Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Ali Baş Komandan İlham Əliyev: “Döyüş hazırlığı fiziki hazırlıqdan keçir”

Tarix:17-02-2019, 02:19 Baxış Sayı:111

Ali Baş Komandan İlham Əliyev: “Döyüş hazırlığı fiziki hazırlıqdan keçir”

Əliyevlər ailəsinin hər biri buna örnək nümunədir

Mənim tanıdığım həkimlər rahatlığın nə olduğunu yadırğayıb. ONLARI AZƏRBAYCAN SƏHİYYƏSİNİN QƏNDİLİ hesab edirəm.

HİPPOKRAT ANDLI təbiblər…

Düşünürəm ki, hər biriniz Hippokrat və Qalenin davamçısı Samanilər dövlətinin adlı-sanlı həkimi Məsihi haqqında məlumatlısınız. Dünyanın böyük zəka sahiblərindən olan Abdullah oğlu Hüseyn - İbn Sinanın müəllimi məhz Məsihi olub. Xatırladırıq ki, İbn Sinanın on yaşı olanda Quranı əzbər bilirmiş. Müəllimlərini məntiq və kəlam elmləri ilə bağlaması, Buxaraya gələn və dövlət məmuru Abdullahın (İbn Sinanın atası) qonağı olan həkim Məsihinin diqqətini çəkibmiş: “Sən təbabəti sev, beynində bütün elmlərlə yanaşı, ən çox bir elmə yer olsun, insanları xilas et, xəstəlikləri öldür”.
Dövrünün böyük alimi Məsihi ilə İbn Sinanın birgə çalışmaları Xarəzmdə baş tutur. Buxarada saray çevrilişi olanda İbn Sina Xarəzmə köçür. Çox keçmir ki, böyük alim Əbu Reyhan Biruni və Məsihi də bura gəlirlər. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr aparırlar. Gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirlər. Məsihi ilə İbn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayır. İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Ən məşhur kitabı isə “Qanun ət-Tibb” adlanır. Beşcildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, kitabda taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə “Qanun” bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira ediləndən sonra ilk nəşr olunan kitab “Bibliya”, ikincisi isə “Qanun” olub. Avropada beş əsrdən artıq müddətdə tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yoluxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn-Sinanın hipotezini sübut etməyə müyəssər olub.
İbn Sinanın ən sədaqətli və sevimli şagirdi Cüzcani olsa da, əsas davamçısı adını həmyerlimiz Bəhmənyar daşıyıb.
Bir gün İbn Sinanın qonşuluğunda yaşayan bir uşaq ocaq qalamaq üçün od istəyir.
İbn sina:
- Sən özünlə heç nə gətirməmisən. Bəs közü necə aparacaqsan?
Uşaq ani olaraq duruxur və yerdən bir ovuc torpaq götürür:
- Közü bura qoyun.
İbn Sina uşağın fərasətinə heyran qalır və onun valideynini yanına çağırır. Xahiş edir ki, uşağın onun şagirdi olmasına icazə versinlər. Azərbaycan filosofu Bəhmənyar ibn Mərzbanla təbiblər təbibi İbn Sina belə tanış olur(lar).

***

Təbabətdən söz düşəndə İbn Sinadan bəhrələnən ULU İNSAN MƏHƏMMƏD YUSİF ŞİRVANİnin ruhu önündə ehtiramla baş əyirəm. Ulduzlu tibb sancağı “TİBBNAMƏ” yazı masamın üstündə parlayır. Gündüzlər aldığım mənəvi-psixoloji yaralarıma, gecələr gah xar tut şirəsi, gah zeytun yağı, gah da südlə balın qarışığı məlhəm olur. Heç nə tapmayanda özüm çaldığım qatıq göynəyən ruhumu sərinlədir. Qeyrətimin şah damarı sarsılmadan, mənə “qalx!” komandası verir. Apartamentin önündə sıralanan çiçəklərə su çiləyib, ətrafı süpürüb, silirəm. Əyilib qalxdıqca yaralı ruhum sağalır. Mətanət güc verir, qeyrət dişlə-dırnaqla iş gördürür. Ətraf təmizləndikcə, biləklərimə yeni güc, yeni qüvvət gəlir. Sızıldayan əzalarım bir az sərinləyir, bir az dincəlir. Fiziki iş ruhuma məlhəm qoyur.

