vəzifələrə sənətlə əlaqəsi olmayan digər ixtisas sahibləri deyil, əsl mütəxəssislər cəlb olunardı...

Bütün hallarda xanım rektor iş görmək istəyirdi. Məncə ən vacib olanı elə bu idi. Hər kəs yaxşı anlayırdı ki, rektorun bütün cəhdləri savadlı kadrlar yetişdirməyə xidmət edir. Bizrektorla tez-tez niversitet dəhlizlərində, tələbə auditoriyalarında, imtahan tamaşalarında rastlaşırdıq. Hər qarşılaşdığımızda o bizimlə hal-əhval tutur, problemlərimizlə maraqlanır, onların həlli yollarını düşünürdü. Bu sadə və səmimi davranış tərzi biz tələbələri razı salırdı. Hiss olunurdu ki, sivil ölkələrin təhsil təcrübəsindən faydalanmağa cəhd göstərən xanım rektor, tələbələrə daha çox qayğı və sayğı göstərməklə onların etibarını qazanmağa səy göstərirdi. Nə yazıq ki, rəhbərlik tərəfindən atılan bu humanist addım azdan-çoxdan öz istedadı ilə diqqət çəkən bəzi gənclərdə özündən razılıq hisslərini daha da qabartmış oldu. Bu hal özünü müəllim-tələbə münasibətlərində daha qabarıq göstərməyə başladı. Unutmaq olmaz ki, hər bir ali təhsil müəssisəsinin nüfuzu, ilk növbədə orda çalışan pedaqoqların nüfuzu ilə ölçülür. Müəllimə hörmət, sayğı və ehtiram olmayan yerdə heç bir keyfiyyət göstəricisindən söhbət gedə bilməz.

Dünyanın müxtəlif ölkələrindən tanınmış sənət adamlarının universitetə dəvət olunması, onların iştirakı ilə tələbələrə “ustad dərsləri”nin keçirilməsi, teatr, kino və televiziya xadimləri ilə görüşlərin mütəmadi hal alması tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Tələbələrin teatrlarla əlaqələri möhkəmləndikcə, istedadlı tələbə-rejissorların böyük teatr səhnələrində uğurlara imza atmaları ilə nəticələnirdi. Xarici ölkələrdə keçirilən bir çox sənət festivallarında tələbələrimizin müvəffəqiyyətli çıxışları, qazanılan nailiyyətlərin universitetin saytlarında yer alması, tələbələrin sənətlə bağlı fikirlərinin qəzet və jurnal səhifələrində çap olunması görülən işlər sırasına daxildir.

Yeni kadrların seçilib universitetə qəbul olunması işində bəzi boşluqların olması da gözləniləndi. Çünki praktiki sahədə təcrübəyə malik olan gənc kadrların pedaqoji fəaliyyətə cəlb olunması hər zaman uğurla sonuclanmır.
2015-ci ilin oktyabr ayında universitet binasının əsaslı təmirə dayanması, iki ilə yaxın bir müddətdə dərs prosesininin darısqal,şəraitsiz sığınacaqlarda davam etdirilməsi tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi. Amma əsas odur ki, dağınıq halda, müxtəlif məkanlarda fəaliyyət göstərən universitet kollektivi onlar üçün yaradılan hər bir minimum şəraitdən maksimum şəkildə faydalanmağa cəhd göstərə bildi.

Heç kəsə sirr deyildir ki, perespektivi olmayan əməkdaşlarla xudahafizləşmək cəhdi Fərəh xanımın apardığı islahatın tərkib hissəsindən sayılır. “Naftalin iyi” verən əməkdaşların universitetdən beş əlli yapışmaları isə (kimi ailə durumunu bəhanə edir,kimi maddiyyətisizli əsas göstərir, kimi də böyük sənətkar olduğunu iddia edərək əbədiyaşarlığını sübuta çalışır) rektorun apardığı kadr islahatlarını ləngidən səbəblərdəndir.

Universitetdə yaradıcı mühiti formalaşdırmaq naminə atılan hər bir böyük və cəsarətli addımın ilk başdan ağrılı görünməsi başa düşüləndi. Amma ağrı başqa, qərəz, böhtan başqa. Bu yerdə Fərəh xanım Əliyevanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başladığı islahatlara qara yaxanlara üz tutub soruşuram: “Qara məni basınca mən qaranı?!” Elə etməyin ki, açım sandığı, töküm pambığı...

Xanım rektora işində və islahatlarında ancaq və ancaq uğurlar arzu edirəm!
Ağrı başqa, qərəz başqa

Müəllif: Nuranə Dadaşova

XƏBƏR LENTİ