Anons

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

“Milli Azadlıq Hərəkatı iştirakçıları üçün ən böyük hədiyyə Azərbaycanın müstəqilliyidir” - Müqəddəs Mehdiyev

Tarix:19-10-2017, 09:42 Baxış Sayı:99

“Milli Azadlıq Hərəkatı iştirakçıları üçün ən böyük hədiyyə Azərbaycanın müstəqilliyidir” - Müqəddəs Mehdiyev

Baş redaktordan

Bilirəm, bu yazı bir çoxlarının ürəyincə olmayacaq. İnanın, qəlbimin içindəkilərini qələmə alıram. Müstəqilliyimizin 26-cı ilinin tamamında bu yolda xırda bir əməyi olan insan kimi fikirlərimi sizlərlə bölüşürəm. Yazını bəzi harın və quldur məmurlar, vətənsizlər, bayraqsızlar oxumasa da olar. Çünki onlar üçün Azərbaycan adlı məmləkət bir kreslo boydadır. Bu harınların nə vecinə ki, dövlətimiz hansı əzablı yollardan keçilərək qurulub. Vaxtilə üçrəngli bayrağımızı təpiklərinin altına qoyanlar, öz xalqının üstünə rus qoşununu çağıranlar, 20 Yanvar şəhidlərinin şəkillərini cırıq-cırıq edənlər, millətin dərdini-acısını qanmayanlar , Qarabağı yalnız araq butulkasını görəndə xatırlayanlar təbii ki, məni başa düşməzlər. Onlar üçün nə fərqi var ki, Azərbaycanın taleyi necə olacaq. Allah etməsin, kim gəlsə nökər xislətləri ilə əyiləcəklər. Feodal düşüncəli insan üçün nə fərqi var ki, ölkəsi müstəqildir, ya yox. Onlara görə üçrəngli bayrağımız sadəcə rəngli parçadır. Mənimsə ürəyim ağrıyır. Çox təəssüf ki, hələ də millətimin başbilənləri sırasında belələri var. Yaramaz keçmişləri, onun-bunun qabağında əyilməkdən qozbel olmuş belləri ilə deyəsən bu xalqın başına çox oyun gətirəcəklər. Nə qədər istəyirlər qazansınlar, hərəyə yüz ev tiksinlər, Afrikada da villa alsınlar amma bu Vətənə və onun şərəfinə toxunmasınlar. Məhz belələridir ki, gözlərini gah Şimala, gah da Qərbə zilləyirlər. Sadəcə ağa axtarışındadırlar. Dözə bilmirlər, çünki qul xislətləri buna imkan vermir. Onlar üçün 1 May, 23 Fevral, hətta terrorbaşı və sarsaq Leninin ad günü belə bayramdır. Müstəqillik isə yaddır belələrinə. Çünki daxillərində azadlıq eşqi və qürur yoxdur. Namus və qeyrət anlayışları isə məişət səviyyəsindən o yana keçmir.

İndi Məhərrəm ayıdır. Məscidlərdə “Ya Hüseyn” sədaları göylərə ucalır, göz yaşları axıdılır, mərsiyyələr oxunur. Mənim heç kəsin dini inancı ilə işim yoxdur. Kərbəla müsibəti də bir qəhrəmanlıq səhifəsidir. Sadəcə bir əlavəm var. Bu gün hamımız itirilmiş iyirmi faiz torpaqlarımıza, erməni əsirliyində olan qız-gəlinlərimizə görə əvvəlcə “Ya Azərbaycan” deyib hayqırmalıyıq. Həə, Hüseyn öndədirsə ondan nümunə götürək. Atəşkəs nağılları altında cürbəcür bəhanələr gətirib özümüzə təsəlli verməyək.
Mən Milli Azadlıq Hərəkatının və AXC-nin fəalı olmuşam, uzun illərdir ki, bitərəfəm. Bu dövr həyatımın ən şərəfli illəridir. Dövlətimin və millətimin azadlığı uğrunda bacardığım qədər mübarizə aparmışam. Lakin bəzi əqidə yoldaşlarımdan da inciyirəm. Tez-tez deyirlər ki, biz mübarizə apardıq, kürsülərdə isə başqaları əyləşdi. Bu fikirlərin qəti əleyhinəyəm. Biz mübarizəyə başlayanda hələ rus imperiyası mövcud idi, heç kəsin beynində kürsü iddiası yox idi. Şəxsən mən Azərbaycanımın suveren olması və onun üçrəngli bayrağının daim millətimin başı üstündə dalğalanması üçün ömrümün ən gözəl çağlarını qurban vermişəm, buna heyfislənmirəm. Çünki arzuma çatmışam. Dövlətimin müstəqilliyini heç bir kresloya dəyişmərəm. Doğrudur, yuxarıda qeyd etdiyim kimi bayrağımız altında oturub çirkin işlərlə məşğul olanlar da az deyil. Bu artıq daxili məsələdir. Bir az tezi, bir az geci var. Belələrinin oturduqları kürsü elə öz başlarına çevriləcək.

Müstəqillik günü münasibəti yeganə oğlum mənə hədiyyə aldı. Sən demə, halal maaşından bir hissəsini sərf edib məni sevindirmək istəyib. Çox sağ olsun. Uzun illərdən bəri idi ki, məhz bu gün hədiyyə alırdım. Oğlumasa verəsi və əmanət qoyacağım bir şey var: Müstəqil Azərbaycan və onun üçrəngli bayrağı!

Müqəddəs Mehdiyev
“Şimal xəbərləri” qəzetinin baş redaktoru

XƏBƏR LENTİ