İnsan təbiət etibarı ilə ətyeyən deyil…

Tovuzlu həkim Seyfəddin Əsədovun təhrif olunmuş həyat tərzi mövzusu ətrafında yazısında diqqətimi çəkən məqamlardan bir nüansı diqqətinizə çatdırıram: “İstifadə olunan qidaların əksəriyyəti qeyri-təbii (qidalar) olduğundan insan orqanizmi üçün təhlükə mənbəyidir”.
Təbii üsullarla müalicəyə üstünlük verən həkimlərin qənaətinə görə, ət insanın təbii qidası deyil. Odur ki, onun həzm prosesi də normal olmur və nəticədə orqanizmin fəaliyyətinə mənfi təsir göstərir. Qaynadılmış, konservləşdirilmiş yeməklər orqanizm üçün zərərlidir. Aydın məsələdir ki, qida məhsulları bişirilən zaman kimyəvi tərkibi dəyişir. Hüceyrələr parçalanır, minerallar, üzvü maddələr və vitaminlər yararsızlaşır. Məsələn, bəzi adamlar ətin suyunu içirlər. Ət qaynadıqda isə onun tərkibindəki zərərli maddələr suya keçir. Onsuz da heyvan kəsilən zaman qorxudan onun qanında insan orqanizmi üçün zərərli olan hormonlar əmələ gəlir.
Naturopat həkim Fərasət İbadovun qənaətinə görə, yuxarı ətraflar sabunla yuyulub (əl-üz) təmizləndiyi kimi, aşağı ətraflar da yuyulmalıdır.
Düzgün qidalanma qaydalarına əməl olunsa insanın ən azı 150 il ömrü olar. 16-18 yaşına çatanlar təbii qidalanmaya üstünlük versələr, normal ömürləri ən azı 130-160 il olar.
Bir il öncə Bakıya qonaq gələn doktor Boris Uvaydovla səmimi söhbətimiz zamanı, o, təbiətin qismən sirrini açdı. Amerika kimi inkişaf etmiş ölkə vətəndaşlarının hər iki nəfərindən birinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini söylədi. B.Uvaydov hazırda ABŞ-ın Los-Ancelos (Kaliforniya) ştatında yaşayır. Zaqafqaziya respublikaları arasında Azərbaycanı seçim eləyib, gəlməsi məni çox sevindirdi. Ustadın “Xərçəng üzərində qələbə” kitabı naturopatiyanın şedevr bestseller(ləri) siyahısındadır.
B.Uvaydovdan gümrah qalmasının sirrini soruşanda, belə cavab verdi: “Hər səhər yuxudan oyanıb dünyaya baxanda, Allaha dua edirəm: Çox şükür, İlahi! Bu səhəri görmək lütfünü bəxş etdiyin üçün səcdə edirəm! Sonra yuyunuram”…
- İdman edirsiniz?
- Əlbəttə. Çempionata hazırlaşanlar kimi yox, özüm üçün…
B.Uvaydovun izahına görə, həkim xəstə ilə Allah arasında vasitəçidir.

