Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

“14 yaşlı uşağı 17 saat qul kimi işlətmək cinayət deyil, bəs nədir?”

Tarix:3-08-2018, 16:09 Baxış Sayı:407

“14 yaşlı uşağı 17 saat qul kimi işlətmək cinayət deyil, bəs nədir?”


Müqəddəs Mehdiyev


Bu yaxınların söhbətidir. Xaçmazdakı parkların birində çay içmək istədim, gecə yarısı idi. Yenicə oturmuşduq ki, bir yeniyetmə oğlan yaxınlaşaraq nə istədiyimizi soruşdu. Çay sifariş verdik. Beş-on dəqiqə sonra yeniyetmə çayı və stəkanları gətirdi, qəndi isə yox. Biz deyəndən sonra qəndi gətirdi, limon yadından çıxdı. Həmin uşağı çağırıb söhbətləşdik. Məlum oldu ki, on dörd yaşı var, imkansız ailədəndir. Səhər saat doqquzdan, gecə ikiyədək işləyir. Yuxulu olduğu üçün tez-tez stola gətirməli olduğu menyunu yaddan çıxarır. Ona heç nə demədik, çay da içmədən pulunu verib getdik. Ürək ağrısı ilə, qəlbimizdə həmin yeniyetməyə bir mərhəmət hissi ilə parkdan uzaqlaşdıq.

Elə bu yazının səbəbkarı da həmin yeniyetmədir. Əcəba, biz hara gedirik? 14 yaşlı uşaq da gün ərzində 17 saat(!!!) işləyərmi? Tutaq ki, ehtiyacdan buna razıdır. Bəs onu işlədən sahibkarın məsuliyyəti və vicdanı yoxdurmu? Özü də gününə nə qədər alsa yaxşıdır – 6 manat! Hara baxır bizim aidiyyatı orqanlar? Məgər sahibkar ağa, yeniyetmə oğlansa quldurmu? Bəlkə heç qullar da bu qədər işləməyiblər. Bu yeniyetmələrin gələcəyi heç kəsi düşündürmürmü? Xaçmazın restoran və kafelərində işləyənlər arasında yeniyetmələr çoxdur. Təkcə bu obyektlərdə deyil, digər özəl sahələrdə də çalışırlar. Hanı qanun, hanı cavabdehlik? 14 yaşlı uşağı qul kimi işlətmək cinayət deyil, bəs nədir?

Azərbaycan prezidenti İlham Əliyev sahibkarlığın inkişafına böyük önəm verir. Özəl sahədə çalışanlar əsassız yoxlamalardan azaddırlar. Bir çox digər güzəştlər də var. Prezident bunu edib ki, ölkədə rəqabət şəraiti yaransın, yerli istehsal artsın, iş yerləri açılsın. Bəs sahibkarlar nə edirlər? Bəziləri buna bənd imiş kimi at oynadırlar, istədikləri qanunsuzluqları törədirlər. Yerli və yersiz məhsulları kefləri hansı qiymətə istədi satırlar, insanların və xüsusilə də uşaqların əməyini istismar edirlər, işçi ilə əmək müqaviləsi imzalamağa məhəl belə qoymurlar və s. Yaxşıdır da, yoxlayan yox, cavabdehlik yox. Onda sual yaranır: Bəs əmək müfəttişliyi kimə gərəkdir? Axı insan əməyinin istismarına bir başa onlar cavabdehdirlər. Öyrəndik ki, əmək müfəttişləri daha sahibkarların obyektlərinə getmirlər, fəaliyyətləri donub qalıb. Bu necə ola bilər? Axı ölkədə bu qurumda çalışanlar aylıq əmək haqqı alırlar, müəyyən vəzifə borcları var. Necə ola bilər ki, yeniyetmələrin əməyinin az qala kütləvi şəkildə istismarını görsünlər və susmağa məcbur olsunlar. Nə var, nə var hansısa sahibkar həşir qoparacaq ki, obyektimi qanunsuz yoxlayırlar. Beləsinə sual vermək gərəkdir ki, məgər sənin öz fəaliyyətin qanunidirmi? Sən birbaşa cinayətkarsan.

Bu günlərdə daha bir hadisənin şahidi oldum. Həftə sonu Xudat şəhərindəki bazarda antisanitariya baş alıb gedir. Öyrəndim ki, rayonun gigiyena və epidemiologiya şöbəsinin əməkdaşları buralara baş çəkmirlər. Yenə də eyni qorxu. Birdən sahibkar bunu fəaliyyətinə müdaxilə hesab edər. Axı bu nə yanaşmadır? Prezident sərəncamında da göstərilib ki, insan həyatına təhlükə törədən hallar yaranarsa aidiyyatı qurumlar müdaxilə etməlidirlər.

Mən də sahibkarlığa qanunsuz müdaxilənin əleyhinəyəm. Amma bu o demək deyil ki, özəl qurumların işinə ölkə qanunları əsasında nəzarət etməli orqanlar öz işlərini görməsinlər. Sahibkar da bir Azərbaycan vətəndaşıdır. Onun da dövlət qarşısında məsuliyyəti var. Bunu dərk etməlidirlər. Yoxsa yeni bir xaos yaranacaq. Ölkə prezidentinin sərəncam və tapşırıqlarından sui-istifadə edən bəzi sahibkarlar baş bəlasına çevriləcəklər.

Yazımı burada tamamlamaq istəyirdim. Amma nə qədər çalışdımsa parkın çayxanasındakı uşağın yuxusuzluqdan qızarmış gözlərini unuda bilmədim. Biz indidən yeniyetmələrə öyrədirik ki, qanunu saya saymasınlar. Axı on dörd yaşında qul kimi işləyən uşaqdan gələcəyimizə nə sahib çıxacaq? Az yaşında kimdən və nədən nümunə götürsün? Bunu təkcə mən fikirləşməməliyəm. Kafe və restoranlarda stollarına bahalı yeməklər və içkilər daşıyan yeniyetmələrə əda ilə baxıb başlarını bir manat çay pulu ilə aldadan böyük-böyük vəzifəli şəxslər düşünməlidirlər.

XƏBƏR LENTİ