Anons

Bu gün, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

Bu gün, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

10-03-2017, 00:17 - 40 yaşından sonra tələbə olan indiki icra başçıları -

8-03-2017, 15:25 - Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən…

2-03-2017, 17:49 - Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

2-03-2017, 15:58 - Polis özbaşınalığı: Serjant eks naziri maşından düşürdü – VİDEO

2-03-2017, 14:59 - TƏRTƏR TƏHSİLİNDƏN BakuNews.az-a YENİ TƏHDİD - SURXAY MİRZƏYEV NƏYƏ NAİL OLMAĞA ÇALIŞIR

1-03-2017, 14:26 - Həbsdəki məmurlar arasında qarşıdurma - “Qorxusundan pul ödəyib”

1-03-2017, 13:47 - Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi

28-02-2017, 16:53 - Mətbuat Şurası KİV-ə müraciət edib

Haqqımızda Əlaqə

“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -

Tarix:6-12-2016, 14:08 Baxış Sayı:186

“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -

Müğənni Nazəninin “Qafqazinfo”ya müsahibəsi

- Deyəsən nasazsız...

- Hə, bir az nasazam. Xəstələnmişəm, qrip olmuşam. Səsimdən hiss edirsiz. Min şükür ki, hər şey yaxşıdır.

- Gec də olsa, sizi təbrik edirik. Nənə olmusuz...

- Bu ili çox gözəl başa vurdum. Bir nəvəm oldu, adını Nazənin qoyduq. Onun sevincini yaşayıram, artıq 3 ayı tamam oldu. Orxan oğlumun isə 4 yaşı tamam oldu. Bu il onu da baxçaya qoyduq. Özümün isə 4 mahnım işıq üzü gördü. İstəmirdim ki, bu il ifa edim. Düşünürdüm ki, gələn ildən musiqilər səsləndirməyə start verərəm. Ancaq mən dayanmadan işlədim.

Özümü çox xoşbəxt hiss edirəm. Ona görə ki, nə mahnı oxuyuramsa, hamısı sevilir. Bu, hər müğənniyə nəsib olmur. Elə sənətçilər var ki, yüz mahnı oxuyur, ancaq dinləyicinin yadında qalmır, sevilmir. Özümü Allahın xoşbəxt bəndəsi hesab edə bilərəm.

- Nənə olmağın xüsusi məsuliyyəti olur. Özünüzə hansı çərçivələri qoyduz?

- Ümumiyyətlə, tək nənə olanda yox, valideynlərimi itirəndə böyüdüm. Bütün ailə üzərimə düşdü, bacı və bibi qayğıları mənə qaldı. Artıq o yükün daşıyıcısıyam. Bu səbəbdən məsuliyyətin nə olduğunu başa düşürəm.

- Toylarda sizin mahnılarınıza demək olar ki, hamı müraciət edir. Bu sizi qıcıqlandırmır?

- Hətta, mahnılarımın minuslarını səsyazma studiyalarından götürürlər. Çox insan mənə zəng vurub deyir ki, filan sənətçi sənin mahnını toyda oxudu, amma pis günə qoydu. Mən də deyirəm ki, işiniz olmasın, oxusun, mənim uğurumdur. Onlar oxuduqca mən də yadda qalacam. Hamı bilir ki, belə şeylərdən qıcıqlanmıram. Hətta, onlara deyirəm ki, gəl, sənə mahnının toy versiyasını da verim. Mahnıları iki cür yazdırıram. Biri toy, digəri isə efir üçün... Bu səbədən insanlara maraqlı gəlirəm.

- Elə bir neçə gün bundan əvvəl “Tufan qopacaq”ı təqdim etdiniz. Sözün əsl mənasında tufan qopacaq?

- Görəcəksiz, tufan qopacaq. Mən kinli bir qadın deyiləm, bir addım atana 20 addım atıram. Rəhmli insanam, bu xarakterimi özümə bağışlamıram. İnsanlara qarşı çox sadə və rəhmli oluram. Bu, mənim ən mənfi cəhətimdir. Başıma çoxlu problemlər açır, bu mənim daxilimdir, çarə yoxdur.

“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -


- Deyəsən, mərhəmətli olmağınız sizin başınıza bəla olub...

