Dağlarda nağıl kimi yeni il... - FOTOLAR

6-01-2017, 15:37Müsahibə
Dağlarda nağıl kimi yeni il...


""Qarlı dağlar aşaraq Şaxta Baba gəlsin” deyə biz də qarlı dağları aşaraq kəndbəkənd gəzmişik" - Cavid Qara
Bir neçə gündür sosial şəbəkələrdə 6 gəncin həyata keçirdiyi iş hər kəs tərəfindən alqışlanır. Şaxta Baba libasında Azərbaycanın dağ kəndlərinə gedən gənclər, orada yaşayan uşaqları sevindirərək onlara nağıl kimi bir yeni il yaşadıblar.

“Camping Azerbaijan” səhifəsi artıq ikinci ildir ki, bu layihəni həyata keçirir. Şaxta Babanı qarşılarında görən uşaqların gözəl simalarında əks olunanan gülüşlər isə onların nə qədər sevindiyini göstərir. Bəs balacaları sevindirmək, bu qədər qarlı yolu qət etmək gənclər üçün nə dərəcə çətin olub?

Bizimyol.info olaraq, layihənin rəhbəri və uşaqların sevimli Şaxta Babası olan Cavid Qara ilə əlaqə saxlayıb, bir balaca söhbət apardıq. İlk öncə belə bir layihəni həyata keçirdiklərinə görə onlara öz təşəkkürümüzü bildirdik. Sonra isə baş tutan layihə haqqında məlumat aldıq.

Dağlarda nağıl kimi yeni il...


Cavid bildirdi ki, layihə onun şəxsi təşəbbüsü sayıla bilər.

İki il öncə o bu məsələ ilə tək məşğul olurmuş: “Bələdçilik fəaliyyəti ilə məşğul olduğumdan dağ kəndlərinə gedib gəlirdik. O zaman dostumuz fotoqraf Zaur Mirzəyevlə belə bir fikir ağlımıza gəldi ki, belə bir layihə başlatmaq lazımdır. Keçən il isə ilk dəfə bu fikrimizi həyata keçirdik. O zaman təxminən 200 uşağa hədiyyə aparmışdıq və 80 kilometr getmişdik. Ancaq bu il keçən ilkindən fərqli olaraq marşrutumuzu bir qədər genişləndirdik. Keçən ildən “facebook”da öz məqsədimizi elan etdik. Çoxlu insan bizə dəstək oldu. Toplama məntəqəsinə gələn hədiyyələri keçən il 3 nəfər ilə aparmışdıq.

Bu il isə bu layihə daha çox diqqət cəlb etdi. 384 uşağa hədiyyə çatdırdıq. 6 nəfərlik komanda ilə 100 kilometrlik yürüş etdik. Bu ilki marşrutumuz daha çətin və uzun idi. Keçən il 7 gün getmişdik. Bu il isə 10 gün getdik”.

Dağlarda nağıl kimi yeni il...


- Bəs kənd əhalisi, xüsusi ilə də uşaqlar sizi necə qarşıladılar?

- Bizi çox gözəl qarşıladılar. O kəndlərdə dəfələrlə olmuşuq. Əhali arasında tanışlarımız var. Bir neçə kənddə tanışımız yox idi. Onlar da bizi çox yaxşı qarşıladılar. Təmənnasız bizi öz evlərində qonaq edirdilər. 6 nəfər qonaq qəbul etmək bilirsiniz ki, darısqal kənd evlərində heç də asan deyil. Ancaq buna baxmayaraq bizi çox xoş qarşıladılar. Biz də hədiyyələrimizi paylayıb, növbəti kəndlərə gedirdik.

- Bəs həmin kəndlərdə məktəblərin vəziyyəti necədir? Şəkillərdə gördüyümüz qədəri ilə bəzi yerlərdəki məktəblər heç də ürək açan deyil...

- 14 kənddə olduğumuz müddətdə məlum oldu ki, elə kəndlər var ki, orda ümumiyyətlə məktəb yoxdur. Elə kəndlər var ki, orada çox qəşəng məktəblər var. Məsələn, Xınalıqda böyük məktəb var və yatılıdır.

