Anons

Dünən, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

SƏFƏR - Hekayə

Tarix:14-08-2017, 01:53 Baxış Sayı:159

SƏFƏR - Hekayə

Taksiyə verəcəyi pula bir, bəlkə də iki kofta ala biləcəyini fikirləşib avtobus dayanacağına üz tutdu. Bu andırın vaxtında gəlməyəcəyini bilsə də gözləməyə başladı. Şalvarının cibində saxladığı “ taksi pulu” nu əliylə sıxmalayır, günün təpəsinə vurmağının heyfini sanki ondan çıxarmağa çalışırdı. Tərdən ala-nəm olmuş pul barmaqları arasında yazıq-yazıq “ inləyirdi ”. Paltarı bu dəqiqə ona işgəncə verirdi. Bədəninə elə yapışmışdı ki, sanki allah da dartsa qopmayacaqdı. Həm ac, həm susuz idi. Dodaqları qupquru qurumuşdu. Yaxınlıqdan dondurma almaq istədi. Ancaq az qala iki dəfə baha satıldığını bildiyindən vaz keçdi. «Ehh dondurma yesəm daha da susuzlayacağam» - düşündü.
Bir qədər də keçdi və əsəbləri tarıma çəkilməyə başladı. “ Mən nahaq taksi çağırmadım, gecikəcəm. Dəliyəm ey mən, vallah başımda çatmır mənim. Canıma qıymıram. Ayağımın tozu olmayanlar özlərinə hər şeyi qurban edirlər. Mən bir qəpiyi də qıymıram. Kül mənim başıma “ - deyib gözləri doldu. Bir az keçəndən sonra “ Neylim ey, qənaətciləm də. Xalq ərli ola-ola bir yana çıxardammır uşağını. Mən ikisini də oxutdum, evləndirdim, hələ bir nəvələrimə də əl yetirirəm. “
Nəvələrini fikirləşəndə bir qədər qəribsədi və tez də özünü ələ aldı. Elə bildi ki yaşını yaxınlıqda olanların hamısı hiss etdi...
Üzündə bir neçə dəfə plastik əməliyyat etdirmişdi. Anasının dünyaya gətirdiyi qızdan əsər-əlamət qalmamışdı. Ucuz klinikalara üz tutduğundan hər əməliyyatdan sonra hirslənmiş, depressiyaya düşmüşdü. Günlərlə ağlamış, gözləri qan çanağına dönmüşdü. Burnu, dodaqları, göz qapaqları, yanaqları onunla heç “yola getmirdi”. Naşı əlindən çıxdığı dərhal gözə girirdi.
Adamların soruşması bir cür yandırır, maraqlanmaması daha da ağırına gedirdi. Yenə nəsə deyəndə “ Kül mənim ağlıma, özümünkü daha qəşəng idi. Onun-bunun təsirinə düşüb, yıxdım özümü bıçağın altına, bu da nəticəsi” - deyib guya insanların fikrini dəyişirdi. Əslində isə keçən günlərini xatırlayır, özünə təskinlik verirdi. Hərdən də “ Nolub ey mənə, gül kimiyəm, guya əvvəl nə idim ki? “- deyə qayğılanırdı.
Allahın da işləri var da, qarpız tumu boyda gözün altında da bu boyda burun yaradarlar? Kəsdirməyib neyləyəsiydim ki? Yaxşı ki dişlərimi babat düzəltdilər heç olmasa. Babat niyə ey, lap əladır. Guya camaatda nətərdi ki? Elə gözləri məni görüb, daşım düşüb təpələrinə. Hər şeyim də əladır, gözəldir, vəssalam! Kim soruşsa deyəcəm mənə belə xoşdur, sonra?!.
Fikirdən ayılıb saatına baxdı. İlahi, bu andır harada qaldı? Belə hökümətin evi yıxılsın. Elə bil dağ başıdır, paytaxt deyil. Lap tutalım ki gəldi, tısbağa kimi sürünüb məni çatdıracaqmı bu? Oxx ay allah, gərək simiclik etməyəydim, taksiylə gedəydim. İndi başıma haranın daşın salım?!
Yaxınlıqda dayanan taksilərə baxıb udqundu, hansına yaxınlaşacağını götür-qoy etdi. Görəsən nə qədər alacaqlar? Barmaqları arasında sıxıb suyunu çıxartdığı pul ürəyinə köz basdı. Mən ki avtobusa minməyəcəkdim, bu nə zülm idi çəkirdim bayaqdan? Özünə yazığı gəldi. Zır vurub ağlamaq istədi. “ Camaat iki addımlıq yolu da taksiylə gedir, heç metroya enmir. Mən niyə beləyəm axı? “ Özünü o ki var danlayıb, yamanladı. Sonra birdən necə rəhmi gəldisə, ürəyi parçalandı. Gözlərinin dolduğunu hiss etmədən yanağını bir damla yaşın yandırdığının fərqinə vardı. “ Özümə qarşı çox qəddaram, çox. Guya var, mən xərcləmirəm. Ehtiyacdan artırıb kənara qoya bildim ki özümə də sərf edim? “. Dərhal da qapısı bağlanmayan şifoneri gözləri önünə gəldi. Yığıb-yığışdıra bilmədiyi geyimləri, ayaqqabılarını xatırladı. Lap qızardı.” Həə neyləmək olar, efirə çıxıram, hər zaman adam içindəyəm. Almaq məcburiyyətindəyəm də “ - düşündü. Təskinlik üçün sözü heç vaxt tükənməzdi.