ERKƏN QOCALMA

Erkən qocalma haqqında keçmiş hərbi həkim, naturopat alim F.İbadovun dediyinə görə: “İnsanın hər bir hüceyrəsinin ömrü 800 il olduğu halda, o, heç 300 il də yaşaya bilmir”. Həyatda bütün kədərlər, qəmlərin məlhəmini əridəcək bir təbəssümdür. Ziya dolu Fərasət həkimin təbəssümü də nurludur.
Məşhur rus alimi İlya Meçnikovun izahına görə, “150-160 yaşdan tez ölənlərin ölümü “əcəlsiz ölüm” adlanır”.
Məlum olduğu kimi, at - 30 il, qarğa - 300 il, durna balığı və timsahın ayrı-ayrı fərdləri - 300 il, Yeni Zelandiyada fırtına quşunun yuvasında məskən salan tuatara kərtənkələsi isə 400 il yaşayır.
Ağacların ömrü daha uzundur: sekvoyya 2000 il yaşayır. Qüds şəhərində Qefsiman bağındakı əncir ağacının (rəvayətə görə İsa peyğəmbər qətl ərəfəsindəki son gecəsini həmin ağacın altında keçirmişdir) 3000 il yaşı, Tenerif adasındakı baobab ağacının 5000 yaşı var (həmin baobabda eyni zamanda yeni açılan yarpaq da, gül və meyvə də görmək olar).
Ömür insana bir dəfə verilir və onu elə mənalı yaşamaq olar ki, heç olmazsa 100-ü keçəsən.
Atalar sözü var: “Qılınc yarası sağalar, söz yarası sağalmaz”. Doğrudan da ehtiyatsız deyilən Söz adamı öldürə bilər. Məsələn: Ürək xəstəsini müayinə edən həkimin bir dəfə ah çəkməsi kifayət edər.

SÖZ YARASI

İnsan taleyi həkimin dilinin ucundan sallanan bir sözdən asılıdır. Başda səhiyyə nazirimiz, çox hörmətli Oqtay Şirəliyev olmaqla, bir sıra səhiyyə müəssisələrinin rəhbər heyətini görəndə könül bayram edir. Oqtay müəllimin adı gələndə, dünyada ən sevimli, ən əziz insanın portret cizgiləri göz önündə dayanır. Qar kimi ağappaq, həkimlik paltarında, illah ki, Oqtay Şirəliyev özü durub xəstəxanaya (xəstəxanalara) gələndə, insanların inam sarayına sanki insanlıq özülü qoyulur. Xəstə ürəklər ONUN BİR SÖZÜNDƏN sağalır.
Yaxşı yadımdadır, Tibbi Klinik Mərkəzdə qəbul etdiyim növbəti müalicə kursundan yenicə çıxmışdım. Sənədlərimi almaq üçün TKM-ə getmişdim. Bir qrup həkimlə xəstəxananın cərrahiyyə korpusu istiqamətinə gedən - Azərbaycan Respublikası Səhiyyə naziri cənab Oqtay Şirəliyev, Tibbi Klinik Mərkəzin baş həkimi Ədalət Dadaşov, Məhəbbət İbrahimova, Baş tibb bacısı İradə Həsənova, koordiologiya şöbəsinin rəhbəri Cəmilə həkim İsgəndərova, Aygün Rzayeva, Nərgiz Əzizova və Məhəbbət Qəmbərova kimi professional səhiyyə xadimlərinin ünvanına MİNNƏTDARLIQ duyğusu ifadə etdim.

İmkanım olsaydı, bəlkə bütün çəmənlərdə bitən ən gözəl, ətirli çiçəkləri dərib, qucağımda gətirib Məhəbbət həkim İbrahimovaya, Cəmilə həkimə, Baş tibb bacısı İradə Həsənovaya verərdim... Ən gözəl qızılgülləri, şehli-şehli dərib, zərrini itirməsin deyə (TKM-nin giriş qapısına yaxın) büllur vazaya qoyardım. Axı, bizim ağ xalatlı həkimlər biz xəstələrə ürəyinin şəhdini içirir(lər).
DÜŞÜNCƏMƏ: PS: Söz ağxalatlı həkimlərdən düşdüsə, bir incə məqama Qələmin ucu ilə işıq salım. Cəmilə həkimin səsində, sözündə qüdrət də var, məhəbbət də, mətanət də var, qayğı da...
...Könlümdən Ona məhəbbətdən don biçirəm. O, dünyanın ən öncül, ən peşəkar koordioloqu kimi QƏLB XƏSTƏSİ olanlara ürəyinin işığını verib.

