Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Azərbaycan mətbuatının məhv edilməsi kimə xeyir gətirəcək..?

Tarix:15-08-2018, 13:48 Baxış Sayı:799

Azərbaycan mətbuatının məhv edilməsi kimə xeyir gətirəcək..?

Bu gün Azərbaycan Mətbuatı demək olar ki, son günlərini yaşayır. Mediada tək bir nəfərin səhvinə görə ANS kimi bir kanalın bağlanması, bir neçə gün öncə isə APA holdinqin fəaliyyətinin dayandırılması , dahada dəhşətlisi ilə müstəqil xəbər saytlarının kütləvi şəkildə ölkə daxilində bloklanması heçdə yaxşı hal deyil. Bir neçə gün öncə ölkənin aparıcı saytlarından olan Xural.com , 24Saat.org , Arqument.az , Anaxeber.az bu cür problemlər yaşamaqdadır. Lakin bəzi media işçiləri, sayt rəhbərləri, baş redaktorlar mətbuatın bu ağır günündə həmkəarlarına dəstək olmaq əvəzinə “dovşan “ kimi qaçıb kolluqda gizlənirlər. Bəlkədə bu sözüm özünü baş redaktor sayan mənəm – mənəm deyən jurnalist kimi görən bəzi “ qucaqquşları “ nın xətrinə dəyəcək amma eybi yox bir stəkan soyuq su içsinlər.
Bəs biz dərdimizi kimə deyək? Aha yadıma düşdü Mətbuat Şurasına . Gülünc çıxdı eləmi?
Bəli dəyərli həmkarlarım əlbətdə gülüncdür. Bir nəfər deyə bilərmi Mətbuat Şürası bu günə kimi hansı jurnalistin müdafiəsinə qalxıb? Demək olar ki, heç birinin. Beş – altı nəfərdən ibarət bir şura üzvü olan heyət yaradılıb ki, bunlarda ancaq qəzet və saytları “reket “ çıxarmaqla məşğuldular. İndi bəziləri deyəcək ki , öz gözünüzdə çöpü görmürsüz başqasının gözündə tir axtarırsız. Düzdü mətbuatın, jurnalistikanın adına ləkə gətirən bəzi saxta jurnalistlər var. Məsələn dünən bunlarda bir neçəsi həbs olundu adını da qoydular hədə qorxu yolu ilə pul tələb etmə. Bəs niyə bir nəfər bu rüşvət verən məmurları həbs eləmir niyə bu məmur tayfası istənilən formada qeyri qanuni işlərlə məşğul olur və məsuliyyətdən kənarda qalır? İndi hamı deyəcək ki, arxaları möhkəmdi yuxarılara bağlıdı falan filan. Bəli aralarında elələri var ki, kreslosunun xətrinə öz dəymə düşər balalarını daha yüksək vəzifəli şəxslərin övladları ilə nigaha salırlar ki, güclərinə güc qatsınlar. Və bunu bacarırlar daha da güclənirlər əl çatmaz olurlar. Bəs biz neyləyirik ? Mətbuat olaraq bir birimizin ancaq “ torbasını” tikməklə məşğuluq. Sözümün canı odur ki, əziz və hörmətli həmkarlarım gəlin bir birimizə dəstək olaq. Vüsalə Mahirqızını , Əvəz Zeynallını, Vuqar Qurdqanlını, Azər Talıbovu , Şəmşad Ağanı qurban verməyək. Onsuzda itirə - itirə gedirik biri namusunu itirir, biri mənliyini itirir. Heç olmasa vuran əlimiz görən gözümüzü itirməyək.

Nəsrin Çakır

XƏBƏR LENTİ