Hətta bir neçə kənddən gəlib orda qalmaq olur. Girzahdakı 4 illik məktəbdir. Zıxırda 9 illik məktəbdir və vəziyyəti çox acınacaqlıdır. Təmirsiz, istilik sistemi olmayan bir məktəbdir. Dalıqayada 2 otaqlı 4 illik məktəbi var. Orada uşaq sayı da imkan vermir ki, böyük məktəb tikilsin. Söhübdə məktəb böyük və təmirlidir. Ancaq biz məktəbə girməmişik. Rük kəndində məktəb 9 illikdir və pis vəziyyətdədir.

Dağlarda nağıl kimi yeni il...


Bərbad vəziyyətdə olan məktəblər uşaqların başlarına uçmasa da, tam təmirsiz vəziyyətdə və külək üfüləyən, soyuq bir yerdir. Yəqin ki, onlar odunla da təmin olunmurlar. Uşaqlar siniflərdə palto ilə otururlar. Adurda ümumiyyətlə məktəb yoxdur. Qışda ordan çox ailə köçüb gedir, kənddə bir neçə ailə qalır. Bir də yazda qayıdırlar. Yaz, payız aylarında 30-40 ailə yaşayır. Ancaq orda elə uşaqlar var ki, ümumiyyətlə məktəb üzü görməyiblər. Halbuki, 4 kilometr o tərəfdə başqa kənddə məktəb var. Məktəb olmasa belə, onların transportunu təşkil edib, o uşaqları məktəbə çatdırmaq olar.

- Qarşıdan yaz ayları gəlir. Novruz bayramı üçün uşaqlara nəsə sürpriz etməyi düşünürsünüzmü?

Dağlarda nağıl kimi yeni il...


- Fikirləşirik. Ancaq tam dəqiq deyil. Əslində paylaşımlardan sonra insanlar arasında biraz yanlış anlaşılma oldu. Bizim əsl fəaliyyətimiz bu tip layihələr təşkil etmək deyil. Bizim əsas fəaliyyətimiz bələdçilikdir. Yerli və xarici turistləri dağlara aparıb gəzdiririk. Sadəcə olaraq öz fəaliyyətimizi buna uyğunlaşdırıb, getdiyimiz ərazilərdə əsl şaxta baba ruhunu yaratmaq istədik. “Qarlı dağlar aşaraq Şaxta Baba gəlsin” deyə biz də qarlı dağları aşaraq kəndbəkənd gəzmişik. Maşından belə istifadə etməmişik. Bir dağı aşaraq başqa dağın arxasında olan kəndə getmişik. Əsl şaxta baba kimi...

- Maşından istifadə etmədən bu şəkildə kəndləri gəzməyiniz sizin üçün çətin oldumu?

Dağlarda nağıl kimi yeni il...


- Çətinlik deməzdim. 6 nəfərdən 5-i təcrübəli dağçılardır. Peşəkar olmasa da ən azından dağçılıq təcrübəsi olan, fiziki cəhətdən dözümlü olan uşaqlar idi. Hava şəraiti də çox yaxşı idi. Hədiyyələri çantalara doldurmuşduq. Keçən ilkindən fərqli olaraq bu il 6 nəfər olduq deyə bir o qədər də ağır olmadı. Hədiyyələr lap çox idi deyə, öncədən bəzi kəndlərə hədiyyələri göndərmişdik ki, çantalarımız boşaldıqda oradan doldura bilək. Həmin kəndlərə çatanda çantalarımızı yükləyib yola davam edirdik.

- Kənd ərazilərindən keçərkən hər hansı bir maneə ilə rastlaşdınızmı?

- Milli parkın ərazisindən keçməli olduq. Biz öncədən xəritədən ərazinin milli park olduğunu bilirdik. Yenə də heç bir müdaxilə etmədilər, problem yaşamadıq. Ancaq Yerğikek adlı yaşayış məntəqəsi var ki, ora Azərbaycanın ən yüksək yaşayış məntəqəsidir. 2370 metr yüksəklikdə yerləşir. Qışda 7-8, yayda isə 12 ailə orada yaşayır. Ora sərhəd zonasına düşdüyünə görə kəndə xarici vətəndaşların girişinə ciddi problem yaradırlar. Yerli vətəndaşlara da icazə istəyirlər. Ancaq bildiyim qədəri ilə Azərbaycan Respublikası daxilində bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə piyada hərəkətin təmin olunması ilə bağlı bir qanun var. Ancaq ora getməyə bizə problem yaradırlar. Vətəndaş olaraq düşünürəm ki, əgər o yaşayış məntəqəsinə mən rahat gedə bilmirəmsə o yaşayış məntəqəsi Azərbaycanda olmuş ya olmamış nə fərqi var mənə? Məsələn, ora getmək üçün biz mühafizədən yayınıb təhlükəli yollardan istifadə etmişik. Hətta qanunu pozmaqdan çox narahat olduq. Ancaq yeni ili orda keçirmək istəyirdik.