Napoleon

Misirdən Hindistana səfər zamanı general Juno yolda Napoleonun qulağına pıçıldayır ki, arvadı Jozefina ona xəyanət edir. Bu söz Napoleona pis təsir edir, ruhdan düşür. Sərkərdə Sen-Jan d`Akr qalasının mühasirəsini və Hindistana yürüşünü lazımi dərəcədə təşkil edə bilmir.

Müharibədə QALİBLƏRİN yarası tez sağalır

Yaşadığımız XX əsrin sonu və XXI əsrin əvvəli, Birinci Qarabağ müharibəsi və ondan sonra Atəşkəs dövründə onlarla, yüzlərlə Azərbaycan əsgəri yaralanıb, şəhid olub. Müqayisə etsək görərik ki, 2016-cı il APREL DÖYÜŞLƏRİNDƏN sonra demək olar ki, bütün yaralılar tez sağalıb. İnsanın imkanları onun emosional vəziyyətindən çox asılıdır.
Tibbi Klinik Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova APREL DÖYÜŞLƏRİNDƏN əvvəl və sonra dəfələrlə əsgərlərimizin ziyarətinə getmiş, onlarla həmsöhbət olmuş və səhiyyə işçilərinin salamlarını çatdırmışdır.

Sözlə dərdə əlac etmək olar

APREL DÖYÜŞLƏRİ zamanı Ali Baş Komandan və Birinci Vitse-Prezidentin bilavasitə qaynar bölgəsində olması (olmaları) Ordumuzun şəxsi heyətinin döyüş ruhunu, qələbə əzmini gücləndirdi. Qocaman səhiyyə xadimi Çərkəz həkim balneoloji proseduraların yüksək effektliyini təsdiq etdi. Sağalmağa inamın özü də işin yarısıdır.
NÜMUNƏ: 1992-ci ilin may ayı idi. Bir qrup qadın Hərbi Hospitalda olarkən döyüşlər zamanı hər iki ayağını itirən qusarlı, ləzgi balası başını balıncdan qaldırıb Əzizə anaya (M.Müşfiqin əmisi oğlu, şair Yunus Dağlının həyat yoldaşı, Şəhid Cavad İsmayılzadənin anası - N.A.) baxdı. Əzizə ananın gözlərinin yaşını silib dedi:

- Ana, ağlama! Sağalıb yenidən döyüşə gedəcəyəm. Mən əla snayperçiyəm. Qardaşım Cavadın qisasını alacağam.
APREL DÖYÜŞLƏRİNDƏ yaralanan onlarla döyüşçü ailəsi redaksiyamıza müraciət edib Baş Hərbi Klinik Hospitalın rəisi, polkovnik Tofiq Tağıyevdən razılıq etdilər: “Tofiq Tağıyev qəlbimizdə təkcə qayğıkeş rəis kimi qalmayıb. O, örnək həkim, sözün böyük mənasında alicənab insan kimi qalıb”.

