Anons

Dünən, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

Ölkəmizin şimalında müstəqil Azərbaycan davası - VİDEO

Tarix:17-01-2018, 14:40 Baxış Sayı:135

Ölkəmizin şimalında müstəqil Azərbaycan davası - VİDEO

1990-cı ilin 20 Yanvar hadisələri ərəfəsində xaçmazlılar qonşu rayonların əhalisinin də köməyi ilə Sovet İmperiyası qoşunlarının qarşısını kəsə bildilər

Xaçmaz tarixinin ən möhtəşəm mitinqindən maraqlı VİDEOGÖRÜNTÜLƏR ilk dəfə “Şimal xəbərləri”ndə- ÜÇÜNCÜ HİSSƏ

1990-cı ilin 20 Yanvar hadisələri ərəfəsində Xaçmazda çox gərgin vəziyyət yaranmışdı. Yanvarın 16-da on minə yaxın rayon sakini şəhərin mərkəzi meydanına toplaşaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə, ölkə rəhbərliyinin yarıtmaz fəaliyyətinə qarşı etirazlarını bildirdilər. Məhz həmin gün Azərbaycan-Rusiya sərhədlərinin bağlandığı barədə məlumat ictimaiyyətə çatdırıldı. Bu da səbəbsiz deyildi. Şimal bölgəsində Milli-Azadlıq Hərəkatının lideri və AXC-nin Xaçmaz rayon şöbəsinin sədri olmuş Müqəddəs Mehdiyev baş verənləri belə xatırlayır. “16 yanvar mitinqi tarixi bir hadisə idi. Milli və etnik mənsubiyyətindən asılı olmayaraq rayon sakinləri mərkəzi meydana toplaşmışdılar. Çıxışlar ara vermirdi, izdiham get-gedə böyüyürdü. İlk dəfə idi ki, rayon və hüquq-mühafizə orqanlarının rəhbərləri də aksiyaya qatılmışdılar. Əsas məqsəd erməni təxribatının qarşısını almaq idi. Lakin çox mühüm bir informasiya da əldə olunmuşdu. Xəbər almışdıq ki, Rusiyanın Krasnodar və Stavropol diyarlarında əhali arasında səfərbərlik aparılır, niyyətləri də Azərbaycana hücum etməkdir. Biz hələ 20 Yanvar hadisələrindən üç gün öncə artıq sovet qoşunlarının müdaxilə edəcəyi barədə məlumata malik idik. Ona görə də respublikamızla Rusiya arasında olan inzibati sərhəddə lazım olan əsas postlara qüvvələr yerləşdirmişdik. 978 saylı hərbi qatarın Azərbaycana doğru irəliləməsi haqda informasiyalar daxil olurdu. Mitinqin ertəsi günü rusların hücum edəcəyi barədə məlumatlar getdikcə artırdı. Ayın 17-də xəbərlər özünü tam doğrultdu. Məlum oldu ki, 978 saylı hərbi eşalon Yalamaya yaxınlaşır. Ona görə də təxirəsalınmaz tədbirlər görməyə məcbur olduq. Keçmiş şəhər sovetinin binasında AXC Xaçmaz rayon şöbəsi idarə heyətinin fövqəladə toplantısı keçirildi. Yığıncaqdan dərhal sonra hücum edərək Xaçmaz dəmiryol stansiyasını ələ keçirdik. Şəhərdəki bütün yanğınsöndürən maşınları küçələrə çıxararaq siqnal verməyə məcbur etdik. Keçmiş Xaçmaz Konserv Kombinatının sexlərinin birini tutaraq arası kəsilmədən fit çalınmasına nail olduq. Minlərlə şəhər əhalisi dəmiryol stansiyasının qarşısına toplaşdı. AXC-nin Quba, Qusar və Dəvəçi rayon şöbələrinə Xaçmaza gəlmələri üçün müraciət etdik. Çox sağ olsunlar, bunu heç vaxt unutmayacağam. Adıçəkilən rayonlardan minlərlə insan köməyimizə çatdı. Qatar artıq Xudat şəhərinə çatırdı. Hərəkat fəalları Ramazan Əliyev, İlham Şahbazov, Vidadi Babayi, mərhum Ağbil və başqaları böyük fədakarlıq göstərdilər. Biz Xudat stansiyanın rəisi İbrahim müəllimlə danışıqlar apardıq. Xudatdakı fəallarla birlikdə hərbi eşalonun ana xətdən çıxarılaraq dalan yola daxil olmasına nail olduq. Beləliklə də, qatar mühasirəyə düşdü. Həmin gecə üç nəfərlik heyətlə stansiyanın anbarında hərbi eşalonun başçısı olan bir polkonviklə danışıqlar apardıq. Qəddar adam təsiri bağışlayırdı. Bizdən yolu açmağı tələb edirdi, əks təqdirdə qocalara və uşaqlara belə rəhm etməyəcəyi ilə hədələyirdi. Danışıqlar zamanı belə bir razılıq əldə olundu ki, eşalonun ətrafına ip çəkilsin və heç kəs qatara yaxın durmasın. Həmin gecə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Xaçmazdan SSRİ-nin və Azərbaycan SSR-nin xalq deputatı olan Viktor Polyaniçko da vəziyyətə müdaxilə etdi. O da qatarın qarşısının açılmasına və Bakıya hərəkət etməsinə cəhd göstərirdi. Onun rayon rəhbərliyi ilə telefon danışığı zamanı məni də xəttə qoşmuşdular. Onu da qeyd edim ki, biz hərbi qatarın irəliləyəcəyi təqdirdə böyük müqavimətlə üzləşəcəyini bəyan etmişdik. Əlavə tədbirlər də görmüşdük. Xeyli sayda “molotov kokteyli” hazırlamış və bacardığımız qədər silahlanmışdıq. Operativ planımıza görə, qatar irəliləsəydi yaşayış məntəqələrində toqquşmadan yayınacaqdıq. Lakin müəyyən edilmiş ərazidə dəmiryolu xətti dağıdılacaq, əsgərlərə hücum edərək onları tərksilah edəcəkdik. Hərbi eşalonun yandırılması planı da var idi. Hərəkat fədailərindən otuz beş nəfəri hərbi biletini təhvil verərək relslərin üzərinə uzanacaqdı. Yəni, situasiya bu dərəcədə mürəkkəb idi. Ona görə də, ertəsi gün vəziyyətin ciddiliyini bilən eşalon rəhbərliyi komandanlığa bu barədə raport verdi. Yanvarın 18-də axşamüstü əmr gəldi ki, hərbi eşalon geri qaytısın. 978 saylı qatar SSRİ-nin o vaxtkı rəhbəri M. Qorbaçov əleyhinə şüarlar altında və fitə basılmaqla geri döndü.”

