Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

“Mən də torpağıma yetişə bilmirəm”

Tarix:3-04-2019, 04:52 Baxış Sayı:70

“Mən də torpağıma yetişə bilmirəm”

“Azərnəşr”in baş redaktoru, gözəl ziyalı və keçmiş millət vəkili Əlövsət Ağalarova...

...İyirmi altıncı apreldir ki, bizi Kəlbəcərdən ayırır. Çox gözlədik, Əlövsət müəllim! O cənnət torpağın, mərd insanların yaşadığı və uyuduğu Kəlbəcərin azad olunacağı günü böyük ümidlə, həyəcanla gözlədik. Erməni daşnaklarına qarşı qəhrəmancasına vuruşan və şəhid olan qardaşın Mahirə həsr etdiyin yazıda deyirsən: ...“Sən yaxşı ki, biz olmadın, Mahir oldun, sözün hər iki mənasında – məcazi və həqiqi mənasında Mahir oldun!” İçindən gələn bu ağrı mənim də damarlarıma işlədi, ürəyimi parça-parça etdi. Hə, Mahir olmadıq, Əlövsət müəllim. O, indi Şəhidlər Xiyabanında bizdən olmayanların arasında uyuyur, ruhu göylərdədir. Allah qarşısında alnı açıq, üzü ağdır. Çünki ən yüksək məqamda – Şəhidlik zirvəsindədir. Bizlər o məqamdan çox cılız görünürük. Kəlbəcər, Laçın, Qubadlı, Ağdam və digər erməni dığalarının ayaqları altında inləyən torpaqlarımız da sanki bizdən küsüb. Elə şəhid ruhları da acizliyimizdən və mağmınlığımızdan incikdirlər. Bizlərinsə başı qarışıqdır. Sosial şəbəkələrdə çılpaq bədənlə rəqs edənlərin, üzümüzə “kazbek” tüstüsü üfürənlərin, harın məmurların yağlı sifətlərindəki ikrah doğuran təbəssümlərin içində boğuluruq. Qeyrətdən, namusdan dəm vura-vura gündən-günə kiçilirik. Lap qulağımızın dibində məğlub olduğumuz ermənilər dədə-babalarımızın qəbirləri üstə istirahət mərkəzləri tikirlər. Alçaq və cəllad qonşularımız bizlərə həqarət edirlər. Utanmırıq, heç nədən utanmırıq. Azərbaycanımız uğrunda canlarını qurban verən şəhidlərimizin qanının axdığı torpaqda yadellilərin toy-büsatına yalnız köks ötürüb baxmaqla kifayətlənirik. Məncə, Mahir və onun kimi düşmən gülləsinə tuş gələn igidlərimizin ruhu da Kəlbəcərimiz , Laçınımız və digər torpaqlarımız kimi azad deyil. O ruhlar həmin torpaqların üstündən çəkilməyəcək. O vaxta qədər ki, alçaq düşmənimizi məhv edib oralara dönməyəcəyik. Lakin nə qədər gözləyəcəyik? Bax bunu bilmirəm, Əlövsət müəllim. Qorxuram ki, o yerlərdən əbədi ayrılaq... Amma millətimin əsgərinə də inanıram. Minlərlə şəhid verən xalqımın səbr kasası bir gün daşacaq. Həmin gün şəhid ruhları da üsyan edərək qalxanımıza çevriləcək.
Yadıma acı bir xatirə düşdü. Kəlbəcər işğal olunandan sonra buradan didərgin düşmüş insanların bir qismi mənim xahişimlə Xaçmaza göndərildilər. Avtobuslar Nabrana gecə yarısı çatdı. Sifətlərindən qəm-qüssə və kədər yağan kəlbəcərliləri turist bazalarının birində düşürdük. Yaşlı bir nənə məni qırağa çəkib dedi: “Öldür məni bala, öldür. Allaha and verirəm,öldür. Daha yaşamaq istəmirəm”. Ona heç nə deyə bilmədim. İçim ağrıdı, göynədi. İllər keçsə də o nənəni unuda bilmirəm. Kəlbəcərin ağrı-acısını, dərdini