Bir gün Napoleonun saray həkimi Larrey sərkərdə ilə söhbəti zamanı deyir: “Qaliblərin yarası tez sağalır”. Əhval-ruhiyyəsi yaxşı olan adamın xəstəliyi də tez keçir. Borodino vuruşmalarından sonra həmin Larrey sutka ərzində cərrah masasından ayrılmadan 150 operasiya edir (o zaman sarğı materialı və tiftik tapılmadığı üçün yaraları Smolensk arxivinin kağızları ilə sarıyırdılar). Çox sonralar cərrahlıq texnikası sahəsində Piroqov onu ötüb keçdi: o, bir döyüşdən sonra 150 deyil, gün yarım ərzində 600 operasiya etdi. Həqiqətən nəhəng işdir...
Azərbaycan Ordusunun dünya standartlarına cavab verən hərbi tibbi müəssisələri, ən müasir avadanlıqlarla təchiz və təmin olunub(lar). Ümumiyyətlə, Azərbaycan səhiyyəsi möhtərəm prezidentimizin nəzarətindədir. Bu baxımdan AZƏRBAYCAN PREZİDENTİ dəfələrlə deyib ki, döyüş hazırlığı fiziki hazırlıqdan keçir. Əliyevlər ailəsinin hər biri buna örnək nümunədir. Bizim ölkəmizin rəhbəri - bizim hər birimizin şərəfidir. Bizim hər birimiz Onunla qürur duyuruq. Ən çətin idman nümunələrini yerinə yetirən, nöqsansız, yaraşıqlı bədən quruluşuna bilavasitə bizim rəhbərimiz malikdir.

Mən bu BÖYÜK ŞƏXSİYYƏT barəsində xüsusi səmimiyyətlə təkcə onu qeyd edə bilərəm ki, qüsursuz bədən formasını gündəlik bədəni tərbiyə etməklə qazanmaq olar. Bu iradə, bu dərin zəka, parlaq düşüncə özəlliyi - kürəsəl (qloballaşan) dünyaya ÖRNƏKDİR. Biz sadə vətəndaşlar isə Onunla qürur duya bilərik!
Xatırladıram ki, böyük rus sərkərdəsi Aleksandr Vasilyeviç Suvorov doğulanda çox zəif və cılız uşaq olub. Özünü müntəzəm sürətdə mətinləşdirən və möhkəmləndirən Suvorov Ordusu ilə birlikdə Alp dağlarını aşdı. Ondan başqa Alp dağlarını yalnız Hannibal və Napoleon keçmişdi. Lakin onların hər ikisi cavan idi, generalissimusun (Suvorovun-N.A.) isə bu hünəri göstərən zaman yetmiş yaşı vardı. Həm də Alpda qarlı çovğun tüğyan edirdi. Onun Sen-Qotord aşırımından keçməsi, Şeytan körpüsü yaxınlığında Lekurb üzərində qələbə çalması, Nov yaxınlığında məşhur general Juberə qalib gəlməsi - Rusiya tarixinin şanlı qəhrəmanlıq səhifələridir. Generallardan Moro və Makdonaldın ordularını darmadağın edən Suvorov Milana və Turinə daxil olmuşdu. İsveçrədə o, mühasirəyə düşərək qeyri-bərabər döyüşə girişmiş, zəhmli Andre Massenadan yaxa qurtarıb, Panniks zirvəsini aşmaqla yeni təhlükəli yürüşdə olmuş və beləliklə də ordunu məhv olmaqdan xilas etmişdi.
Misilsiz yürüşlərə çıxa bilən 70 yaşlı Suvorov, təkcə ona görə yox ki, onda böyük sərkərdə istedadı vardı, həm də ona görə ki, o, həmişə öz səhhətini (bədənini) möhkəmləndirirdi. Çox vaxt o küləş üzərində yatır, buzu yarıb çayda çimməyi, gecənin yarısı yəhərlənməmiş ata sıçrayıb düşərgədə, özü də yağışlı havada çapmağı bacarırdı.
Açığı, görkəmli alim, akademik İsa Həbibbəyli zəkasının işığında da söz öz zahiri gücünü aydın göstərir. Bu mənada, biz ağsaqqal alimimizi elmin ən hündür dağlarına qalxarkən yorulmaz görürük.

