Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Öpüşmək sözünə görə kitab oxuyan gənclər – İlhamə Nasir

Tarix:13-01-2018, 14:39 Baxış Sayı:145

Öpüşmək sözünə görə kitab oxuyan gənclər – İlhamə Nasir

Bu yaxınlarda oğlumla xalamgilə gedirdim. Xalamgilin evinə çatmamış yolun qırağındakı zibil qutusunun yanına tökülmüş kitablar diqqətimi çəkdi.

Külək açılmış kitabların vərəqlərini təkrar-təkrar geriyə-irəli vərəqlədikcə elə bil məni vərəqləyir kimi, keçmiş və bu gün gözümün önünə gəlib çəkilirdi. Baxdım, hamısı sovet ədəbiyyatına aid kitablar idi. Deyərdim ki, bütün kitabların üzərindəki müəlliflərin şəkli tanış simalarıydı. Yazıqlar elə məzlum, elə küskün görünürdülər ki. Bəlkə də evdə son oxucularını, son qoruyucularını itirmişdilər deyəydi bu. Yaxınlaşıb bir neçəsini əlimə götürdüm. Vərəqləri saralsa da səliqəli qalmışdılar. Birinin 231-ci səhifəsində vərəqin küncü qatlanmışdı. Yarımçıq…

Kövrəlmişdim, əlimə aldığım kitab kimi… ayıbıma gəlməsəydi, hönkürüb ağlayardım. Oğlum tez “ana ayıbdır, at yerə, camaat baxır, deyəcəklər ki, zibillikdən kitab yığır” deyib əlimdəki kitabları yerə ataraq qolumdan çəkdi. Heç nə demədim. Çünki dediklərim ona onsuz da çatmayacaqdı. Çünki o, dərsliklərdən başqa kitabın nə olduğunu mənim kimi anlamırdı, mənim kimi kitablarla böyümədi, əvvəl nağıl qəhrəmanları olub, sonra özünü və həyatı kitablarda dərk etmədi. Cırtdan olub divi aldatmadı, Məlikməmməd olub divi öldürmədi. Telefonla, planşetlə, komputerlə böyüdü o. “Betmen” oldu, “Supermen” oldu. Sevməyi, sevilməyi kitabdan yox, internetdən öyrəndi. Kitabdan kənar böyüyən bir gəncə kitab haqda nəysə demək əbəs idi. Onu da qınamağa haqqım yoxuydu. Çünki kitab onun üçün ancaq oxucudan çox olan yazarların təqdimat keçirmək üçün bir vasitəsi kimi idi, kitab onun üçün metroların çıxışında, yolların kənarlarında dəyər-dəyməzinə satılıb müəllifinə pul qazandıran əşya kimi idi. Əllərdən düşüb gözlərə girən kitablar başqaları kimi onun üçün də maraqsız idi. Bir də axı ona kim demişdi ki, kitab müqəddəsdir? Kim demişdi ki, kitab bir vitrindir və sən o vitrindən mənəviyyatına lazım olan hər şeyi tapıb götürə bilərsən? Müəllimləri kimi mən də bunu ona deməmişdim. Heç onun evdə kitab rəfi də yox idi.

Mən kitabın müqəddəsliyini ilk dəfə ailəmdən öyrənmişdim, sonra müəllimlərimdən. Biz balaca olanda evdə nəyi qırsaq da, sındırsaq da, kitaba toxunmurduq. Hətta balaca qardaşım o qədər dəcəl idi ki, evdə aboyları belə divardan cırıb qoparmışdı, amma yenə də kitab rəfinə yaxın getmirdi. Sanki kitabın müqəddəsliyi bizə ana bətnindən aşılanmışdı. Və beynimizə necə həkk olmuşdusa, hələ də silinə bilməyib.

Bəlkə, bu bir sovet idealogiyası idi, Lenin babanın “oxumaq, oxumaq, yenə də oxumaq” tövsiyyəsinin təsiri idi, ya da bəlkə o dövrdə həqiqətən bilik mənbəyi ancaq kitab olduğundan idi.