- O qədər olub ki... Görürəm ki, bəzi məsələlərdə mənim də günahım var. O zaman özüm addım atıram, üzrümü istəyirəm. Yaşın fərqi yoxdu, lap 5-ci sinifdə oxuyan uşaq olsun. Günahı yoxdursa, ondan üzr istəməyi özümə borc bilirəm. O zaman mərhəmətim işə düşmür ki, elədiyim yaxşılıqları danırlar. Nahaq olub, lakin özünü haqq kimi göstərənlərin mənim kitabımda yeri yoxdu. Onları bağışlamaram, Allah günahlarından keçsin. Elə insanlar həyatımda çox deyil. Bir və ya iki nəfər ola bilər. Bizim heç kəsə pisliyimiz keçməyib.

- Deyirlər ki, tərifi heç sevmirsiz. Səbəb nədir?

- Özümü tərifləməyi sevmirəm. Səbəbi yoxdur. İstəyirəm ki, insanlar doğru olanları desinlər. Məsələn, sorğu keçirin, tamaşaçıların mənim haqda fikirlərini öyrənin. Bundan əlavə xarakterimdən sizə danışım. İnsanlara tez inanıram. Yaxşılıq etməyi bacarıram, sonra vəfasızlıqlar görürəm. özümə söz verirəm ki, başqaları kimi qəddar olacam, yaxşılıq etməyəcəm, amma bacarmıram. Özümü daha dikbaş aparacam, amma alınmır. Yenə də həmin Nazənin oluram.

Çatışmayan cəhətim budur. Bu barədə həyat yoldaşım və uşaqlarımla danışıram. Biri kövrələndə mən də kövrəlirəm. Toyda bəylə gəlin zala daxil olur, qayınana ağlayır, mən də ağlamağa başlayıram. “Vağzalı” səslənəndə özümü viran edirəm. Gah gəlinin, gah da qayınananın yerinə özümü qoyuram. Duyğulu insanam, bunu özümdə bəyənmirəm. Övladım belə haqsız olsa, onu bağışlamaram. Yalanı və haqsızlığı sevmirəm. İnsanlara deyirəm ki, günahınız olsa belə mənə doğruları danışın. Doğru danışanın günahından keçərəm, dost olaram.

- Toy biznesində vəziyyət necədir?

-Elə insanlar var ki, çox imkansız olurlar. Məni toylarında görmək istəyirlər. Təmənnasız onların toylarında iştirak edirəm. Ancaq dəbdəbəli məkanlarda toy edənlərə güzəşt etmirəm. Təbii ki, toy yeri hər şeydən xəbər verir. Mən evə apardığım çörəyi halallıqla yemək istəyirəm. Hərdən toyda yerimdə otur bilmirəm. özümü valideynlərin yerinə qoyuram. Düşünürəm ki, mən oxuduğum mahnıdan razı qalardım, ya yox? Toyun həm tamadası, həm rəqqasəsi, həm də müğənnisi oluram. Mən bir dəqiqə toyda oturmuram.

- İllərdir ki, toylara gedirsiz. Yəqin ki, maraqlı məqamlarla rastlaşmısız. Yadınızda qalan ən maraqlı toy necə olub?

- Düşünüm, belə şeylər çox olur. Rəhmətlik İlhamə Quliyeva ilə bir məclisimiz var idi. Ən maraqlısı o idi. Zirəddinin oğlunun Rusiyada toyu idi. Nadir Qafarzadə, mən və İlhamə Quliyeva bir getmişdik. Biz oteldə yerləşdik, Tahirə Məmmədqızı ilə bir qalırdıq. İlhamə xanım ətirlərini otağa düzdü. Daha sonra səhər saat 8 idi, Tahirəyə dedim ki, yanına get, gör nəyə ehtiyacı var. Biz yeni yuxudan durmuşduq, halbuki, o yaşda xanım hamıdan qabaq hazırlanmışdı, makiyajı da yerində idi. Oteldən düşdük.

“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -


İlhamə xanım dedi ki, həyat yoldaşına denən bizə maşın təşkil eləsin. Mən də zəng vurub dedim, o da Moskvada yaşayan qohumlarına xəbər verdi. Otelin qarşısına xeyli mühafizə və kortej dayanmışdı. İlhamə xanım sevindi, özünə hörmət qoyan bir qadındır. Bayıra çıxanda hürkdü, 10 nəfərdən ibarət mühafizə və 5 maşın dayanmışdı. Mən də cavab verdim ki, siz buna layiqsiz. Ruslar belə təəccüblənmişdi.