EHTİRAM obyekti - İLHAM ƏLİYEV

Sağlam bədən hələ lap qədim zamanlardan pərəstiş, ehtiram obyekti olub. Fiziki məşğələlər, idman bir çox xalqlar arasında təşviq edilmişdir.
Qədim zamanda idmana gənc vətəndaşın və ya döyüşçünün tərbiyə vasitəsi kimi birinci dərəcəli əhəmiyyət verilirdi. Çılpaq atlet surəti heykəltəraşlıqda görkəmli yer tutduğu üçün hətta xüsusi bir anlayış - “QƏHRƏMANANƏ ÇILPAQLIQ” - məfhumu yaranmışdı. Qədim Yunanıstanda və Şərqdə qızlar Olimpiya oyunlarında iştirak etmədikləri üçün öz gözəl bədənlərini xalq bayramlarında rəqslər zamanı nümayiş etdirirdilər.
Mən bir qadın və Əsgər anası olaraq, Azərbaycanda keçirilən müxtəlif təmayüllü yarışlar zamanı idmançıları SALAMLAYAN ÖLKƏ RƏHBƏRİNİN və BİRİNCİ VİTSE-PREZİDENTİN (zərif, kubar) yaraşıqlı və mütənasib bədənlərinə baxanda valeh oluram. ÖRNƏK QOŞA QANADI - seyr etdiyimiz zaman bizim hər birimiz ONLAR kimi güclü, örnək cəsur və çevik olmağı arzu etmirikmi?
Fəal həyat rejimi olmadan insan uzun ömür sürə və əmək qabiliyyətini saxlaya bilməz.
Koordioloq Aygün Rzayevanın məsləhəti ilə sağalan N.Hacıyeva ona minnətdarlıq ifadə edir: “Həkimim dedi ki, qəbul etdiyimiz kalorilər sərf etdiyimiz enerjidən xeyli artıq olur. Artıq çəki isə yalnız fiquramızı deyil, damarlarımızı da korlayır”.
Çox yemək (həm də nə gəldi yemək), XXI əsrin xəstəliyidir.
N.Hacıyeva:
- Tibbi Klinik Mərkəzin Baş tibb bacısı İradə Həsənovanın məsləhəti ilə mümkün qədər çox tərəvəz (çiy halda), meyvə, giləmeyvə və meyvə şirəsi, qoz, bal, süd məhsullarından istifadə etdim. Mədə-bağırsağın qabaqcadan təmizləmək vacibliyini öyrəndim.
Daxili orqanların
təmizlənməsi...

Daxili orqanların təmizlənməsi istiqamətində zaman-zaman amerikalı həkim, ənənəvi təbabətin ustadı Boris Uvaydov, Zaqafqaziya üzrə ənənəvi təbabətin ustadı Fərasət İbadovla müsahibələr aparıb dövrü mətbuatda çap etdirmişəm.
Məhəmməd Yusif Şirvaninin “Tibbnamə” əsərini xüsusi məhbbətlə oxuyub mənimsəməyə çalışmışam. Azərbaycan Respublikası Səhiyyə naziri Oqtay Şirəliyev SÖZlə ruhumu oxşadığından Onu şeirlə mədh etmişəm. Akademik Semaşkonun adını daşımış 1 saylı Tibbi Klinik Mərkəzin baş həkimi Ədalət Dadaşovun həyata qaytardığı onlarla xəstələrlə təmasda olmuşam. Hippokrat andlı bu görkəmli səhiyyə xadimlərinin hər biri xəstələrinə həyat tərzini dəyişdirməyi və hərəkətin həyat olduğunu təlqin etdiklərinin şahidi olmuşam.
İbn Sinaya istinadən M.Y.Şirvani “Tibbnamə” əsərində hər bir xəstəliyin müalicə zamanını xüsusi vurğulayır. Yəni, hər müalicə üsulunu öz vaxtında, öz vədəsində edərlər. Məsələn, daxili orqanları ildə iki dəfə gənəgərçək yağı ilə təmizləyərlər. Əgər xəstənin qurdu olarsa, o zaman (iki gün ardıcıl) axşam yatmazdan qabaq 5 xörək qaşığı gənəgərçək yağını fincana töküb üstünə 7 xörək qaşığı konyak əlavə edir, çay qaşığı ilə qarışdırıb içirsən. Ürəyin bulanmasın deyə bir dilim limonu çeynəyib atırsan. Səhər düz bağırsağın boşalması nəticəsində daxildə olan nə varsa ... təmizlənir. Boşalma zamanı düz bağırsaq göynəyirsə, deməli bağırsaqlardan təmizlənən toksinlərin miqdarı xüsusilə çoxdur. Düz bağırsaq 2-3 dəfə tam boşalandan sonra, əvvəl ilıq su ilə (yuyulmalıdır), sonra yaxşı olar ki, zeytun çiçəyinin qaynadılmış məlhəmi ilə (düz və bir neçə damcı yod) yuyulsun. Bu zaman 20 metr uzunluğunda lentvari qurdlar sərxoş olub, bağırsaq divarından qopub sürüşə-sürüşə düz bağırsaqla xaric olurlar. Yuxarıda qeyd etdik ki, hər müalicənin öz vaxtı var.
Ağrıyan baş,
sağlamlığa açılan qapı...

