Anons

Dünən, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

10-08-2017, 01:19 - Nazir qardaşının şirkətləri vsitəsi ilə 5.250.000 manat mənimsəyib - İDDİA

8-08-2017, 02:01 - Zaqatala RMX Leyla Seyidəliyeva sindromu davam edir... - YENİ MƏLUMATLAR

7-08-2017, 01:40 - Bakıda pul qazanmaq üçün solfet satan qızı polis şəhər mərkəzində sürüyüb - VİDEO

2-08-2017, 09:42 - Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 135 dəfə pozub

2-08-2017, 00:30 - 'KÖLGƏ' serialına aktyor, aktrisa yığımı davam edir

1-08-2017, 00:19 - Bu vəzifədə çalışmaq istəyənlər üçün sənəd qəbulu elan edildi

29-07-2017, 02:58 - AAAF Parkda yerləşən ZİRVƏ uşaq baxçası təhlükə mənbəyidir... - ANALİZ

29-07-2017, 00:45 - Göyçayda Dövlət əmlakının oğurluq yolu ilə satılmasına göz yumulur...? - FOTOLAR

27-07-2017, 13:55 - İmişli DSMF-nin müdiri İntiqam Əliyevlə bağlı şikayətlər Səlim Müslümovdan gizlədilirmi?

26-07-2017, 03:01 - Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – VİDEO

24-07-2017, 16:23 - Səbail icra hakimiyyətinin saldığı parkda ağacları kəsib, kafe salırlar - ETİRAZ

24-07-2017, 15:31 - “Güzəştli mənzil” əldə etmək istəyənlərə ŞAD XƏBƏR

21-07-2017, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

21-07-2017, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

20-07-2017, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

20-07-2017, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

Biri 15 manata... limon!

Tarix:10-01-2017, 01:56 Baxış Sayı:157

"Azərbaycanın incisi" adlandırılan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu özünün dadlı meyvələri ilə də şöhrət qazanıb. Həmin meyvələr arasında xüsusi fərqlənən Ordubad limonu insanları dadı, tamı və xoş ətri ilə cəlb edir.

Biri 15 manata... limon!

BakuNews.AZ AZƏRTAC-a istinadən bildirir ki, onu fərqləndirən əsas cəhətlərdən biri də tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. El arasında deyirlər ki, buna səbəb Naxçıvan torpağının faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığı, təmizliyidir. Ona görə də Ordubad limonunun bir ədədi 5, bəzən isə hətta 15 manata satılır. Qədim zamanlardan əhali arasında belə bir fikir də var ki, limonu onu becərəndən başqası dərsə, ağac küsür, bar vermir.

Müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Çünki Naxçıvanın iqlimi bu meyvənin açıq hava şəraitində yetişdirilməsinə tam imkan vermir. Buna baxmayaraq, rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib.

Limonçuluqla məşğul olan ordubadlılar qeyd edirlər ki, yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək mümkündür. Bu şərtlə ki, gərək aqrotexniki tədbirləri vaxtında həyata keçirəsən. Yəni, yaxşı məhsul götürmək üçün ağacı vaxtı-vaxtında budamaq lazımdır. Limon ağacında əsasən aşağı budaqlarda meyvə olur. Ona görə də yuxarı budaqları vaxtında budamaq məhsuldarlığı artırır. Bundan başqa, istixanada temperaturu düzgün tənzimləmək də çox əhəmiyyətlidir. Xüsusilə də axşam saatlarında buna ciddi diqqət yetirilməlidir. Bu vaxtlar temperatur 15-18 dərəcə olmalıdır.

Ordubad limonunun vaxtlı-vaxtında suvarılması da məhsuldarlıqda öz rolunu oynayır. Belə ki, yay aylarından fərqli olaraq, qış aylarında bu bitki çox su istəmir. Həftədə bir dəfə suvarmaq kifayətdir. Əgər düzgün qulluq edilərsə, ağacdan il boyu meyvə götürmək olar. Limon ağacı, əsasən, ilin bütün fəsillərində çiçəkləyir. Bir ağacda həm göy limon, həm də yetişmiş limon görmək mümkündür.

Qeyd edək ki, bu gün "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"nın uğurla icrası və "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər bu sahədə uğurların əldə edilməsinə şərait yaradır. Buna görə də bu gün Ordubad şəhərində, Aza, Vənənd, Aşağı Əndəmic kəndlərində və digər yaşayış məntəqələrində bu sahə ilə məşğul olanların sayı ötən illərdə daha da artıb. Təbii ki, bu, məhsul istehsalının artımına müsbət təsirini göstərib. İstehsal olunan məhsul paytaxt Bakı şəhərində də özünə xeyli alıcı toplayıb.

XƏBƏR LENTİ