Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

“Qafqazın qəhrəman oğlu Hacı Muradın qalıqlarının oğurlanaraq ölkəmizdən aparılması əsl rüsvayçılıqdır” – Müqəddəs Mehdiyev

Tarix:13-06-2019, 09:50 Baxış Sayı:32

Günlər öncə Qafqazın qəhrəman oğlu, rus müstəmləkəçiliyinə qarşı mərdliklə döyüşən, Şeyx Şamilin naibi olmuş Hacı Muradın qalıqlarının Qax rayonunun Tanqut kəndindəki qəbrindən oğurlanaraq Dağıstana aparılması ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Onun sümüklərinin Dağıstanın Xunzax rayonunda, doğulduğu yerdə dəfn edilməsi çoxsaylı suallar yaradıb. “Şimal xəbərləri”nin əməkdaşı bu məsələ ilə bağlı Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyevin fikirlərini öyrənib. Müsahibimiz açıqlamasında belə bir olayın baş verməsinə görə ciddi narahatlıq keçirdiyini vurğulayıb. “Hacı Murad tarixi şəxsiyyətdir. Mən bu mərd insanın həyat yolu haqqında danışmaq istəmirəm. Lakin onun sümüklərinin qəbirdən çıxarılaraq Dağıstana aparılması, Rusiya Dövlət Dumasının deputatının da iştirakı ilə dəfn edilməsi sıradan bir hadisə deyil. Məni maraqlandıran məsələnin başqa tərəfidir. Necə olur ki, Hacı Muradın qəbri açılır və bundan Qax rayonunun polis şöbəsinin və dövlət təhlükəsizlik xidmətinin rəhbərliyi xəbər tutmur? Təbii ki, bu işi görənlər yerli adamlardan da istifadə ediblər. Bəs icra başçısı və çayxanada hakimiyyətə qarşı bir balaca səsini ucaldanı dərhal göz altına alan hüquq-mühafizə orqanlarının rəhbərləri doğrudanmı məsələdən bixəbərdirlər? Bu necə rayondur? Azərbaycan-Rusiya sərhəddindən beş-on manatlıq artıq mal keçirən sıravi vətəndaşı dərhal yaxalayan sərhədçilər və gömrükçülər nə əcəb “goreşənləri” görməyiblər? Nə üçün dövlət sərhəd xidmətinin və gömrük komitəsinin rəhbərləri heç nə olmayıbmış kimi susurlar? Bütün bunlar ciddi narahatlıq doğurur. Dövlət səviyyəsində heç bir qurum baş vermiş rüsvayçılıqla bağlı açıqlama vermir”.
M. Mehdiyev deyir ki, Hacı Muradın sümüklərinin oğurlanması çox ciddi təxribatdır. Bu məsələdə Rusiyanın Dağıstandakı xüsusi xidmət orqanlarının əlinin olması istisna edilmir. “Belə çıxır ki, qarşısına konkret təxribat planı həyata keçirmək məqsədi qoymuş istənilən qrup asanlıqla ərazimizə daxil olub çirkin niyyətini gerçəkləşdirə bilər. Məsələyə məhz bu prizmadan yanaşmaq və aidiyyatı qurumları ciddi cəzalandırmaq lazımdır”.
M. Mehdiyev maraqlı bir məqama da toxundu. Onun qənaətincə, Hacı Muradın sümükləri vaxtında qarşı tərəfə təhvil verilməli idi. “Hacı Murad sıradan bir adam olmayıb. Onun qəbri açıldıqdan sonra təntənəli mərasim təşkil olunmalı, qalıqları böyük hörmət və ehtiramla qonşu ölkəyə yola salınmalıydı. İctimaiyyət arasında belə bir söhbət də gəzir ki, Rusiyanın qəzəbindən qorxan bəzi rəsmilərimiz Hacı Muradın sümüklərinin “yoxa çıxmasında” maraqlıdırlar. Nə dərəcədə düzdür, deyə bilmərəm. Bir daha bildirirəm ki, hüquq-mühafizə orqanlarımızın, sərhəd və gömrük xidmətlərinin baş vermiş olaydan əvvəlcədən xəbardar olmamasına qətiyyən inanmıram.”

XƏBƏR LENTİ