Rəfiqələrinin ( əslində isə hamısı bir-birinin arxasınca danışırdılar ) “ Paltarı yaman çox alırsan a “ kimi atmacalarına gah susaraq, gah da neytral cavablar verirdi. “ Zövqsüz, heç nədən başı çıxmayan “adlandırdıqlarını da eşitmişdi. Bəzən kükrəmiş, bəzən susmuş, bəzən söymüş, bəzən də ağlamışdı. İçin-için, yana-yana ürəyini boşaltmışdı. Hər şeyə küfr etmiş, ağlı kəsəndən zülm çəkdiyini, camaatın ondan nə istədiyini başa düşməyib guşənişin olmuşdu. Amma buna səbri çatmamış, küsdüyü insanlarla bircə-bircə barışmışdı...
Bir nəfər olsun dostu yox idi ki, onunla problemi olmamış olsun. Hamının arxasınca danışır, görəndə isə öpüb bağrına basırdı. Bircə Məlahətdən çəkinirdi. Dözməyib onun haqqında bir söz deyəndə də ölüb-dirilirdi. Min dəfə and verirdi ki, özünün qulağına çatmasın. Allahsızın biri idi zalımın qızı. Bir dəfə Tiraspolda olanda qarşısındakı boşqabı qaldırıb necə yerə çırpmışdısa ( cingiltisi hələ də qulaqlarından getməmişdi ) halı xarab olmuş, qorxusundan, utandığından dili söz tutmamışdı. Müstəqil Qaqauziya Radio və televiziyasındakı çıxışından imtina etməli olmuş, yerinə bu xalq haqda səthi bilgiyə malik olan başqası yayına qatılmışdı. Avropanın cənub-şərqində, Dnestrin sol sahilindəki çox xoşladığı bu şəhərə dəvət olunmuş Azərbaycan nümayəndə heyətinin tərkibinə düşə bilmək üçün kimlərə ağız açmamış,olmazın əziyyət çəkmişdi. Tanınmayan Pridnestrovye Moldav Respublikasının mərkəzi, Moldovanın vacib siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri olan Tiraspol haqda informasiya toplamışdı. II Yekaterinanın həyata keçməmiş ” Yunan layihəsi “ ilə bağlı şəhərin və yaxın ərazilərin yunan mənşəli olması haqda məlumatlar əldə etmişdi. Çıxışına çox böyük zəhmət sərf etmiş və həvəslə hazırlaşmışdı...
İndi geciksə hamı danlayacaqdı, amma Məlahət palçıq vulkanı olub başından aşağı töküləcəkdi. ( Məlahətin nazir müavini ilə ilişgisindən ağzı köpüklənə-köpüklənə qeybət qırmışdı) Bunu fikirləşəndə ödü ağzına gəldi və qadının ünvanına yağlı bir söyüş yolladı.
Bir neçə dəqiqə də keçdi, günün şüaları altında qovrulan yola nəzər saldı. Avtobus isə səhradakı su kimi qəhətə çəkilmişdi. “Qoy xeyirli qayıdım, gör bu xəttə nəzarət edən MMC-yə nə toy tuturam. Haqqınızda elə bir daşdan keçən məqalə yazım ki, baxarsınız.” Amma bu düşüncəsi onu sakitləşdirə bilmədi. Əksinə ürəyi bir az da sıxılmağa başladı. Bədənindən soyuq gizilti keçib, tükləri biz-biz oldu.
Çox çətinliklə də olsa taksi sürücülərinə tərəf addımladı. Bayaqdan ona göz qoyan, üz-gözü əynindəki köynəyi kimi qapqara olan, sanki onun ürəyindən keçənləri rentgen edən orta yaşlı kişinin yanından keçib digərinə yaxınlaşdı. Həsir şlyapasını üzünə söykəyib mürgüləyən, canının suyu çoxdan qurumuş bu kişiyə pənah yeri kimi baxırdı.
-Dayı, avtovağzala neçəyə apararsınız?
Sürücü şlyapasını üzündən götürüb dikəldi, onu başına qoydu. Qurumuş dodaqlarını yalayıb, gözlərini qırpdı.
-Sən nə verərsən, a qızım?
-Nə bilim ay dayı, sürücü sənsən.
Kişi göydən düşmüş bu müştərini qaçırtmamaq üçün ürəyinin yağını yeyir, beynində deyəcəyi qiymətin başına dolanırdı.
-A bala, sürücü mənəm deyəndə ki mənəm, amma benzin də bahadır axı. Maşının bir detalını od qiymətinə alırıq. Elə bilirsən bizimçün işləmək rahatdır?
Bu dialoqu dinləyən “bəyənilməyən sürücü” radionu qurddalayıb bir musiqi qoşdu. Və daha da maraqla tamaşa etməyə başladı.
-Əmi, qiymətini deyirsən ya başqasına yaxınlaşım ?– kişinin “ pole çudes “ oynamaq həvəsini gözündə qoydu.
Qadının nəhəng çemodanına son ümid yeri kimi baxan yaşlı sürücü “ on beş manat verərsən, bala “ - dedi.
- Dayı, dünən bu yolu səkkiz manata getmişik, siz nə danışırsınız? Mən nəzərimdə lap yeddi manat tutmuşam.
Kişinin ölüşgümüş gözləri necə bərəldisə, az qaldı hədəqəsindən çıxa.
- Yeddi manat heç benzinin pulu etmir, sən nə danışırsan? – qənimətin əldən çıxdığını başa düşən sürücü səsini qaldırmaq xoşbəxtliyini özünə rəva görə bildi.
- Mən sizi televizorda görmüşəm, tanıyıram - deyə “ bəyənilməyən sürücü” qadına müraciət etdi. Qadınların hüququnu müdafiə edirsiniz.
