Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

“BÜTÜN SEVGİLƏRİ XATIRLADAN” QOSQOCA PAYIZSAN!”

Tarix:16-11-2018, 15:06 Baxış Sayı:126

“BÜTÜN SEVGİLƏRİ XATIRLADAN” QOSQOCA PAYIZSAN!”

İllər bir-birini əvəz edir, qış gəlir, yaz gəlir, yay gəlir, ancaq payızın yerini heç bir fəsil vermir, çünki payız ağlayır, yarpaqlar saralır, insanlar kövrəlir və soyuqluğu hiss edir. Payız ayında kəndə gedirəm, küçələri dolaşıram, dolaşıram meşələri, Cıdır düzünü, payızın ağlamağını görürəm hər ağac altından keçəndə bir yarpaq ya başımın üstünə, ya ətəyimə düşür, bu yarpaqlar ağacların göz yaşıdır, bu yarpaqlar sevənlərin göz yaşıdır, gözü yolda qalanların sirdaşıdır, salam payız, salam, payız. Bu payız mənə uşaqlıq illərimi xatırladır, bu payız mənə ağlayan günlərimi xatırladır, ağrılı-acılı olsa da ayrıldığım o qızı xatırladır, xatirələr yadıma düşür, salam, payız…

Payız gəldi, gözlədiyim Qatar gəlmədi, hər gün gedib qatarı gözlədiyim 12:30 dəqiqə hər an yadıma düşür, kövrəlirəm, mənə köməklik edən göz yaşlarıma şərik olan payızın saralmış yarpaqları olur.

Bir vaxtlar gözləyirdim bu qatarı, gəlirdi qatar…
Qatar gələnə kimi, Avtovağzal küçəsində tək olardım. Sanki insanlarda bilirdi onu gözləyirəm, qeybə çəkilərdilər. Öz-özümə söhbət edib payızın narın-narın yağışı, xəzanı, küləyi ilə xısın-xısın danışardım. Bu payız gəlmədin, gözlədim səni Qatar.

Nədən bu payızda tək qaldım?

Tənha bir quş qaldım, yuvadan uçdum, qondum payızın xəzanına, qondum nisgilli ürəklərin yarasına, qondum tənha qalanların pəncərəsinə, qondum gözü yaşlı insanların kipriyinə, qondum sevənlərin yollarına, bu payızda, yenə gəldin payız? Xoş gəlibsən payız. Salam, payız, salam, payız.

– Payız, sən gəldin nisgilli ürəyimi, qəmli gözlərimi, çatlayan dodağımı, təzələdin, payız. Bir qutu siqaret, pürrəngi çay, mənim hədiyyəmdi, payız. Oturmuşam odun sobasının yanında, xatirələri yadıma salıram, kövrəlirəm, yuxu kimi düşünürəm, nağıl kimi düşünürəm, tez-tez çıxıram küçəmizə yolboyu baxıram, küçədi dəə, uzanır gedir, heç kim yoxdur, bomboşdur, küçə yarpaqlara bürünübdür, sirlərə bürünübdür, açan yoxdur bu sirləri, nədən payız? Ayağımın altında yarpaqlar xışıldayır, onun mənə pıçıltıyla dediyi sözləri xatırlayıram, onun mənə sakitcə, utancaq “sevirəm” dediyi sözü xatırlayıram, əllərindən tutmağımı, soyuq barmaqlarını isitməyimi xatırlayıram, sevəsən payız, keşkə sevməyi də öyrədəsən, sevəsən payız, bir nəfəsdə doğulmağı da öyrədəsən, bilirsən kimi deyirəm? O qızı deyirəm, payız. Xatırladın onu? Salam, payız, salam payız.

Tanrı bəşəriyyəti yaradıb, düzdü, payız ? Hörümçək toru, arı pətəyi, qarışqa yuvanı yaradıb, düzdü payız? Kaş ki, məndə payız yarpaqlarından özümə yuva qurmağı bacarardım…

Bağlar xəzana bürünübdür . Bu xəzanların səsi çayların şırıltısı kimi eşidilir. Bulaqların saf suyu kimi tər-təmiz görünür xəzanların payız. Sən qocaların əsasısan… Sən ağbirçək anaların örpəyisən… Sən kövrək ürəklərin sirdaşısan… Sən yazıçıların şamısan, çırağısan, ümidisən, payız.

Bilisən nə yadıma düşüb, payız?

Xəzanının üstündə dolaşırdıq, birdən gözüm saralmış yarpaqların altındakı üstü palçıqlı üzüyə sataşdı, yadındadı, payız? Mən o üzüyü götürdüm, onun barmağına taxdım, şahidimiz oldun bizim o anda yadına düşdü, payız, o xoş anlar? O anlar yenə gəlməz, səni, onu xatirələrimdə saxlayacam bir ömür boyu, üşüsəm də, soyuqluğu hiss etsəm də, o anlara dönəcəm-dönəcəm, payız….

Səndən qisas almaq istəyirəm, payız, növbə məndədir, Səni unutmaq istəyirəm, unuda bilmirəm. Mən payızı xoş anlarla keçirməyi istəyərdim, mən payızda sevə-sevə yaşamağı arzu edirdim…

Ömür boyu bir dam altda yaşamağı arzu edərdim, nədən məyus qaldı bu arzular, payız? İllərdir görmürdüm onu, bu gün təsadüfü rastlaşdım xəzanın üstündə, payız. Özgə qollarında gördüm. Körpəsi qucağında, ruhu məndə, cismi xəzanın üstündə idi. Yenə bizi qovuşdurdun, payız. Salam, payız! Salam, payız. Bəlkə bu şəhərdə yaşamasaydım bu qədər onu xatırlamazdım.

Ünvanımı da, dəyişdim onu unutmaqdan ötrü.

Yaşadığım çinarlar şəhəri xəzanına bürünübdür, payız. Elə bu şəhərdə bu xəzana görə çinarlar şəhəri adlanır. Ömür kitabımı sənin fəslində yazdığıma görə bilirsən nə qədər məyus oluram, payız!

“Bütün sevgiləri xatırladan” qosqoca payızsan!

Azər Allahverdiyev

XƏBƏR LENTİ