Anons

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

30-03-2018, 14:27 - Bakı Gömrük İdarəsinin rəisi, gömrük generalı Vusal Novruzov rəhbərlik etdiyi sahədə ən kiçik çatışmamazlığa...

19-03-2018, 08:28 - İctimai vəkil Koroğlu MMC-in qondarma ittihamı ilə bağlı ölkə başçısına müraciət etdi

13-03-2018, 17:35 - Sumqayıtda milyonlar hara və kimlərin cibinə gedir?

10-03-2018, 20:11 - AQC-nin yeni sədri Nüsrət İbrahimov seçilib

10-03-2018, 18:24 - Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Şair, səni qınayıram!

Tarix:17-01-2018, 16:23 Baxış Sayı:523

Şair, səni qınayıram!

Son günlər ədəbiyyat adamları ətrafında baş verən qalmaqalları böyük maraqla müşahidə edirəm. Hər axşam "Gənc yazar" saqqızlarının sponsorluğu, feysbuk sosial şəbəkəsinin informasiya dəstəyi ilə ölkəmin əcaib gündəmini izləyirəm. Bir az əyləncəli, bir az kədərli müzakirələr mənim həyata davam etməyim üçün kifayətdir. Açığı belə söz-söhbət, qanqaraçılıq olanda darıxmıram.

Məsələn, bu yaxınlarda şair Şəhriyar Del Gerani marketlərdən birində rastlaşdığı nümunəvi davranışa xoşagəlməz hal donu geyindirib, ironik münasibət bildirmişdi. Düz bir həftə onun sayəsində folklorumuzun zənginliyinə, xalqımın yaradıcı təfəkkürünün hüdudsuzluğuna heyrətlə tamaşa etdim. İlahi, dilimizdə nə qədər təhqiramiz ifadə, nə qədər söyüş varmış! Bir dil, bir təfəkkür, bir zehniyyət ancaq bu qədər çevik, adekvat və mükəmməl ola bilər. Dilçilərimiz də durub orfoqrafiya lüğətini təkmilləşdirirlər. Belə zəngin dilə dəyib-toxunmaq olar?

O ağır günlərdə uca rəbbim bu fağır xalqa qəfildən cəsarət, qüdrət, şücaət, bəlağət əta etmişdi. Xalqımızın bu şəkildə həmrəy olduğunu görmək məni çox sevindirdi, hətta bir-iki gün kövrəldim, sevincdən gözümün yaşı qurumadı.

Açığı əvvəl çox qorxdum. Elə bildim Şəhriyarın hansısa şeirini, hansısa hekayəsini, hansısa ciddi uğurunu müzakirə edirlər. Sonra gördüm ki, məsələ başqa cürdür. Görəndə ki, ümumiyyətlə müzakirə etmirlər, məsələnin mahiyyətinə varmadan söyürlər, lap sevindim. Amma bu dəfə kövrəlmədim, çünki bundan əvvəl kövrəlmişdim.

Şəhriyara bu da azdır! Ürəyimdən tikan çıxdı.

Onun bu şəkildə təhqir olunmasına, şəxsinə qarşı aparılan gözdənsalma və qaralama kampaniyasına səmimi qəlbdən sevindim. Sevinməklə qalmayıb saxta hesablarla müzakirələrə qoşuldum, imkan daxilində mən də onu təhqir edib gözdən salmağa çalışdım. Şükür allaha, əlimdən gəldiyi qədər xalqın yanında oldum. Bu ağır günlərdə xalqla həmrəylik göstərmək bizim mənəvi borcumuzdur.

Onsuz da neçə vaxtdır onun əlindən cana yığılmışam. Bəli, Şəhriyar həqiqətən xalq üçün, millət üçün olduqca zərərli işlərlə məşğul olur. Bir dəfə də olsun onun bu millətə, bu ölkəyə faydası toxunmayıb. İşi-gücü ədəbiyyatla məşğul olmaq, yaradıcılığı ilə diqqət çəkməyə çalışmaqdır. Açığı onun oxucularının sayı da məni narahat edir.

Ölkədə bu qədər problem ola-ola oturub şeir yazır, ilin-günün bu vaxtında televiziyada ədəbiyyat və mədəniyyətlə bağlı proqrama aparıcılıq edir, bikar qalan kimi köşə yazır və ən dəhşətlisi adam gördüyü hər işi ürəklə, həvəslə, zövqlə görür, reallıq hissini itirib ədəbiyyatla yaşayır. Olmazmı ki, satıcını işdən qovdurmaq arzusu ilə alışıb yanan Şəhriyar qılıncını qurşayıb özbaşınalıq edən məmurlara qarşı mübarizə aparsın? Olmazmı ki, küçələrin zibillərdən təmizlənməsinə, ictimai nəqliyyatda davranış qaydalarına, kafe və restoranlarda xidmət səviyyəsinə nəzarət etsin? Onun gücü elə marketdə işləyən, ayda 300 manat maaş alan satıcıya çatar.

Mənə verilən imkandan istifadə edib, keçmiş həmkarıma bir neçə sual ünvanlamaq istəyirəm.

Şəhriyar, bu addımı atanda heç olmasa papağını qabağına qoyub fikirləşdinmi? Bəlkə o satıcının anası və ya atası xəstədir? Bəlkə maaşı az olduğu üçün "halal" məhsulu reklam etməklə əlavə pul qazanır? Bəlkə bir insan kimi, bir vətəndaş kimi müştərilərini düz yola çəkməklə axirətini, o biri dünyasını qazanmağa çalışır? Bəlkə minlərlə kasıb-kusub, satıcı, "moyşik", fəhlə kimi sənin şeirlərinin oxucusudur?

Gec də olsa səni qınayıram! Açığı qınamaqla ürəyim soyumur, sınayıram. Hər möhnətə dözüb, sənin xoşagəlməz əməlinə görə həmin satıcıdan, onun işlədiyi marketlər şəbəkəsinin rəhbərliyindən, marketin bütün əməkdaşlarından, ət və süd məhsulları şöbəsinin administratorundan, bütün "halal" kolbasasevələrdən üzr istəyirəm!

Səni isə təkrar-təkrar qınayıram və and olsun ki, qınamaqla ürəyim soyumur...

Cəlil Cavanşir
Milli.Az

XƏBƏR LENTİ