Bir anlıq məşhurluğun dadını çıxarmaq sərinliyi yaşasa da dərhal pərtləşib, xoşagəlməz situasiyaya düşdüyünü xatırladı.
- Hə. (Əslində insan alverinə qarşı mübarizə aparırdı. Amma burada bu sürücüylə polemikaya girməyi məqsədəuyğun bilmədi )
Bu cavabın nə qədər yersiz olduğunu anlasa da artıq gec idi. Tanınan biri olaraq dayanacaq künclərində boynubükük qalmağı ona ağır gəldi. Qəlbində bu vəziyyətdən çıxmaq üçün allaha yalvarmağa başladı.
- Gəlin gedək, mənim o tərəfdə işim var onsuz da. Heç pul verməsəniz də olar - deyib qadının çemodanını yük yerinə qoymaq üçün irəli gəldi.
Bu an yer yarılsa, ora yüyürərək girməyə hazır idi ki, yellənə-yellənə gələn ölüvay avtobus yolda zühur etdi. O, cəld sürücünün əlini geri itələyərək “ sağolun, taksi lazım olmadı “ –deyib, cəld dayanacağa üz tutdu. Kədərli və əsəbi tarıma çəkilmiş sərnişinlər qaltaq dəmir yığınına son ümid yeri kimi baxırdılar. Avtobusa minmək üstündə cihad başlandı. Müsahibələr verərkən həzin-həzin danışan, elitar təbəqəyə məxsus olduğunu diqqətə çəkməkçün əlindən gələni edən, ilin bütün fəsillərində mütləq surətdə bir şərflə süslənən bu xanım avtobusa ikinci minməyi bacardı. Ürəyində “ Ceyms Bond qələt edər yanımda” deyə qürurlandı. Amma təbəssüm dərhal da yerini yorğunluqdan doğan əsəbə dövr etdi.
Qarışqa kimi bir-birinə qarışan sərnişinlər bu nəhəng çemodana həqarətlə baxır, bütün yorğunluqlarının heyfini elə bil ki ondan çıxarmağa çalışırdılar. Bir-birini itələyən, yerini sahmanlamağa çalışan sərnişinlər söylənir, kimin gəldi qarasına ürəklərini boşaldırdılır.
Hüquq müdafiəçisi onu yandıran baxışların təsirilə qanrıldı və istehzalı diqqqətlə onu süzən qadının baxışlarıyla rastlaşdı.
- Sizi tanıyıram. Hətta kitabınız var bizim rəfdə- qadın dedi.
Zorakı təbəssümlə cavab verdi. “Kitab rəfdə olar da, soyuducuda olası deyil ki “- əsəbdən üzü bir az da əyildi.
-Təşəkkür edirəm , - cavab vermənin zərurətiylə dilləndi. Özünü ortamda hamıdan yüksəkdə hesab etdiyiçün qaşları bir az da yuxarı dartıldı. Bu zaman simasında sanki ikinci üzün meydana çıxmasının fərqində olmadan. Elə bil qaşlarını qonşudan borca götürürdü.
Ani olaraq qadının müraciət etdiyi kişiyə baxdı. Suçüstü yaxalanan cani kimi pörtdü. Yanılmırdı, bu, o idi. Bir anlıq nə edəcəyini kəsdirəmməsə də salamlaşmağın ən ideal variant olduğunu qərara aldı. Səsi sanki yerin dibindən çıxdı.
Kişi ağayanalıqla salamı aldı. Rəsmiyyət xətrinə halını soruşdu. O da başını tərpətməklə cavab verdi.
“ İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər. Gərək elə mənim başımın üstündə peyda olaydınız”. Üəyində asıb-kəsməkdə idi. Qadının həqarətli baxışları əhədini kəsmişdi. Ərinin tam sakit, reaksiyasız durmasının müqabilində bunun niyə bu qədər həyasızlıq etməsi lap əsəblərinə işləyirdi.
Kişi onun iki il əvvəl əldə etdiyi qrandın müqabilində həyata keçirdiyi layihənin bir hissəsi olaraq çap etdirdiyi kitabın rəssamı idi. Pulunu milli manatla danışsa da dollarla ( dollar manatla müqabildə ucuz idi ) ödədiyindən rəssam xeyli az almışdı. Xanımı isə bunu xatırlayıb qaşqabağını tökdü.” Bizim pulumuzla kef edən bəxtəvər ” i beynindən elə keçirirdi ki, effekti üzünə yansıyırdı. Qışqırsaydı ondan urvatlı olardı.
Əynənc avtomobilin sürücüsü elə bil qəbirdən çıxmışdı. Ünvanına deyilən sözlərin heç birini eşitmir, mənasız və küt gözləriylə yolu izləyirdi. Kişi elə bil insan yox, mumiya idi. Sərnişinlərin ( ələlxüsus da ayaqüstə qalanların ) “ iltifatlarını “ eşitməməklə zamanını doldururdu...
Nəhayət mənzilbaşına çatdılar. Özlərini avtobusdan yanğından qaçar kimi bayıra atmağa başladılar. Nəhəng çemodanıyla onsuz da hamının zəhləsini aparan qadın dəli kimi irəli şığıdı. Gürcüstana gedəcək avtobusun dayandığı yerə çatıb boylanmağa başladı. Hövlnak surətdə kassaya yaxınlaşıb az qala başını pəncərədən içəri soxaraq təlaşlı səslə sorğuladı. Eşitdiyi cavabdan məhv olub, dal-dalı çəkildi. Üzündə həyat əlamətləri qalmadı. Rəngi meyid rənginə döndü...