Desəm bəlkə də inanmarsınız ki, o vaxt kitab bizim and yerimizə də çevrilmişdi. Yadımdadır məktəbdə mənimlə Araz adında bir oğlan oxuyurdu. O, iki gün dərsə gəlmədi. Ədəbiyyat müəllimimiz bunun səbəbini ondan soruşanda, Araz and-aman elədi, hətta allaha belə and içdi ki, xəstələnmişdim. Müəllim masanın üstündəki kitabı götürüb Araza göstərərək təmkinlə “de ki, bu kitab haqqı xəstələnmişdin?” Təbii ki, o kitab Quran kitabı deyildi. Araz bir qədər susduqdan sonra başını aşağı salıb astadan “toya getmişdim” dedi. Yox, burada ateizmdən söhbət getmir, burada kitabın müqəddəsliyinin aşılanmasından və dərk edilməsindən söhbət gedir.

Bir də yadımdadır ki, Sovet dövrü devrilən vaxt kimdə partiya biletləri vardısa, ya yandırırdı, ya da cırırdı. Rejimin heyfini biletlərdən çıxırdılar elə bil. Kəndimizin kitabxanasında işləyən Sona xala da etiraz olaraq kitabxanadakı partiyaya aid kitabları çıxarıb həyətə tökmüşdü. O kitablara elə yazığım gəlmişdi ki, o vaxt. Axı onlar da kitab idi… ən azından üz qabıqları vardı, vərəqləri vardı, nə olsun ki, partiyaya aid idi…. Çəlimsiz canımla o ağır kitablardan gücüm çatdığı qədər qucağıma yığıb evə gətirmişdim. Amma hara qoyacağımı bilmirdim. Qorxurdum ki, hamının sovetə etiraz etdiyi bir vaxtda o kitabları evə gətirdiyimə evdəkilərin acığı tutar.

Qonşumuz Ötərxan dayı vardı, gözləri görmürdü. Həmişə ona evdə olan oxunmuş qəzetləri aparıb verirdim. Çünki o, qəzetləri kəsib arasına tütün dolduraraq bükmə düzəldib çəkərdi. Həmin o ağır partiya kitablarını yenidən qucağıma yığıb onlara getdim. Ötərxan dayı hər mən onlara gedəndə, “keçi, mənə qəzet gətirməmisən?” deyə soruşurdu. Bu dəfə kitabları ona verəndə, o əli ilə yoxlayıb “yox bala, bu kitabdır, heyfdi, mənə qəzet gətir” dedi.

Düzü, bu sözə mən də pis oldum, hətta utandım da. Nə onları tullaya bilmirdim, nə də saxlaya. Axır aparıb rəfiqəm Lətifənin kitab rəfinə yığmışdım. Hər kəsin evində mütləq ki, bir kitab rəfi olmalı idi. Tətillərdə hansı kitabları oxuduğumuzu gəlib məktəbdə müzakirə edərdik. Biz əvvəl nağıl qəhrəmanları olduq sonra gerçək həyat qəhrəmanları. Yaşımız 15-i keçəndən sonra hərəmiz bir əsərdə tapırdıq özümüzü. Ən sevdiyimiz kitabı hər gecə təkrar-təkrar oxuyub yastığımızın altına qoyurduq. Çünki orda öz “mən”imizi tapmışdıq. Bəzən sevgi məktubumuzu o kitabın arasında gizlədərdik. Kimdənsə aldığımız çiçəyi o vərəqlər arasında qurudardıq. Və o kitabı daha da müqəddəsləşdirərdik. Bunu ən çox qızlar edərdi. Oğlanlar isə ….. yadımdadır, oğlanlar kitabxanada Sona xalanın başına fırfıra kimi fırlanırdılar ki, başını qatıb gizlicə rəfdəki “Min bir gecə” kitabını götürüb oxusunlar. Nədi-nədi orda öpüşmək sözü vardı, mazaqlaşmaq sözü vardı. Elə bil o sözlər onların kişi olmaqlarına stimul verirdi. Bəs indiki gəncləri necə, eyni mövzu, eyni kitab həyəcanlandıra, stimul verə bilirmi? Çətin ki… Məsələn biri mənim oğlum!

İndi mənim oğluma və ya başqa gənclərə kitab niyə lazım olsun ki, oxumaqları qalsın bir qıraqda, indi onlar kitab arasında nə məktub gizlədirlər, nə də ki, çiçək. Lazım gəlsə Votsapda birbaşa sözünü deyir, hətta səsli mesaj da göndərir ki, ətrafdakılar da eşitsin, buket-buket rəngbərəng çiçəklər də ki, öz yerində… Hətta kopyalayıb bir neçəsinə göndərirlər. Qaldı ki, “Min bir gecə” kitabına, ona da ki heç ehtiyac yoxdur, min bir oyun varkən.

İlhamə Nasir

XƏBƏR LENTİ