Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Müəllimlər neyləsin CƏNAB PREZİDENT?

Tarix:2-08-2017, 23:45 Baxış Sayı:1 182

Müəllimlər neyləsin CƏNAB PREZİDENT?

Hər bir qazandığımız qələbənin arxasında bir müəllim var!

Bu yaxın günlərdə həmsöhbət olduğum bir dost müəllim öz peşəsinin ağırlığını unudaraq onun çətinliklərindən söz açdı. Beləki adını çəkməyəcəyim müəllim dostumuz qeyd edir ki, illərlə əzab-əziyyətə qatlaşaraq ali təhsilini başa vurub müəllim adına layiq görülüb. Amma bu çəkilən çilə bununla bitməyib. Yaşadığı Gəncə şəhərində müəllim kimi fəaliyyətə başlayan dostum daha sonralar hansı bataqlığa batmaq üçün illərini qurban verdiyinin fərqinə vardığını söylədi.

Ali təhsil almaq və şərəfli ad deyə müəllimlik adını qazanmaq üçün gecə gündüz çalışır. Amma nə fayda illər sonra onun əziyyətlərinin bəhrəsi olaraq rüşvət al rüşvət ver məsələləri ilə gələcək nəsilə savad qazandırmaqdan çox təhsil ticarəti ilə məşğul olacağı heç ağlına belə gəlməzdi. Təhsil ocağına müəllim kimi ilk atdığı adımlarının necədə xoş hisslər olduğunu deyərkən, gözləri gülən müəllim dostumuz həmin illərin təsüratına qapılmışdı. Hər zaman savadlı kadrlar yetişməsi üçün hətta cüzi maaşda olsa dözəcəyini minbir əziyyətə qatlaşacağını düşünən müəllim bu gün həmin əziyyətlərə nəyə görə dözdüyünü deyə bilmir. Çünki içində olan təhsil vermək sevincini ölməsinə səbəbiyyət verilmişdi. O şəxs ki, illər əvvəl dərs saatlarını yetişməsini hövsələsiz gözləyirdi, indi isə nə vaxt qurtaracağını və rəhbər olan şəxslərin simasını görməmək üçün o sevdiyi ocaqdan uzağa qaçacağını düşünür.

Söhbət əsanasında 2016-cı ildə baş verən təhsil biabırçılığından danışan müəllim qeyd etdi ki, Təhsil nazirliyinin büdcəsi boşalıb xəbəri bütün regionlardakı məktəblərə yayıldı. Həmin dövrdə təhsil şöbələri nazirlik adından hər bir məktəb direktorundan 4 min manat və və həmin məktəbin müəllimlərindən isə 180 manat olmaqla büdcəyə pul yığıldı. Həmin yığılan pullar müəllimlərdən zorla alındı deyə müəllim köks ötürdü. Təhsil şöbələri biz müəllimləri ittiham edərək bildirir ki, nazırliyin büdcəsi boşalıb. Görəsən bu büdcəni bizmi boşaldırıq yoxsa qeyri qanuni müqavilə ilə 3 min manat qarşılığında qıraqdan müəllim gətizdirən direktorlarmı..? Yoxsa onlara bu şəraiti yaradan Təhsil şöbələrinin müdirlərimi...?