Digər maraqlı toy isə Sankt-Peterburqda baş vermişdi. Eltonla birgə getmişdik. Ən maraqlısı odur ki, gəlinlə bəy helikopterlə restorana gəldilər. Azərbaycanlı bir oliqarx övladının toyu idi. Dedilər ki, tort gələcək. Yuxarı baxdım ki, çilçıraqların arasından tort aşağı düşməyə başladı. Bunun görüntülərini də yaymışdıq. Mənim üçün qeyri-adi bir toy idi.

Bundan əlavə, Moskvaya toya getmişdik. Gəncədə yaşayan Rövşən adlı müğənni ilə getmişdim. Yaxşı ifaçıdır, “Göygöl” ansamblında yer alıb. Sən demə o, Azərbaycanda kənara heç vaxt çıxmayıb. Xarici pasportu belə yox imiş. Daha sonra çıxartdırdı. Biz Moskaya getməmişdən əvvəl mənə dedi ki, üzümü qırxım? Mən də dedim ki, yox, orada qırxarsan. O da saqqalını qırxmayanda başqa bir insana bənzəyir. Heç rus dilində də bilmirdi.

Hava limanından mən keçdim, lakin Rövşən yox idi, tutub aparmışdılar. Bir də zəng vurdu ki, məni aparıblar, bir kəlimə belə danışa bilmirəm. Uşaq kimi ağlayırdı. Tahirə girib içəridə qırğın edirdi. O təklif etdi ki, tərcüməçi olum. Onu hava limanında hansısa bir quldura oxşatmışdılar. İki saat orada qaldıq. Ölsəm də yadımdan çıxmaz. Maraqlı məqam idi. Onu “İnterpol”da axtarışda olan birinə bənzətmişdilər.

- Deyirlər ki, toy aləmində müğənnilər bir-birlərinə çox paxıllıq edirlər. Siz belə bir şey hiss etməmisiz?

- Elə şeylərə fikir vermirəm. Allaha qurban olum. Toylar illərlə olmasa belə özümü idarə edə bilərəm. İşimi düzgün qurmuşam. Əziyyətlə toyu idarə edən müğənnilər var.Onların qısqanclıq və rəqabətini anlaya bilirəm. Çünki, onların gəlirləri sırf toydandır. Başımı aşağı salıb işimi görürəm. Maşallah, toylar mənsiz keçmir.

“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -


- Siz illərdir, eyni saç düzümündəsiz. Sarı saçlarınızdan imtina etmək barədə düşünmürsüz?

-Elə bilirəm ki, tamaşaçılarım məni qəbul etməz. Deyərlər ki, Nazənin əndazəsi və cızığından çıxdı... Hərdən stilistlərin xətrinə dəymək istəmirəm. Onlara qulaq asmıram, öz bildiyim kimi geyinirəm. Onların məsləhətinə qulaq assam, Nazənin ola bilmərəm. Hər zaman insanların yaddaşında belə qalmaq istəyirəm.

- İndi gördüm ki, qolbağınız açılıb yerə düşdü. Deyəsən göz dəydi. Gözə, nəzərə inanırsız?

-İnanıram. Bir dəfə evimizdə gözəl gün idi. Bir nəfər bizə gəldi, dedilər ki, müğayat olun, o şəxsin gözü var. Qohumlarımızdan biridir. Mən isə dedim ki, elə şeyə inanmıram. Birdən səs gəldi, iki il nəyin səsi olduğunu tapa bilmədik. Sən demə çilçırağın bir qabı parçalanıb. Ondan sonra inanmağa başladım, qorxdum.

- Hər bir xanımın içində qorxu hissi var. Sizin qorxunuz nədəndir?

- Dostlarımı itirməkdən çox qorxuram. Dostlarıma önəm verirəm, təmənna güdən insanlar mənlik deyil. Sevinirəm ki, çoxlu sadiq dostlarım var. İnandığım dostlar naxələf çıxırsa, viran oluram. İnanın, depressiyaya belə düşə bilərəm. Allah mənə hər şey verib. Heç nədən narazılıq etmirəm.

Məni sevən ərim, göydə məni dar qoymayan Allahım var. Media nümayəndələri də dostlarımdır. Onlar haqsız yazı yayımlayanda inciyirəm. Bilirsiz, Orxan oğlumun 4 yaşı var. Böyüyəndə hansı qızla sevişdiyini yazarsız (gülür). Başqa heç nə qalmayıb.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov

“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -
“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -
“Oğlumun hansı qızla sevişdiyini yazarsız” -

Əlaqə üçün E-mail: baku.news@mail.ru

XƏBƏR LENTİ