Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Günəbaxan dənələri

Tarix:4-10-2017, 09:47 Baxış Sayı:539

Günəbaxan dənələri

Xəyalə Məmmədova

Bir vərəq parçası tapıb ucuna düyün vurdum. Sonra içərisinə günəbaxan dənələrini töküb, oturdum həyətimizdəki daş hasarın üstündə. Uşaq yaşlarımda olduğu kimi, yarısını qabıqla, yarısını da təmizləyib yedim, bilərəkdən... Bu dəfəki kağız parçası sevmədiyim riyaziyyat dəftərinin vərəqlərindən deyildi. O dəftərlərlə vidalaşalı illər olmuşdu. Amma xatirələri hələ də yaşayırdı.

Xatirələri əşyalar kimi həyatımızdan çıxarmaq asan olsaydı...

Bəzən qayıdır insan. Keçmiş bir dostuna yazır məsələn, "necəsən?" deyə. Keçmiş bir sevgiliyə yazır, "salam". Bəzən heç ona da cəsarət edə bilmir. İstəməklə kifayətlənir sadəcə. Geridə qalanlar pis-yaxşı keçmişimizdirsə, ondan əsla qopa bilmərik. Unutmaqla həll olsaydı, peşimanlıq hissi olardımı heç?! De görüm, geridə qoyduğun dağıntılar yenidən birləşib bina olurmu, yaxud əzdiyin otlar yenidən yaşıllaşırmı? Yox!

Heç nə, heç vaxt əvvəlki kimi olmur...

İstəsək də, istəməsək də yaşayırıq bunları. Bizi heç nə sığortalamır. “Mən bunu əsla etmərəm” dediyimiz şeyləri edirik bir gün. Bax o gün fərqinə varırıq sığortalanmadığımızın. Dəyişirik, qorxuruq. Bilirsiniz, həyatdakı ən böyük qorxu nədir? İstəmədiyin insana çevrilmək. Sevmədiyin bir qonşuna, üzünü belə görmək istəmədiyin universitet yoldaşına, yaxud da ki, üzünə gülməyə məcbur olduğun “insanlara”. Elədirsə, axşam evə gələndə aynanın qarşısına keçib gözlərinə baxma! Qaçsın baxışların sevdiyinin gözlərindən, özündən. Dəyişildiyini heç özünə də etiraf etmə. Belə də davam et. Dönülməz yollara doğru irəlilə. Ruhun bir dəfə çirkləndisə, geri dönmə, get. "Dəyişmişəm" - deyib bari sənə inananları aldatma. Özünkimilərlə elə davam et həyatını!

Bəzən etdiklərimizin qurbanına çevrilirik. İstəsək də, istəməsək də...

Hərdən qaçmaq gərək. Geriyə baxmadan, nəfəs almadan, harasa tələsirmiş kimi. Sanki axrıncı qatardır və sən ona çata bilməsən öləcəksən... “Totem”lərə inanırsınız? Məsələn, "bu gün işə gecikməsəm, günüm əla keçəcək". Yaxud, "bir saat içində o mənə zəng etsə, deməli məni sevir". Bunu deyirsən və inanırsan. Bunları yaşamaq gərək. Bəzən də elə gedib günəbaxan dənələrini alıb, kağız qutuya töküb çırtlamaq gərək. Yarısı qabıqlı, yarısı qabıqsız...

Nə qəribədir, bir zamanlar sənə doğma olan nəyəsə gün gəlir kənardan yad biri kimi baxırsan. Ən qorxulusu da bilirsiniz nədir? Heç nə hiss etmirsən...

XƏBƏR LENTİ