Region məktəbləri artıq icra hakimiyyətlərinin əsas iş görən orqanına çevrilib. Yəni işləri düşəndə məktəb binasına bank binası kimi nəzər yetirirlər. Məktəblərdə 250 manat maaş alan kişi müəllimlər bununla necə küflət saxlamağın dərdini çəkdikləri halda hələ direktor arada zəng edib sənin məzuniyyətə görə mənə şirinlikdə verməmisən 25 manat ayağına yazdım maaşda verərsən deməsi artıq o müəllimin ailə uşaq içində başı aşağı gəzməsinə səbəb olmaqdadır. Region təhsil şöbələri artıq kimin imkanı olub olmamasına müəllimin ailə vəziyyətinə heç məhəldə qoymadan istədiklərini tələb edir bu azmış kimidə icra hakimiyyətinin adından keçiriləcək tədbirlərin xərclərinidə məhz məktəbin ödəməsi göstərişi verilir. Göstəriş verildikdən sonra direktor dönür olur şahmar ilan müəllimlərin nəyi var, nəyi yox əllərindən alır. Uzun illərdir həmkarlarının 3-5 km məsafədən piyada gəlməsini yay qış demədən üstü başı pis günə düşərək şagirdinə hansısa bildiyini öyrətmək üçün tələsən müəllim yay tətilində isə palçıq qarışdırıb daş daşımaqla ailəsinin boğazını doyuzdurmağa verdiyi əziyyətlər yüksək dairələrin görə bilmədiyi nüanslardır. Toxun acdan nə xəbəri müəllim hansı pulla dolanır dolansın dərs saatları direktorlar tərfindən satılır hər bir balaca nəyəsə görə bütün kollektivdən pullar yığılır. 5 manatlıq bir məsələ üçün 500 manat yığan direktorlar qalıq pulları ilə villalar salmaq və ya yay istirahətlərini hansı kurort şəhərlərdə keçirəcəklərini düşünərək istirahət xərclərini hazırlamaqdadırlar.

Bu qədər dərdli olan müəllim dostumu dinlədikdə isə mən sadəcə Nazirliyi bunda günahlandıra bildim. Nazirlik istəsə bu qədər problemlər nə yaranar nədə hərc mərclik ola bilər. Nazirlik əgər istədiyi zaman istədiyi regionda yoxlama aparmaq qüdrətini nümayiş etdirirsə demək istəsə hər bir müəllimin ailə vəziyyətinidə araşdıraraq ailə durumunun ağırlığından onları xilas edə bilər. Bunu sadəcə səlahiyyətin özündə olduğunu düşünən nazirlik edə bilər. Bu gün Azərbaycan Respublikasının Təhsil Naziriliyi öz səlahiyyətində və tabeçiliyində olan “məhkum”larının qaydına qalmırsa... Artıq o rəhbər öz iftefa ərizəsini özü yazsa yaxşıdır...(Bu mənim düşüncəmdir kim necə istəyir düşünsün. Bir müəllimki məzuniyyətə çıxdığı üçün rüşvət vermək məcburiyyətindədir kül olub o təhsil ocağının başına k, ocaaq sonda küll olacaq...)

Cənab Prezident yeganə xalqın ümid yeri sizsiniz. Xalqı xalq edəndə onun aldığı təhsili dünyaya açılan pəncərədə arxasında duran müəllimidir. Onları yalnız qoymayın axı onlar hər şeyin ən gözəlinə layiqdirlər. Hər birimiz bir yerlərə gəlmək üçün nə polis nə hakim nə həkimdən təhsil almamışıq. hər birimizin bir məqama çatmağında əlindən tutaraq onu o zirvələrə daşıyan şəxs şərəfli peşənin sahibi müəllimdir. Bu gün Azərbaycanda yeganə peşə sahibi müəllimdir ki minumum əməkhaqqı ilə dolanmaq məcburiyyətindədir. Hər bir peşənin yüksək maaşla təmin edilməsi təmin edilib bir peşə isə illərdir sizin diqqətinizə möhtac qalıb. Yenədə tədris ili yaxınlaşır müəllim var 4 ildən bir ayaqqabı ala bilmir özünə, müaəllim var 5 ildən bir kastyum ala bilmir.. bütün bunlara yalnız sizin bircə sərəncamınız kifayət edir ki, hər bir savadlı müəllim layiq olduğu yaşayış tərzini tənzimləsin.

Təhsil məhkumunun gözəl bir sözüdə yadıma düşdü: “Mən kədərdən bezmişəm, Bezməyir kədər məndən...”

XƏBƏR LENTİ