Müsahibimiz bildirir ki, xaçmazlıların o vaxtkı fədakarlığı heç vaxt yaddan çıxarılmamalıdır. Onların çoxu ölümə belə hazır idi. Təki hərbi qatar Bakıya getməsin. “Doğrudur, iki gün sonra sovet qoşunları başqa istiqamətlərdən Bakıya soxularaq qətliam törətdilər, xeyli şəhid verdik. Bu, Azərbaycan tarixinin qara deyil, ən parlaq və qızıl hərflərlə yazılan tarixidir. İndi bəziləri iddia edirlər ki, əhali küçə və meydanlara nahaq çıxarılmışdı. Lakin heç kim sual vermir ki, nəyə görə, SSRİ-nin o vaxtkı güc strukturlarının rəhbərləri Bakıya toplaşaraq əhalini güllə-baran etdilər. Bizim günahımız nə idi ki? Daşnakların yerində oturdulmasını və suverenliyimizi istəyirdik. Rəsmi Moskva elə bildi ki, Azərbaycana qoşun yeritməklə xalqın azadlıq hisslərini boğa biləcək. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu günki müstəqil və azad Azərbaycan 20 Yanvarda doğulub.”

Bir məsələni də qeyd etmək istəyirik. Təqdim etdiyimiz videogörüntüdə dünyasını dəyişmiş şəxslər də var. Azərbaycanın Milli Azadlıq Hərəkatında xidmətləri olan bütün insanları ehtiramla yad edir, uca Allahdan onlara rəhmət diləyirik.


“Şimal xəbərləri”

XƏBƏR LENTİ