Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

Xalq artisti: “Doğmalarıma bu sənətini seçməyi məsləhət görmürəm”

Tarix:7-06-2019, 15:30 Baxış Sayı:46

Xalq artisti: “Doğmalarıma bu sənətini seçməyi məsləhət görmürəm”

Bakunews.az Xalq artisti Valeh Kərimovun APA-ya müsahibəsini təqdim edir.
– Sumqayıt teatrındakı 45 il fəaliyyət göstərdikdən sonra təqaüdə çıxdınız. Amma deyəsən, əbəs yerə demirlər ki, yaradıcı şəxslər üçün istirahət olmur. Bu gün Mingəçevirdə Dövlət Dram Teatrında rejissorluq fəaliyyəti ilə məşğul olursunuz. Bu şəhərə sizi bağlayan nədir?

– Mən bundan öncə də digər bölgə teatrlarında bir sıra mədəni xidmətlər göstərmişəm. Fizuli, Ağdam, Dərbənd teatrları ilə bağlı unudulmaz xatirələrim var. Mingəçevirə gəlişimə gəlincə, bu, 2016-cı ilə təsadüf edib. Mədəniyyət Nazirliyi istəyimi nəzərə alaraq Mingəçevir Dövlət Dram Teatrında rejissor qismində bir tamaşa səhnələşdirməyim barədə qərar verdi. Bu, İsi Məlikzadənin “Gəl qohum olaq” əsəri idi. Həmin əsərdə quruluşçu rejissor olmaqla yanaşı, həm də aktyor kimi Ədalət obrazını canlandırmışam. Məncə hər şey nəzərdə tutduğumuz kimi uğurlu alındı. Daha sonra fəaliyyətimizin müsbət çalarları nəzər alınaraq, bir başqa tamaşaya da səhnə həyatı verilməsi üçün mənə etimad göstərildi. Hazırda yenidən Mingəçevirdəyəm. İki həftədir Rəşad Nuri Güntəkinin “Hülləçi” komediyasına quruluş verirəm.

– Bir çox bölgələrdə çalışdığınızı dediniz. Hansı fərqli cəhətləri müşahidə edə bilmisiniz?

– Teatr mədəniyyəti, aktyor potensialı bütün bölgələrdə, demək olar, yaxşı mənada eynidir. Amma etiraf edim ki, teatra tamaşaçı marağı Mingəçevirdə daha böyükdür. Məsələn, biz ötən tamaşa zamanı günlərlə seanslar verirdik. Digər tərəfdən, o gündən üzü bəri küçədə, teatrda, vaxtaşırı dolaşdığım Kür çayı sahilindəki bulvarda insanların hədsiz marağını, sənətimə olan məhəbbətini duyuram. Həqiqətən çox həssas, duyğulu insanlardır Mingəçevir sakinləri.

– Bir diqqət çəkən məqam da odur ki, heç kəs yolda-izdə, hətta çalışdığınız kollektivdə sizin adınızı anarkən Valeh Kərimov ifadəsini işlətmir. Hamı “Moşu Göyəzənlidir”, “Moşunun əsəridir”, “Moşunun uğurudur” deyir. Adınızın yalnız Moşu kimi tələffüz olunması sizi incitmir ki ?

– Az müddət deyil. İlk dəfə 1986-cı ildə teatrda Moşu Göyəzənli obrazını yaratmışam, 1991-ci ildə isə kinofilmdə eyni rolu ifa etmişəm. Başa düşürəm, tamaşaçı zövqünü oxşayan film obrazı yarada bilmişəm və bu müraciət forması yaradıcılığıma olan sevgidən qaynaqlanır. Etiraf edim ki, hər kəsin davamlı Moşu deməsi məni incitmir, amma çox istərdim ki, öz adımla da müraciət olunsun, görüm ki, adımı da bilirlər.

– Moşu Göyəzənli obrazı ilə həqiqətən ürəkləri fəth etmisiniz. Bununla belə, çoxları hesab edir ki, sizin komediya kinoaktyoru kimi potensialınız daha böyükdür. Nədən o zaman istedadlı aktyor Valeh Kərimova “Bəxt üzüyü”ndən sonra elə bir ciddi təklif gəlmədi?

– Nə bilim, vallah. Nə adımı çəkən, nə də hər hansı filmə dəvət edən rejissor, ya film rəhbəri olmayıb. Bu onların öz işidir, gedib kiməsə bundan ötrü xahiş edəsi deyiləm ki.

– Sizin kimi peşəkar aktyora belə bir laqeyd münasibət nədən qaynaqlanır?

– Bilmirəm. Ümumiyyətlə, kimlərləsə xüsusi münasibət qurmuş, yaxud qurmağa meylli olan biri deyiləm ki, nə vaxtsa da hansısa xahişlə onlara üz tutum. Başımı aşağı salıb daim öz işlərimlə məşğul olmağı xoşlayıram. Teatr aktyoruyam. Teatr mənim həyatımın mənasıdır. Kinoya ikinci dərəcəli məsələ kimi baxıram. Yəni kinodan ötrü ürəyi gedən, “kinodan ötrü ölərəm” deyən biri deyiləm. Dəvət etsələr, gedərəm, amma məhz bundan ötrü gözüm yolda qalmayıb. Bəziləri düşünür ki, bu, artıq Moşu kimi tanınır və hansı filmə dəvət etsək, orda bir yenilik olmayacaq, hamı onu yenə də Moşu kimi qəbul edəcək. Bəlkə də hansısa filmə dəvət almamağımın bir səbəbi də budur.

– Teatrdakı aktyorluq işinizi bu gün rejissorluq fəaliyyəti ilə paralel davam etdirirsiniz. Bəs nə vaxtsa özünüz də hansısa filmə rejissorluq etmək istərdinizmi?

– Xeyr, belə bir istəyim yoxdur. Amma bir sıra təcrübəli rejissorlar var ki, onların quruluş verdiyi tamaşalarda aktyor kimi rol almaq istərdim. Məsələn, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhrəm Osmanov var. Yeri gəlmişkən, deyim ki, o da Mingəçevirlə bağlı olan bir sənət adamıdır. Məndən sonra onun da bu şəhərin teatrında tamaşa hazırlaması nəzərdə tutulub. Bax, hesab edirəm ki, bu rejissor həqiqətən də diqqətə layiq olan mütəxəssislərdən biridir. O, mənə maraqlı gəlir və həvəslə bu rejissorla teatrda çalışardım.

– Valeh müəllim, teatrda, qismən isə kino sənətində böyük uğurlarınız var. Doğmalarınızdan hansısa birinə teatr sənətini seçməyi məsləhət bilərdinizmi?

– Yox, qətiyyən. İndiki dövrdə isə heç məsləhət bilməzdim. Qoy gedib ayrı işlərlə məşğul olsunlar.

XƏBƏR LENTİ