Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Bakıda 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

Tarix:5-10-2017, 13:50 Baxış Sayı:62

Bakıda 11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil "Education 2017" sərgisi keçiriləcək. Sərgi "İnsan kapitalı sərvətimizdir" devizi altında təşkil ediləcək.

Milli.Az xəbər verir ki, sərgi dünyanın 24 ölkəsindən 144 iştirakçını bir araya gətirərək 90-dan çox müxtəlif fakültələri təqdim edir. Sərgidə Təhsil Nazirliyi tərəfindən son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Hər il sərgidə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi ötən illərdən fərqli olaraq bu il stendləri daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına "SABAH qrupları", "Azərbaycan üçün öyrət", "Bir" Tələbə-Könüllü Proqramı", "Maarifçi" Tələbə Kredit Fondu", "Sağlam təhsil ̶ sağlam millət", "Məktəblinin dostu", "Modul tipli məktəblər", "Olimpiadalara hazırlıq mərkəzi", "Təhsildə informasiya və kommunikasiya texnologiyaları", "Məktəbəhazırlıq", "Kitabxana", "Təhsil" Respublika İdman Mərkəzi", "İçərişəhər ənənəvi incəsənət mərkəzi", "Peşə Təhsili üzrə Dövlət Agentliyi" və "Uşaq-Gənclər İnkişaf Mərkəzi" stendləri təqdim ediləcək.

Sərgidə Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş birləşmiş stendində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransız-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dillər Universitetinin stendləri yer alacaq. Sərgidə maraqlı bir sahə lektoriy zalı olacaq. Burada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq.

Sərgidə Milli Aviasiya Akademiyası və bu ilin debütantı olan Qərb Universiteti öz stendləri ilə təqdim olunacaqlar. Ümumilikdə, Azərbaycanın 17 ali təhsil müəssisələri sərgidə iştirak edir. Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və "Azərbaycan üçün öyrət" proqramının həyata keçirilməsinə dəstək göstərən "Kapital Bank"dır. "Kapital Bank"ın stendində bankın xidmətləri və proqramları ilə ətraflı tanış olmaq imkan olacaq.

"Education" sərgisinin "Xaricdə təhsil" sektorun çərçivəsində ABŞ, BƏƏ, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya Türkiyə, Ukrayna və digər ölkələr universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edəcəklər. Sərgidə Polşa ("Ready study go! Poland") və Litva ("Study in Lithuania") milli qrupları da iştirak edir. Yerli "CELT Colleges" şirkəti sərgidə xaricdə təhsil proqramı ilə çıxış edəcək. Məktəbəqədər sektorunda Beynəlxalq Sabis Sun Məktəbi iştirak edir. Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən və ali təhsil və sosial interqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş "Gələcəyini Qur!" Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edəcək.

"Caspian Event Organisers" ("CEO") şirkətinin körpələr üçün nəzərdə tutulmuş Uşaq zonası üzrə daimi tərəfdaşı "Aqil və Bilgi" şirkəti öz stendində "Edutainment.az" portalı tərəfindən təşkil edilmiş "Uşaq Universiteti"ni təqdim edəcək. "Uşaq Universiteti" uşaqların elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrində özlərini müxtəlif məşğuliyyətlərlə sınayaraq elmdə heyrətamiz kəşflər edə biləcəkləri "Özün et" zonasını yaradacaq. Bütün hərəkətlər evdə asanlıqla təkrarlana biləcək ideyalara əsaslanır və uşaqları oxumağa və öz maraq dairələrini artırmağa təşviq etmək üçün nəzərdə tutulub.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunur. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar.

Təhsil müəssisələrinin yeni və texnoloji baxımdan qabaqcıl avadanlıqlarla təchiz olunması daim gündəmdə olan məsələdir və sərgi bu avadanlıqların təchizatçı və istehsalçıları ilə tanış olmaq, eləcə də onlarla əlaqə yaratmaq üçün əla imkan yaradır. Sərgidə "Lucas-Nuelle GmbH", NTP Centr (Belarus) və "LAIN SRL" (İtaliya) şirkətləri tərəfindən "Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri" sektoru çərçivəsində laboratoriya avadanlıqları, təhsil müəssisələri üçün proqram təminatı nümayiş olunur.

Bu il "Təhsil" sərgisi "B2B" formatlı görüşləri ehtiva edən geniş işgüzar proqramı ilə fərqlənəcək. "B2B" görüşlər yerli təhsil müəssisələri və sərgi iştirakçıları - xarici universitetlər arasında keçiriləcəkdir. Həmçinin, işgüzar proqram çərçivəsində "Mənim gələcək peşəm və ona gedən yol", "Özəl məktəb və Universitetlərdə Sağlam Təhsil pedaqogikası", "Sağlam Təhsil müəllimləri üçün Ebru" və "Avropa Birliyində təhsil almaq üçün viza sənədlərinin təqdim edilməsi və Aİ-nin Visa Məcəlləsinin Xüsusiyyətləri" adlı mövzular müzakirə olunacaq.

Beləliklə, sərgidə təhsil müəssisələrinin təmsilçiləri ilə canlı ünsiyyət, stendlərdə müxtəlif peşələrin təqdimatı və məzunların uğur tarixçələri məktəblilər, abituriyentlər və onların valideynlərinə peşəkar seçim baxımından dəyərli köməklik göstərir. Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq. Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni rəsmi saytdan http://eduexpo.az/az-register/ əldə edə bilərsiniz.

XƏBƏR LENTİ