SƏFƏR - Hekayə


Avtobus yola düşmüşdü, onsuz, gözləmədən və xəbərdarlıq etmədən. Səbəb isə gecikməsi idi. Yol üçün verdiyi pul batdı, Şamaxı batan kimi. Nümayəndə heyətinin rəhbəri isə Məlahət idi...
...Nəzərlərini qaldıranda rəssamla göz-gözə gəldi.
-Nəsə kömək lazımdır sizə?- kişi soruşdu.
-“ Bircə sən çatmırdın, sevin, arvadın da əlinə həna yaxsın” düşündüsə də tamam başqa bir fikir səsləndirdi.
- Avtobusumuz yola düşüb, mənsə mütləq konfransda iştirak etməliyəm.
-Yolunuz hayanadır?
- Sakartveloya, Çörük Qəmərliyə. Dünyada xristianlığı qəbul etmiş ikinci dövlətə gedirəm deyə bütün hirsini boğuq və pərt səslə qusdu. Əlacı olsaydı qarşısındakı adamı tikə-parça edərdi. Sanki başına gələn uğursuzluğun baiskarı o idi.
Rəssam açıq-aşkar iynəli və aşağılayıcı cavabı qulaqardına vuraraq dedi:
- Eləmi, onda bəxtiniz gətirdi. Biz də Dmanisiyə ( Başkeçid sözünü dilinin ucundan geri qaytardı ) gedirik. Maşınımızda bir boş yer var. Gəlin, əyləşin. Ordan yəqin ki ( Bolnisi demək istəmədi ) konfrans keçirilən yerə getmək sizə çətin olmaz.
Qadın başı dumanlı vəziyyətdə zülmlə :
- Çox sağolun. Mən yol xərcini ödəyərəm - deyə bildi.
- Lazım deyil. Qardaşımın avtomobilidir, gəlin.
Xanım rəssamın həyat yoldaşının daşlaşmış baxışları altında avtomobilə tərəf sanki süründü.
Kəmalə Səlim Müslümqızı

XƏBƏR LENTİ