DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bakunews.az-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin intensiv olduğu küçə və prospektlərdə aparılan yoxlama-nəzarət tədbirləri zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilələr edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən və digər qayda pozuntularına yol verənlər aşkarlanıb.
Qanunvericiliyin tələbləri izah olunmaqla hər biri barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb. Nəzarət tədbirləri çərçivəsində həmçinin, sərnişinlərin təhlükəsizliyi və mənzil başına rahat çatmasını təmin etmək məqsədilə taksi və marşrutlarda aşkarlanan neqativ hallarla bağlı da inzibati xəta haqqında protokollar tərtib edilib.