Aysel İsgəndərli

Dağlarda nağıl kimi yeni il...
Oxunub: 36
Rəsmi

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
XƏBƏR LENTİ
23:19 Qubada təlim sessiyası keçirilib 23:06 Kainat Gözəli Lidia futbol komandasına məşqçi oldu -FOTOLAR 22:54 Neftçalada YAP-a qəbul olunmaq üçün də rüşvət istəyirlər - VideosxA3_qICcNs 22:51 Tramp 'İvanka'ları qarışdırdı 22:20 Deputatdan “Recep İvedik”ə müraciət -“O səhnə filmdən çıxarılsın” 19:43 Şəhid ailəsi icra başçısından PREZİDENTƏ şikayət etdi -Şirvanda hərcmərclik 19:18 “İcraçı məmur əlil övladıma təzyiq etdi” –Şikayət 19:15 Yanacaqdoldurma məntəqələri özəlləşdirilir 19:13 "Recep İvedik 5"-in fragmanı izlənmə rekordları qırdı - VİDEO 18:00 Nazirlik havaya görə 330 min aldı 17:35 İslam Həmrəyliyi Oyunlarının 23 milyon manatlıq vergi borcu silinib 17:15 Beynəlxalq Bankda kadr dəyişikliyi davam edir 17:00 "Facebook" saxta xəbərlərin filtrasiyası xidmətini işə salır 16:44 Hollivud ulduzu: "Əlimdə Quranı görəndə təhqir etdilər"- FOTO 16:22 Novruz Məmmədov bəzi nazirliklərəİRAD TUTDU 16:01 XİN: "Ermənistan Azərbaycanın ATƏT-in Yerevan ofisinin mandatının uzadılmasını dəstəkləməməsi ilə bağlı spekulyasiya edir" 15:40 Sabahın HAVAsı 15:25 Maştağada mənzildə partlayış – Ev sahibi yaralandı 15:07 Prezident İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb 14:28 Adı seks videosunda hallanan direktor işdən qovuldu 14:15 Gəncədə universitetdə tələbə öldü 14:05 Azərbaycanlı iş adamı həbs edildi - Terror ittihamı 13:50 Hüseyn Əlixanov: "Azərbaycanın Avropa Şurası ilə əlaqələri genişlənib" 13:37 “The Korea Times” qəzetində “Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalə dərc olunub 13:30 Qadın professorun barmağını qopardı 13:13 Təfəkkür Universitetinin tələbələrini onlar KÖÇÜRƏCƏKLƏR- SİYAHI 13:00 Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar başlayacaq 12:37 Təmirə görə marşrutun trayektoriyası dəyişdi - Bəzi sərnişinləri havayı daşıyacaqlar- SXEM 12:25 Ermənilərin növbəti təxribatı: Mövqelərimiz “Şmel” odsaçandan atəşə tutulub- FOTOLAR 12:11 Azərbaycanda TV yayımı dayandırılacaq– SƏBƏB 12:08 Türkiyə geyimləri Azərbaycanda niyə dəfələrlə baha satılır... 11:55 Türkiyənin tanınmış 10 mafiya lideri 11:45 13 yaşındakı şagirdindən hamilə qaldı -FOTOLAR 11:29 Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlandı 11:16 Vergilər Nazirliyi müğənninin 8,5 min manat faiz borcunu bağışlayıb 11:07 Bu şəxslər vergi amnistiyasına düşdü– SİYAHI 11:07 Dövlət müşaviri: “Sağlam dini mühitimizi pozmağa cəhd göstərən qüvvələr var” 11:02 “Android”in müəllifi “Apple”ə rəqib yaradır 11:02 İstanbulda qətliam törədən terrorçu belə yaxalandı: Əməliyyatın görüntüləri- VİDEO 11:01 Deputatdan intiharlarla bağlı açıqlama: "İntiharın yoxsulluqla heç bir əlaqəsi yoxdur”