Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Müsəlman şərqinin ilk operası olan "Leyli və Məcnun"un səhnəyə qoyulmasından 110 il ötür

Tarix:12-01-2018, 11:24 Baxış Sayı:34

Müsəlman şərqinin ilk operası olan "Leyli və Məcnun"un səhnəyə qoyulmasından 110 il ötür

Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasından 110 il ötür.

Müsəlman şərqində ilk opera sayılan "Leyli və Məcnun" 1907-ci ildə yazılıb, 1908-ci il yanvarın 12-də Tağıyev Teatrında tamaşaya qoyulub.

Opera M.Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. O, poemanın əsas ideya məzmununu, şerlərini olduğu kimi saxlayıb, eyni zamanda orta əsr Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq verib. Beləliklə Ü.Hacıbəyov keçmişin obrazları vasitəsilə yaşadığı dövrün gərgin inkişafı ilə seçilən demokratik proseslərini açıb göstərib.

Muğam operası

"Leyli və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranan yeni opera janrının - "Muğam operası"nın ilk nümunəsidir. Muğamlar operanın əsas musiqi materialı olaraq ənənəvi opera formalarını- ariya, ariozo, reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz edib. Qəhrəmanların obrazlarının açılmasında, bütövlükdə musiqi dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. Operanın bir çox bitkin səhnələri muğam üstündə qurulub. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin müşayiətilə oxuyurlar.

"Leyli və Məcnun"un musiqisi Üzeyir bəy Hacıbəyovun yeni bəstəkarlıq üslubu yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator meyilləri üçün başlanğıс, əsas mənbə olub.

Tamaşanın kişi Leylisi

"Leyli və Məcnun"un ilk tamaşasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.

İyirminci əsrin əvvəllərində müsəlman qadınlarının səhnəyə çıxmasına yol verilmədiyinə görə, teatrda qadın rollarını kişilər ifa edirdi. Beləlikdə tamaşanın ilk Leylisi məlahətli səsə malik olan Əbdürrəhman Fərəcov adlı gəncə tapşırılır. Üzeyir bəy Hacıbəyov çayxanada olarkən təsadüfən çayçı şagirdinin xoş zümzüməsini eşidərək səsinə valeh olur. Leyli rolunu yaratmaq üçün qadın tapılmadığından xəyalına məhz Əbdürrəhman Fərəcov gəlir. Həm səsinin məlahətini, həm də incəliyini nəzərə alıb onu inandırır ki, Leyli obrazını yarada bilər. Lakin Ə.Fərəcov ikinci tamaşa zamanı Leyli rolunu oynamaqdan imtina edir.

Məcnun rolunun ilk ifaçısı isə görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski olub.

Rejissorlardan S.Dadaşov (1935, 1958), M. Məmmədov (1955, 1976), F. Səfərov (1994) operanın yeni quruluşunu veriblər./"Report"/

Müsəlman şərqinin ilk operası olan "Leyli və Məcnun"un səhnəyə qoyulmasından 110 il ötür

XƏBƏR LENTİ