ürəyində Xaçmaza gətirən o qadının yalvarışla dediyi sözlər yadımdan çıxmır. Sonralar Laçın və Kəlbəcərdən olan məcburi köçkünlərin bir ailə üzvünə çevrildim. Mən bu insanların mərdliyinə və dəyanətinə heyran qaldım. Onlara bacardığım qədər kömək etdim. Vəzifədən azad olunduğum gün yalnız onlara baş çəkdim. Dedilər ki, prezident aparatına gedib işdə qalmağımı xahiş edəcəklər. Təbii ki, razılaşmadım. Onlardan gecə yarısı ayrıldım, tutduğum vəzifədə sonuncu iş günüm idi. Sanki ən yaxınlarımdan, əzizlərimdən birdəfəlik ayrılırdım. Lakin bundan sonra da bir neçə dəfə onlara baş çəkdim. Bir gün mənə dedilər ki, məcburi köçkünlərdən birinin oğlan uşağı dünyaya gəlib, Laçından idilər. Adını Müqəddəs qoydular. İndi onu axtarıram. Utana-utana, üz qaralığı ilə. Çünki demişdim ki, Müqəddəs öz torpağında böyüyəcək. Olmadı, təəssüf ki, olmadı.
Yazılası dərd-sər çoxdur, Əlövsət müəllim. Bir maraqlı xatirəni də danışmaq istəyirəm. Kəlbəcərdən və Laçından olan məcburi köçkünlər belə qərara gəlmişdilər ki, bu rayonlar azad edildikdən sonra hər birindən mənə on sot torpaq ayırsınlar. İnanın mənə, vəzifədə işlədiyim müddətdə doğma rayonumun bir santimetr torpağında belə gözüm olmadı. Amma o torpaqları istəyirdim. Gözüm oralarda qalıb. Mən də torpağıma yetişə bilmirəm, Əlövsət müəllim!
Qubada yaxın ünsiyyətdə olduğum bir şəxs yaşayır. Əslən Qubadlıdandır. Gözəl insan, sözü üzə mərd-mərdanə deyən, uzun illər prokurorluq sistemində işləmiş, bu mahalda böyük hörmət qazanmış Mikayıl Qibləgahlı el-obasından bəhs edən gözəl kitab yazıb. Bütün içi ilə, acı kədərlə düşmən tapdağında olan sinəsidağlı Qubadlının daş-kəsəyindən, ulularından, ziyalılarından, igid oğullarından söhbət açıb. Mikayıl müəllimin də üzü gülmür. Qubadlı dərdi onu yandırıb yaxır. Qələmə aldığı kitabdakı “Qalx ayağa, Qubadlı” şerində hamımızı intiqama və qisasa çağırır. Bu şer təkcə

Qubadlı deyil, bir Qarabağ harayıdır.
Bərgüşad, Həkəri çağlayıb keçdi,
Analar, bacılar ağlayıb keçdi,
Bu nisgil sinəmi dağlayıb keçdi,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı.
At oynatdıqca o yerə dığalar,
Nəbinin də ruhu ah çəkib ağlar,
Yenə şəhid olur ərən oğlullar,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı.
Qiblə dibi ümidim, qibləgahım,
Şah bağı, Arpa yeri seyrangahım,
Bürünüb matəmə, hər dərəm,dağım,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı.
Ağa çayı, de, ağalığın hanı,
Suyunu boyayıb şəhidin qanı,
Mən necə səsləyim,dartım cahanı,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı.
Dərdlərə dərman Sarılıq bulağı,
İçir suyundan o düşmən,o yağı,
Tapdaq altındadır Miri ocağı,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı.
Kürsüdən öyünüb vədə verənlər,
“Torpaq alınacaq” yalan deyənlər,
Ölsün qurtarsın gödən güdənlər,
Nə durmusan, qalx ayağa, Qubadlı,
Al qisası, keçir intiqam vaxtı.

Müqəddəs Mehdiyev

XƏBƏR LENTİ