Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

ƏLİSA NİCAT - Uşaq təfəkkürlü siyasətçi Zəlimxan

Tarix:1-07-2015, 04:18 Baxış Sayı:1 157

UŞAQ TƏFƏKKÜRLÜ SİYASƏTÇİ ZƏLİMXAN


ƏLİSA NİCAT - Uşaq təfəkkürlü siyasətçi Zəlimxan

ƏLİSA NİCAT

Köhnə qəzetləri vərəqləyərkən ölkə müxalifətinin beşinci dərəcəli siyasilərindən biri olan Zəlimxan Məmmədlinin 4 il əvvəl qəzetimizə verdiyi müsahibə gözümə sataşdı. Aydındır ki, müsahibəni oxumağa ehtiyac olmadı. Çünki adamı oxumağa məcbur edəcək heç nə yox idi. Amma sərlövhəsinə baxın: «Böyük siyasətdən getmək haqda düşünmürəm».

Pah atonnan! Doğrusu, əvvəl «əşi, belə şey ağlına gəlməsin, yoxsa millətin evini yıxarsan» - deyib bir xeyli güldüm.

İşə bax ha, bu adam sən demə, böyük siyasətlə məşğul olduğunu düşünür. Gözümün qabağına rayonlarda, kəndlərdə uşaqların qamışdan at düzəldib, ya da hardansa bir çarx tapıb onu maşın zənn edərək sürdükləri səhnələr gəldi. Belələri indi də var. Çünki uşaq ağlı, uşaq psixologiyası üçün bu, zəruri bir tələbatdır.

Yaxşı, bəs qırx neçə yaşlı adam ölkədə demək olar ki, heç bir siyasi nüfuzu, təsiri və şöhrəti olmaya-olmaya necə özünün böyük siyasətlə məşğul olduğunu düşünür? Eynilə qamışdan at sürən balaca uşaqlar kimi.

Bəlkə, biz səhv edirik? Bəlkə, bu adam hər həftə hansı bir səfirliyin dəvətiləsə gedib, onlarla ikilikdə oturub dünya siyasətini müzakirə edir?

Hörmətli Zəlimxan müəllim, bəlkə biz bilmirik, doğrudan səni BMT-nin sessiyalarında və ya Avropa parlamentində çıxış etməyə dəvət edirlər? Və bəlkə, sən heç bu dəvətlərə də etina etmirsən? Əgər belədirsə, daha nə demək olar.

ƏLİSA NİCAT - Uşaq təfəkkürlü siyasətçi Zəlimxan

Amma hamı bilir ki, belə şeylər sənin üçün çox-çox əlçatmazdır və ən kiçik səfirliklərdə belə, heç kim sənin kim olduğunu, ən əsası isə siyasətlə məşğul olduğunu bilmir. Bəs belə olduğu halda, sən necə bu cür təntənəli müsahibələr verirsən?

Doğrudur, bəzi müxalifət liderlərimizi keçmişlərdə səfirliklərə və ya xarici ölkələrdəki siyasi müşavirələrə dəvət edirdilər, Allaha şükür, indi onları da saya alan yoxdur. Belə olduğu halda, axı sən bir siyasətçi kimi gözə görünmədiyini, ölkə həyatında heç bir rol oynamadığını, müsahibələrində dediyin sözlərin, iddiaların özündən başqa heç kimə gərək olmadığını bilə-bilə necə bu cür yekə-yekə müsahibələr verirsən?

Bütün bunları düşünəndən sonra fikirləşdim ki, əşi, axı o da insandır, o da yaşamaq istəyir, onun da ailəsi, arvad-uşağı var. Bizneslə məşğul olmaq yəqin ki, əlindən gəlmir. Hərçənd ki, gürcüstanlı olduğu üçün bu, bir az təəccüblüdür. Bəs bu yazıq neyləsin? Axı birtəhər yaşamaq və ailəni dolandırmaq lazımdır, ya yox? Ona görə kişi orda-burda başını girləyib, hər yerdən 5-10 manat alıb birtəhər dolanır.

Danışmağı bacarır, qrammatik cəhətdən cümlələr qurur, kiçik yığıncaqlarda çıxış edə bilir və bu yolla da yaşayır. Bunu da etməsin, bəs neyləsin? Bir daha qeyd edək, fəhləlik yoxdur, tikintilərdə işləməyi də özünə sığışdırmır, həm də artıq gecdir, eləcə də alverlə də məşğul olmağa utanır.

Amma Gürcüstanda olmasa da, Bakıda soydaşları arasında yekdillik var, bir-birlərinə əl tuturlar, bu yaxşıdır.

Deyə bilərsiz ki, bəs niyə vətəninə gedib orada partiya yaratmır? Hüquqları pozulan həmyerlilərinin qayğısına qalmır? Hamısı gəlib Bakıda siyasət və bizneslə məşğuldurlar. Qəribədir ki, “Borçalı” Cəmiyyətini Gürcüstanda yaratmaq əvəzinə burada yaradırlar. Guya, Borçalı Gürcüstanda deyil, Azərbaycandadır. Orada siyasi və biznes aləmində heç bir rol oynamayan və buna cürət etməyən bu adamlar Bakıda 1 metr uzunluğunda dilləri var və meydan da sulayırlar.

Belələrinin biri də qonşuluğumuzda təmtəraqlı bir ev tikib. Amma özü görünür, şəhərin başqa bir yerində tikdirdiyi villada yaşayır, ildə bir dəfə də bu gözəl binaya və həyətə gəlmir və bu qədər qaçqınlar, köçkünlər it günündə yaşadıqları halda, belə gözəl bina da boş-boşuna qalıb tökülür.

Doğrudan, nə yaxşı ki, bu müxalifət qəzetləri var. Allah onları çap edənlərə və etdirənlərə uzun ömür versin. Bunlar olmasaydı, bu zəlimxanlar görəsən, neylərdilər? Onda yəqin ki, onları heç bir partiya öz sıralarına qəbul etməzdi. İndi necə olsa, müsahibələr verir və üzvü olduğu partiyalarda öz varlığına haqq qazandırır.

Görəsən, ölkədə həqiqi demokratiya olsaydı, müxalifətə siyasi fəaliyyətdə yer verilsəydi, onda zəlimxan məmmədlilər doğrudan da böyük mitinqlərdə, meydanlarda çıxıb böyük siyasətlə məşğul olduqlarını sübut edə bilərdilərmi? Yəqin ki, yox. Çünki bu tayfa açıq mübarizəyə girməkdən çəkinir, ehtiyatla davranır və çörəyini çıxartmağı bacarır.

XƏBƏR LENTİ