Anons

Haqqımızda Əlaqə

Qorbaçov: “Keçmiş SSRİ ərazisində yeni ittifaq yaradıla bilər”

Tarix:13-12-2016, 10:40 Baxış Sayı:96

Qorbaçov: “Keçmiş SSRİ ərazisində yeni ittifaq yaradıla bilər”


“Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil”.

APA-nın məlumatına görə, bunu TASS-a müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib. Onun fikrincə, yeni ittifaqın yaranması ehtimalı var: “Sovet İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, amma könülü şəklidə ittifaq yaranması mümkündür”.

Qeyd edək, 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukraynanın liderləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətinin dayandırılmasına dair sənəd imzalayıblar. Onlar Müstəqil Dövlətlər Birliyinin yaradıldığını elan ediblər. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçyov SSRİ prezidenti vəzifəsindən istefa verib.

XƏBƏR LENTİ