Milli Mətbuatımızın banisi H.B.Zərdabi “Bədəni salamat saxlamaq düsturüləməli (gigiyena)” kitabında yazır: “Sağlamlığa açılan qapı gigiyenadan keçir”.
(Bax: H.B.Zərdabi “Bədəni salamat saxlamaq düsturüləməli (gigiyena)”, səh. 11)
“Hər kəs öz bədənini yaxşı saxlamağı öyrənib, qeyriləri naxoşluğa salmasın”.
(Bax: Yenə orada, səh. 13)
“Avropa əhli bədəni salamat saxlamaq şərtlərini xalqa məlum etməkdən ötrü kitabçalar yazıb, hər bir şərti vazeh (aydın) sözlər ilə çap etdirib payladılar ki, hər kəs öz bədənini yaxşı saxlamağı öyrənib, qeyriləri naxoşluğa salmasın”.
Sağlam bədən - sağlam düşüncə, sağlam sevgi, həyat deməkdir. XXI əsrin sağlam ruhlu, sağlam düşüncəli, Hippokrat ruhlu, İbn Sina ruhunun daşıyıcıları bizimlə eyni məmləkətdə, eyni şəhərdə yaşayır(lar). Dəfələrlə məni ölümlərin caynağından xilas edən ulusal siqlətli həkimlərimə minnətdarlıq duyğumu ifadə edirəm. ONLAR: Oqtay Şirəliyev, Ədalət Dadaşov, Məhəbbət İbrahimova, Cəmilə İsgəndərova, Aygün Rzayeva, (oğlumun həkimi) Nərgiz Əzizova, (qardaşımın həkimi) Lalə Tağızadə və xüsusilə səhiyyəmizin şəfqətli mələyi TKM-nin Baş tibb bacısı İradə xanım Həsənovaya Ulu Tanrıdan möhkəm cansağlığı, ailə xoşbəxtliyi və mənalı-məzmunlu həyat diləyirəm.
Silahlı Qüvvələrimizə, o cümlədən Ölkəmizə, Prezidentimizə, Ailəsinə əyri gözlə baxanları lənətləyirəm.
VAR OLSUN ALİ BAŞ KOMANDAN!
VAR OLSUN SAĞLAMLIĞIMIZIN KEŞİYİNDƏ DAYANAN ŞƏFQƏTLİ SƏHİYYƏ XADİMLƏRİ!

Natella Asena,
AYB və AJB-nin üzvü, Müdafiə Nazirliyinin elan etdiyi “Hərbi Vətənpərvərlik və əsgər mənəviyyatı” nominasiyasının BİRİNCİ
mükafatının sahibi, “Qızıl Qələm” mükafatı laureatı.

XƏBƏR LENTİ