Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Dövlət qurumlarında və QHT daxilində pensiya yaşına çatanların mövcudluğu cəmiyyəti inkişafını ləngitməkdədir

Tarix:29-09-2018, 15:49 Baxış Sayı:539

Dövlət qurumlarında və QHT daxilində pensiya yaşına çatanların mövcudluğu cəmiyyəti inkişafını ləngitməkdədir


Bu gün Azərbaycanda istənilən sahədə müqavilə ilə pensiya yaş həddinə çatmış şəxslərin hələ də fəaliyyət göstərməsinə şahid olmaq mümkündür. Cəmiyyətdə bu tip məsələlərin qanuna zidd olmasını media orqanları işıqlandırmasına baxmayaraq isə hələdə adiyyatı qurumlar “həbsdə” olan postların azad edilməsinə qarşı heç bir addım atmamaqdadır. Bəzi sahələr var ki orada mütləq şəkildə təcrübəli şəxslərin daim yer tutması vacib bir məsələdir ki buda dövlət əhəmiyyətli qurumlardır. Amma bundan istifadə edən bəzi nazirliklər, bələdiyyələr və QHT-lər hətta var ki, bunarın hansı məqsədlə yenilənmənin qarşısının alınması cəmiyyət tərəfindən dəqəbul edilmir.
Dövlət qurumlarında və QHT daxilində pensiya yaşına çatanların mövcudluğu cəmiyyəti inkişafını ləngitməkdədir

- Təhsil: Heç kəsə sirr deyil ki, bu gün ən böyük rüşvətin tüğyan etdiyi dövlət sahəsi məhz təhsil ocaqlarıdır. Buna misal olaraq orta məktəb direktorları o cümlədən sıravi fənn müəllimlərini göstərmək olar. Rəhbər vəzifələrdə qanunsuz oturmağa davam edən direktor əvəzi 65 yaşın tamam etmiş təyinatlı direktor və müəllim heyəti yoxlanarsa bütün təhsildə biabırçı olaylar çözülmüş olacaqdır.
Dövlət qurumlarında və QHT daxilində pensiya yaşına çatanların mövcudluğu cəmiyyəti inkişafını ləngitməkdədir

- Səhiyyə: Səhiyyə ocaqlarında yaşlanmış və demək olarki fəaliyyəti ilə millətə zərər verən 65 yaşın keçmiş şəxslərin saxlanılması nə qədər doğrudursa insanların ölüm sayının artmasıda o qədər realdır. Səhiyyə naziri sanki bir ad olaraq mövcudur qurum olaraq varlığı ilə yoxluğu cəmiyyət üçün müəmmadır.

Digər tərəfdən qeyd edək ki Təhsil və Səhiyyə nazirliklərinin iş prinsipləri aktiv nümayiş etdirilsədə günün-gündən məktəblərdə rüşvət olayları xəstəxanalarda isə rüşvət tələbini ödəyə bilməyən insanların ölməsi reallıqdır. Bunu azad media daim işıqlandırsada əhəmiyyət verən qurum tapılmamaqdadır. Dövlət siyasətinin əksinə gedən bəzi məmurlar insanlar üzərində zorakılığa daha çox üstünlük verərək xalqı Hakim dairələrdən narazı salmağa sanki meyilidirlər. Dövlət başçısı İlham Əliyev dəfələrlə çıxışlarında dövlət kadrlarının gəncləşdirilməsi məsələsinə toxunaraq bir mesaj verməsinə baxmayaraq yeni təyin edilənlər də sanki köhnənin abu-havasına qapılmış tərzdə tövsiyyələri qulaqardı edirlər. Təhsildə 65 yaşını ötmüş minlərlə insanlar fəaliyyət göstərir ki bunların iş yerlərində qalması yenicə təhsilini başa vurmuş müəllim heyətini işsiz qoymaqdadır. Axı dövlət qanununda da qeyd edilir ki, pensiya yaşına çatan şəxslər quluqdan azad edilməlidir. Düzdür istisnalarda mövcudur amma bu gün o kriterlərə cavab verən pedeqoji heyyət demək olarki azlıq təşkil edir. Azla işimiz yoxdur çoxun niyə çox olması ilədir işimiz.

Səhiyyədə qocaman həkimlərin fəaliyyəti və ya rəhbərliyi onların illərlə vermədiyi xeyirlərin bəhrəsini isə cəmiyyət öz canı bahasına ödəməkdədir. İnsanlar səhiyyə ocaqlarının qarşısında ölür amma həkimlər rüşvət tələbi ilə fəaliyyətsizliyini nümayiş etdirir ki, bunada yuxarı təbəqədə don geyindirilmiş tərzdə təqdimat sayəsində susulur.
Dövlət qurumlarında və QHT daxilində pensiya yaşına çatanların mövcudluğu cəmiyyəti inkişafını ləngitməkdədir


Dövlət idarələrində 65 qeyri sektorlarda bu yaş həddinin 70 olması pik hədd hesab edilməlidir.
Məsul nazirliklərdə baş verən qanunsuzluqlar azmış kimi Qeyri Hökümət Təşkilatları daxilində isə 70 yaşını keçmiş işçi qüvvəsinin olması ilə bağlı verilən məlumat yer almaqdadır. İanələr hesabına varlığını qoruyan QHT-lər göründüyü qədər bəzəndə şəffav olmurmuş. Bu kimi QHT-lər biridə məhz “Qızıl Aypara” Cəmiyyətidir ki, onunda regional şöbələrində bu kimi hallar baş verməsi insanlarda xəyal qırıqlığının yaranmasına səbəb olur . 70 yaşa qədər şəxslərin QHT-DƏ fəaliyyəti qəbul edilən olsada, 70 yaşın tamam etmiş şəxslərin məhz bu təşkilatda yer alması əslində bir mənəlı qəbul edilmir. Bu cəmiyyətin məhz köməyə möhtac insanlara yardım etmək məqsədli olması bu yaşda şəxslər tərəfindən məqsədin reallaşa bilməyəcəyinin açıq şəkildə göstərir.
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərinin sayı 300 minədək, könüllülərinin sayı 20 minədəkdir (2012-ci ilə olan statistika).
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə, Sağlamlıq və Qayğı, Axtarış Xidməti, Gənclər və Könüllülər, Humanitar Yardım, Miqrasiya, İnformasiya və Beynəlxalq Əlaqələr, Gəlirgətirmə şöbələri, İlk Yardım, Beynəlxalq Humanitar Hüququn yayımı, İcmaların İnkişafı, Silahlara Qarşı Mübarizə sektorları fəaliyyət göstərir.

Bu qədər yüksək bir məqsədlərə sahib olan QHT-də baş verən bu məsələlərin tezliklə həl ediləcəyinə inanır və məsələ ilə bağlı rəsmi məlumatda əldə edə biləcəyi ümid edirik. Məsələnin yüksək səviyyədə həli üçün yəqinki rəhbərlik ciddi addımlar atacaqdır.


KƏSƏRU

XƏBƏR LENTİ